top
Əhmədiyev qardaşlarının məşqçisi: Xalçada rəqibdirlər, güzəşt ola bilməz Idman.biz
09 yanvar 2026, 13:32
- ↺ +

Əhmədiyev qardaşlarının məşqçisi: "Xalçada rəqibdirlər, güzəşt ola bilməz"

Bu günlərdə Bakı İdman Sarayında keçirilən güləş üzrə Azərbaycan çempionatında bu idman növü üçün olduqca nadir hadisə baş verib. Yunan-roma güləşi üzrə 97 kq çəki dərəcəsində keçirilən yarışların finalında iki doğma qardaş - Məhəmməd və Murad Əhmədiyevlər üz-üzə gəliblər.

Döyüş idman növlərinin idman praktikasında qardaş idmançıların, hətta əkiz olsalar belə, müxtəlif çəki dərəcələrinə ayrılması qəbul olunmuş yanaşmadır. Məqsəd, əlbəttə ki, aydındır - hər iki idmançının tam gücü ilə mübarizə aparmasını təmin etmək. Lakin ölkə çempionatında məhz belə qeyri-adi hadisə yaşanıb.

Bəs hər iki qardaşı yetişdirən məşqçinin simpatiyası kimin tərəfində olur? Onları tam gücləri ilə mübarizəyə necə sövq etmək olar?

Bu suallarla İdman.Biz final qarşılaşmasından əvvəl Əhmədiyev qardaşlarının şəxsi məşqçisi Səməd Çopsiyevə müraciət edib.

"Güləş xalçasından kənarda onlar qardaşdırlar. Xalça üzərində isə rəqibdirlər və kimin daha güclü olduğunu müəyyənləşdirməlidirlər. İlk növbədə onlara bunu izah etməyə çalışdım. Bir-birinə güzəşt məsələsinin qətiyyən gündəmdə ola bilməyəcəyini dərhal xəbərdarlıq etdim. Qalib, bu qələbəyə daha çox ehtiyacı olan yox, daha güclü olan olmalıdır.

Şəxsi simpatiyaya gəlincə isə, səmimi desəm, beş yaşından məşq etdirdiyim qardaşlar arasında seçim etmək mənim üçün çox çətindir. Təkcə mənim üçün yox, onların doğulub boya-başa çatdığı Balakən rayonu üçün də bu seçimi etmək asan deyil. Burada onları fərqləndirmirlər və sadəcə "Əhmədiyev qardaşları" deyə çağırırlar", - deyə Səməd Çopsiyev qeyd edib.

Qeyd edək ki, final qarşılaşması gərgin və prinsipial mübarizə şəraitində keçib. Nəticədə böyük qardaş Məhəmməd daha titullu kiçik qardaş – Murada məğlub olub. Beləliklə, Murad Əhmədiyev 97 kiloqram çəki dərəcəsində güləş üzrə Azərbaycan çempionu olub.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Formula 1
Bu gün, 05:16

Norris: Çempionluq mübarizəsi üçün hələ tam hazır deyilik

Futbol
Bu gün, 04:54

Manchester United baş məşqçisi Michael Kerrickin vəzifəsindən uzaqlaşdırılması mümkündür

Futbol
Bu gün, 04:12

Flik Barselona üçün iki əsas mövqedə yeni oyunçu axtarır

Futbol
Bu gün, 03:12

Arsenalın Martin Subimendi Atletico Madrida transfer ola bilər

Futbol
Bu gün, 02:32

Karlos Visens “Lion” klubunun baş məşqçisi təyin edildi

Cüdo
Bu gün, 02:02

Zaur Hacıyev ACA 211-də Artem Reznikovla 2026-cı ilin əsas revanşına çıxacaq

Güləş
Bu gün, 01:45

Azərbaycan gənc sərbəst güləşçilərinin Xasavyurt turnirində iştirakı gözlənilir

Güləş
Bu gün, 01:24

Tunar Quliyev və Elgün Kərimlinin qızıl medal qazanması və Zəfər Günü mesajları

Olimpiada
Bu gün, 01:11

Nihad Xudoyev Dakar 2026 Yay Olimpiya Oyunlarında fərdi ötüşmə yarışına qatılacaq

Cüdo
Bu gün, 01:01

Azərbaycanın cüdo dünya çempionatı üçün ilkin heyəti məlum oldu

Futbol
Bu gün, 00:28

Konate Rinerin prezidentlik namizədliyi və idmançıların ictimai rolu haqqında danışdı

Futbol
Dünən, 23:44

Mbappe Oktyabr ayında La Liqada ən yaxşı oyunçusu seçildi

Futbol
Dünən, 23:33

Raul Qonsales Real Madrid’in əfsanəsi olaraq Ovyedo ilə müqavilə imzaladı

Futbol
Dünən, 23:29

İnтер və Milan yeni Generali Stadium üçün 25 illik 650 milyon avroluq razılaşma imzalayıb

Futbol
Dünən, 23:15

Kapello: Kenan Yıldız İtaliyanın Lamin Yamalıdır

Digər
Dünən, 22:58

Aleksandr Plyuşenko Azərbaycanı təmsil edərkən Belarus variantını da nəzərdən keçirir

Basketbol
Dünən, 22:40

Trabzonspor Bakıda Sabahla qarşılaşacaqdı

Futbol
Dünən, 22:31

Batrakov agenti Qalatasaraydan ayrılma iddialarını rədd etdi

Futbol
Dünən, 22:26

Virgil van Dijkin zədəsi Niderland millisini zərər verir

Futbol
Dünən, 22:17

Messinin oğlu Tiaqo Pedro’nun formasını seçdi

Futbol
Dünən, 21:56

“Bavariya”da Manuel Noyerin karyerasını başa vurmaq və zədəsi ilə bağlı son vəziyyət

Futbol
Dünən, 21:43

Qızıl top laureatı FIFPro rəmzi komandadan kənarda qaldı

Digər
Dünən, 21:33

Azərbaycan milli karate komandasının üzvü Turqut Həsənov Astarxanda seminar keçirib

Voleybol
Dünən, 21:17

Ziya Rəcəbov: Turanın Döyünən Ürəyinin Rolunu Açır

Oxşar xəbərlər