top
Dünya Güləş Birliyi rəsmisi: “Azərbaycan azarkeşləri dünyanın ən savadlıları sırasındadır” – İDMAN.BİZ Albaniyadan Idman.biz
27 aprel 2026, 16:24
- ↺ +

Dünya Güləş Birliyi rəsmisi: “Azərbaycan azarkeşləri dünyanın ən savadlıları sırasındadır” – İDMAN.BİZ Albaniyadan

Dünya Güləş Birliyi (UWW) rəsmisi Erik Olanovski ölkəmizdə idmanın inkişafından danışıb.

İdman.Biz Albaniyadan xəbər verir ki, Dünya Güləş Birliyi (UWW) qurumunun media və kommunikasiya şöbəsinin rəhbəri Erik Olanovski əməkdaşımıza müsahibə bildirib ki, Azərbaycan güləşdə aparıcı ölkələrdən biridir və bunun əsas səbəblərindən biri də ölkədə bu idman növünün hər üç istiqamətinin yüksək səviyyədə inkişaf etməsidir.

Olanovski Albaniyada keçirilən Avropa çempionatından sonra qeyd edib ki, xüsusilə yunan-Roma güləşi Azərbaycanda ciddi inkişaf yolu keçib, həmçinin Jalə Əliyevanı öz çəkisində ən yaxşı idmançılardan biri kimi dəyərləndirib.

"Avropa çempionatında görüşlər möhtəşəm idi. Bu yarışlarda altıncı dəfə Avropa çempionu olan Abdulraşid Sadulayevin qayıdışı baş verdi. Mənim fikrimcə, o, dünyanın ən yaxşı güləşçisidir. Ukraynalı qadınlar komandaya altı qızıl medal qazandırdılar ki, bu da təsiredicidir. Azərbaycan isə həm yunan-Roma, həm də sərbəst güləşdə komanda hesabında çempion oldu. Xüsusilə Həsrət Cəfərov və Qurban Qurbanova diqqət yetirin: hər ikisinin 24 yaşı var və artıq bir neçə Avropa tituluna sahibdirlər", - deyə o bildirib.

UWW rəsmisinin sözlərinə görə, Albaniyada Avropa çempionatının təşkili yüksək səviyyədə olub: "Lakin təkmilləşdirmək istədiyimiz məqamlar da var. Bunlar idmançılar üçün nəqliyyat, isinmə zonaları və mediada işıqlandırmadır. Yarışlarda Avropanın müxtəlif ölkələrindən 100-ə yaxın media nümayəndəsi iştirak edirdi, amma növbəti dəfə daha çoxunu görmək istəyirik".

Olanovski yunan-Roma güləşində 1:1 hesabı zamanı ilk xala görə qələbə qaydası ilə bağlı fikirlərini də bölüşüb:

"2026-cı il Asiya çempionatında cəmi bir görüş 1:1 hesabı ilə başa çatmışdı. Avropa çempionatında isə belə görüşlərin sayı 17 oldu. İdmançılar əvvəlki illərlə müqayisədə ilk hissədə daha çox xal toplamağa başlayıblar. Əgər 2025-ci ildə 2026-cı ilin qaydaları tətbiq olunsaydı, qaliblər fərqli ola bilərdi. Mən Avropada güləşçilərdən daha çox nəticəli hərəkətlər görmək istərdim. Asiyada güləşçilər daha çox ayaqüstü vəziyyətdə xal qazanırlar, Avropada isə əsasən parter gözlənilir".

Sonda o, bu il Azərbaycanda keçiriləcək çimərlik güləşi üzrə iki yarış – U17 dünya çempionatı və böyüklər arasında Dünya seriyasının IV mərhələsi ilə bağlı gözləntilərini bölüşüb:

"Azərbaycanda keçirilən istənilən yarış möhtəşəm hadisədir. Bakıda təşkil olunan turnirlərdə azarkeşlərin rolu çox böyükdür. Onlar bizim idman növündə ən ehtiraslı və savadlı azarkeşlərdəndir. Bunu federasiyanın sosial şəbəkələrdəki izləyici sayına baxaraq da görmək olar. Mən 100-dən çox beynəlxalq yarışda olmuşam və təcrübəmə əsasən deyə bilərəm ki, Azərbaycan ən yaxşı təşkilatçılardan biridir".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 02:32

Karlos Visens “Lion” klubunun baş məşqçisi təyin edildi

Cüdo
Bu gün, 02:02

Zaur Hacıyev ACA 211-də Artem Reznikovla 2026-cı ilin əsas revanşına çıxacaq

Güləş
Bu gün, 01:45

Azərbaycan gənc sərbəst güləşçilərinin Xasavyurt turnirində iştirakı gözlənilir

Güləş
Bu gün, 01:24

Tunar Quliyev və Elgün Kərimlinin qızıl medal qazanması və Zəfər Günü mesajları

Olimpiada
Bu gün, 01:11

Nihad Xudoyev Dakar 2026 Yay Olimpiya Oyunlarında fərdi ötüşmə yarışına qatılacaq

Cüdo
Bu gün, 01:01

Azərbaycanın cüdo dünya çempionatı üçün ilkin heyəti məlum oldu

Futbol
Bu gün, 00:28

Konate Rinerin prezidentlik namizədliyi və idmançıların ictimai rolu haqqında danışdı

Futbol
Dünən, 23:44

Mbappe Oktyabr ayında La Liqada ən yaxşı oyunçusu seçildi

Futbol
Dünən, 23:33

Raul Qonsales Real Madrid’in əfsanəsi olaraq Ovyedo ilə müqavilə imzaladı

Futbol
Dünən, 23:29

İnтер və Milan yeni Generali Stadium üçün 25 illik 650 milyon avroluq razılaşma imzalayıb

Futbol
Dünən, 23:15

Kapello: Kenan Yıldız İtaliyanın Lamin Yamalıdır

Digər
Dünən, 22:58

Aleksandr Plyuşenko Azərbaycanı təmsil edərkən Belarus variantını da nəzərdən keçirir

Basketbol
Dünən, 22:40

Trabzonspor Bakıda Sabahla qarşılaşacaqdı

Futbol
Dünən, 22:31

Batrakov agenti Qalatasaraydan ayrılma iddialarını rədd etdi

Futbol
Dünən, 22:26

Virgil van Dijkin zədəsi Niderland millisini zərər verir

Futbol
Dünən, 22:17

Messinin oğlu Tiaqo Pedro’nun formasını seçdi

Futbol
Dünən, 21:56

“Bavariya”da Manuel Noyerin karyerasını başa vurmaq və zədəsi ilə bağlı son vəziyyət

Futbol
Dünən, 21:43

Qızıl top laureatı FIFPro rəmzi komandadan kənarda qaldı

Digər
Dünən, 21:33

Azərbaycan milli karate komandasının üzvü Turqut Həsənov Astarxanda seminar keçirib

Voleybol
Dünən, 21:17

Ziya Rəcəbov: Turanın Döyünən Ürəyinin Rolunu Açır

Futbol
Dünən, 21:03

Araz‑Naxçıvan futbolçusu Ceyhun Nuriyev hərbi xidmətə cəlb edildi, AFFA Nazirliyə müraciət edib

Futbol
Dünən, 20:47

Lamin Yamalın "Betis"ə vurduğu qol La Liqada oktyabrın ən yaxşısı seçildi

Futbol
Dünən, 20:36

“Araz-Naxçıvan”ın müdafiəçisi İssuf Paro Türkiyədə əməliyyat olundu

Basketbol
Dünən, 20:29

ABL 1-ci dövrün son turu üçün oyun vaxtları açıqlandı

Oxşar xəbərlər