top
Elçin Cəfərov: “Bu, Azərbaycanın idman tarixində möhtəşəm bir uğurdur” İdman.biz
30 oktyabr 2024, 16:03
- ↺ +

Elçin Cəfərov: “Bu, Azərbaycanın idman tarixində möhtəşəm bir uğurdur”

"Bu, Azərbaycanın idman tarixində, xüsusilə də güləşimizdə möhtəşəm bir uğurdur".

Bunu İdman.bizə yunan-Roma güləşi üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Elçin Cəfərov deyib.

O, Albaniyanın paytaxtı Tiranada keçirilən dünya çempionatında yunan-Roma güləşi üzrə yığmamızın komanda hesabında birinci olmasına münasibət bildirib. Cəfərovun sözlərinə görə, güləşçilərimiz əvəzsiz tarixi qələbə qazanıblar: "4 idmançı ilə bir yarışda iştirak edib, onlardan 3-nün dünya çempionu kimi Vətənə qayıtması çox nadir və yüksək nəticədir. Bunu hər zaman əldə etmək olmur. Bunu Azərbaycan güləşçiləri əldə etdilər. Eldəniz Əzizli 4-cü dəfə dünya çempionu oldu. Bu çox böyük tarixi uğurdur. Ümumilikdə, fərdi idman növlərində belə nəticə əldə etmək çətin və ağırdır. Eldəniz bunun öhdəsindən gəldi. Yarışa gedərkən zədələri olsa da, təcrübəsi hesabına güləşin ali fəndləri sayəsində finalda qalib gəldi və güləş tariximizdə bir ilkə imza atdı. Ülvi Qənizadəni (72 kq), Nihat Məmmədli (63 kq) təbrik edirəm".

Təcrübəli məşqçi yığma komandanın məşqçilər korpusunun, xüsusilə də baş məşqçi Aleksandr Tarakanovun böyük işlər gördüyünü deyib: "İdmançılarımızın böyük qələbələri yeniyetmələrimizə, gənclərimizə, digər komanda üzvlərimizə böyük dəstək və stimul olacaq. İnanıram ki, növbəti yarışlarda da bu nəticələri təkrarlamağa çalışacaqlar. Çox istərdim ki, sərbəst və qadın güləşçilərimiz də belə qələbələrə imza atsınlar".

Qeyd edək ki, 3 qızıl medal qazanan yığmamız 85 xalla dünya çempionu olub.

Banuçiçək Hüseynli
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Voleybol
Bu gün, 11:04

Maritsa Tovuzda Turanla cavab oyunu üçün yollandı

Qarabağ FK
Bu gün, 11:00

XI turun yekunu: Qarabağda sürpriz məğlubiyyət, Neftçi liderlikdə, Sabah və Turan Tovuz bərabərliklə zirvəyə yaxınlaşıb

Futbol
Bu gün, 10:57

Şəhidin anası Qubada Vətən Naminə futbol klubunu təsis etdi

Qarabağ FK
Bu gün, 10:30

Şamaxı 200-dən artıq heç-heçəni qeyd edib – Azərbaycan çempionatının 3‑cü komandası

Futbol
Bu gün, 10:20

Manchester United 73‑illik antirekordu təkrarladı

Futbol
Bu gün, 10:11

Messi'nin Florida həyat tərzi: Fort Lauderdale'də 10,75M dollarlıq villa və ailə həyatı

Futbol
Bu gün, 10:06

40 yaşlı Vozinya Çili çempionatında həlledici seyvi ilə qalib gəldi

Qarabağ FK
Bu gün, 10:00

“Neftçi – Kəpəz” matçı turun ən çox izlənən qarşılaşması oldu

Digər
Bu gün, 09:46

İkiqat Olimpiya çempionu evindəki yanğın nəticəsində yanıq xəsarətləri aldı

Futbol
Bu gün, 09:40

Ronald Arauxo hələ gələcəyinə qərar vermədi

Futbol
Bu gün, 09:33

Mançester Yunayted, 2027 yay transferi üçün Murilloni araşdırır

Futbol
Bu gün, 09:33

Şamaxı futbolçusu Uğur Cahangirov müdafiə problemlərini vurğuladı

Minifutbol
Bu gün, 09:20

İspaniya "Futsal Finalissima" turnirində Braziliyanı 3:0 məğlub edərək qalib gəldi

Futbol
Bu gün, 09:00

Pyer Saj bu mövsümdə Premyer Liqada istefaya göndərilən ilk baş məşqçi ola bilər

Futbol
Bu gün, 08:40

Manuel Noyer ən azı ilin sonuna qədər meydandan uzaq qalacaq

Boks
Bu gün, 08:35

Gülər Hüseynova Dakar-2026 Yeniyetmələr Olimpiya Oyunlarının 1/4 finalında Panama boksçusuyla üz-üzə gələcək

Futbol
Bu gün, 08:20

Bayern prezidenti Uli Hönes: Musialanın xəstəliyi tam sağala bilməyəcək

Futbol
Bu gün, 08:00

Sassuolo baş məşqçisi Alberto Aquilani vəzifəsindən ayrıldı

Futbol
Bu gün, 06:33

“Manchester United”un möhtəşəm dönüşü Carrickin gələcəyini dəyişə bilər

Futbol
Bu gün, 05:27

Zidane, Qızıl topun həqiqi sahibi Mbappe olduğunu bildirib

Formula 1
Bu gün, 05:21

Hamilton Leclerc ilə gərginliyi aradan qaldıran görüşün detallarını açıqladı

Futbol
Bu gün, 03:38

Ağadadaş Salyanski: Milli komanda dəvəti gözləyirdim – Müsahibə

Formula 1
Bu gün, 02:45

Neymar Formula-1 yarışında San-Paulu Grand Prix-də diqqət mərkəzinə girdi

Futbol
Bu gün, 02:23

Barselona La Liqada 2-1 qələbə qazanaraq Atletico'yi məğlub etdi;

Oxşar xəbərlər