Sabah Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə Dünya Seriyasının dördüncü mərhələsinə start veriləcək.
İdman. biz xəbər verir ki, yarışda baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında Ramiz Həsənov (80 kq) və İbrahim Yusubov (90 kq) ölkəmizi təmsil edəcək.
Dünya Seriyası iki gün davam edəcək.
İdman.biz