top
Eldəniz tarix yazdı, Nihat və Ülvi dünya çempionu oldu Sport24.az
30 oktyabr 2024, 00:40
- ↺ +

Eldəniz tarix yazdı, Nihat və Ülvi dünya çempionu oldu

Albaniyanın paytaxtı Tiranada güləş üzrə böyüklər arasında dünya çempionatına start verilib. Sport24.az xəbər verir ki, mundiala yunan-Roma güləşçiləri başlayıb.

 

Eldəniz Əzizli (55 kq) dünya çempionatına albaniyalı Bayram Sina üzərində inamlı qələbəylə start verib – 8:0. Millinin kapitanı 1/4 finalda çinli Haifenq Janqa heç bir şans tanımayıb – 9:0. Dünya çempionumuz yarımfinalda rumıniyalı Denis Mihayı vaxtından əvvəl xalçadan məyus yola salıb – 9:0. Eldəniz finalda iranlı Poya Marzla qarşılaşıb. Rəqibinə sonuncu xal prinsipinə əsasən (1:1) qalib gələn Əzizli ardıcıl 3-cü dəfə dünya çempionu olub. Ümumilikdə dünya çempionatında titullarının sayını 4-ə çatdıran Eldəniz Azərbaycan güləş tarixində yeni rekord müəyyənləşdirib.

 

Nihat Məmmədli (63 kq) ilk mərhələdə amerikalı İldar Hafizova vaxtından əvvəl qalib gəlib – 10:0. Gənc güləşçimiz 1/8 finalda bolqarıstanlı Abu Muslim Amayevi "tuş"la üstələyib. Məmmədli daha sonra belaruslu Qleb Makarankaya gücünü göstərib – 5:0. Nihat yarımfinalda isə ermənistanlı Karen Aslanyan üzərində inamlı qələbəylə (6:1) adını finala yazdırıb. Güləşçimiz həlledici qarşılaşmada qazaxıstanlı Yerjet Jarlikassinə də şans tanımayaraq (6:1) ilk dəfə dünya çempionu olub.

 

Mübarizəyə 1/8 finaldan qoşulan Ülvü Qənizadə (72 kq) gürcüstanlı Otar Abuladzedən güclü olub – 5:1. Həmyerlimiz növbəti mərhələdə xorvatiyalı Dominik Etlingerə vaxtından əvvəl qalib gəlib – 9:0. Qənizadə yarımfinalda çinli Ji Lenqi xalçadan məyus yola salıb – 6:0. Ülvü finalda fransalı İbrahim Qanemə 3:2 hesabıyla qalib gələrək ilk dəfə böyüklər arasında dünya çempionu olub.

 

Qurban Qurbanov (82 kq) debütdə albaniyalı Kevin Kupini mübarizədən kənarlaşdırıb – 9:0. Milli üzvü 1/8 finalda macarıstanlı Erik Silvassiyə 1:2 hesabıyla məğlub olub. Rəqib finala yüksəldiyi üçün təsəlliverici görüşə çıxan Qurbanov özbəkistanlı Jalqasbay Berdimuratova qalib gəlib – 5:0. Qurban bürünc medal uğrunda qarşılaşmada türkiyəli Ahmet Yılmazla bacarmayıb – 1:8.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Şahmat
Bu gün, 11:31

Vüqar Rəsulov II Beynəlxalq Prezident Kubokunda 60 min dollarlıq mükafat fondu ilə yarışacaq

Voleybol
Bu gün, 11:04

Maritsa Tovuzda Turanla cavab oyunu üçün yollandı

Qarabağ FK
Bu gün, 11:00

XI turun yekunu: Qarabağda sürpriz məğlubiyyət, Neftçi liderlikdə, Sabah və Turan Tovuz bərabərliklə zirvəyə yaxınlaşıb

Futbol
Bu gün, 10:57

Şəhidin anası Qubada Vətən Naminə futbol klubunu təsis etdi

Qarabağ FK
Bu gün, 10:30

Şamaxı 200-dən artıq heç-heçəni qeyd edib – Azərbaycan çempionatının 3‑cü komandası

Futbol
Bu gün, 10:20

Manchester United 73‑illik antirekordu təkrarladı

Futbol
Bu gün, 10:11

Messi'nin Florida həyat tərzi: Fort Lauderdale'də 10,75M dollarlıq villa və ailə həyatı

Futbol
Bu gün, 10:06

40 yaşlı Vozinya Çili çempionatında həlledici seyvi ilə qalib gəldi

Qarabağ FK
Bu gün, 10:00

“Neftçi – Kəpəz” matçı turun ən çox izlənən qarşılaşması oldu

Digər
Bu gün, 09:46

İkiqat Olimpiya çempionu evindəki yanğın nəticəsində yanıq xəsarətləri aldı

Futbol
Bu gün, 09:40

Ronald Arauxo hələ gələcəyinə qərar vermədi

Futbol
Bu gün, 09:33

Mançester Yunayted, 2027 yay transferi üçün Murilloni araşdırır

Futbol
Bu gün, 09:33

Şamaxı futbolçusu Uğur Cahangirov müdafiə problemlərini vurğuladı

Minifutbol
Bu gün, 09:20

İspaniya "Futsal Finalissima" turnirində Braziliyanı 3:0 məğlub edərək qalib gəldi

Futbol
Bu gün, 09:00

Pyer Saj bu mövsümdə Premyer Liqada istefaya göndərilən ilk baş məşqçi ola bilər

Futbol
Bu gün, 08:40

Manuel Noyer ən azı ilin sonuna qədər meydandan uzaq qalacaq

Boks
Bu gün, 08:35

Gülər Hüseynova Dakar-2026 Yeniyetmələr Olimpiya Oyunlarının 1/4 finalında Panama boksçusuyla üz-üzə gələcək

Futbol
Bu gün, 08:20

Bayern prezidenti Uli Hönes: Musialanın xəstəliyi tam sağala bilməyəcək

Futbol
Bu gün, 08:00

Sassuolo baş məşqçisi Alberto Aquilani vəzifəsindən ayrıldı

Futbol
Bu gün, 06:33

“Manchester United”un möhtəşəm dönüşü Carrickin gələcəyini dəyişə bilər

Futbol
Bu gün, 05:27

Zidane, Qızıl topun həqiqi sahibi Mbappe olduğunu bildirib

Formula 1
Bu gün, 05:21

Hamilton Leclerc ilə gərginliyi aradan qaldıran görüşün detallarını açıqladı

Futbol
Bu gün, 03:38

Ağadadaş Salyanski: Milli komanda dəvəti gözləyirdim – Müsahibə

Formula 1
Bu gün, 02:45

Neymar Formula-1 yarışında San-Paulu Grand Prix-də diqqət mərkəzinə girdi

Oxşar xəbərlər