top
Çimərlik güləşi üzrə Azərbaycan çempionatı Yay Olimpiya Oyunlarına hazırlıq məqsədi daşıyır Report.az
09 iyul 2025, 15:32
- ↺ +

Çimərlik güləşi üzrə Azərbaycan çempionatı Yay Olimpiya Oyunlarına hazırlıq məqsədi daşıyır

Azərbaycanın çimərlik güləşi millisinin baş məşqçisi Oyan Nəzəriani ölkə çempionatında iştirakçı sayının yüksək olacağına, ən yaxşıları seçib olimpiadaya hazırlaya biləcəklərinə ümid edir.

Mütəxəssis bunu "Report"a açıqlamasında bildirib.

O, komandanı hazırlamaq məqsədilə ölkənin müxtəlif şəhərlərindən və rayonlarından güləşçilər cəlb ediləcəyini vurğulayıb:

"Bu yaşda güləşçilər arasında ilk çempionat deyil. Daha əvvəl də 17 və 20 yaşadək güləşçilər, həmçinin böyüklər arasında belə çempionat keçirilib. Bu il yarışı daha tez təşkil etməyimizə səbəb odur ki, gələn il yeniyetmələr arasında Yay Olimpiya Oyunları keçiriləcək. Hansı ki, çimərlik güləşi də bu oyunlara daxildir. Komandanı hazırlamaq məqsədilə ölkənin müxtəlif şəhərlərindən, rayonlarından güləşçilər cəlb edib bu çempionatı keçirəcəyik. Ümid edirik ki, iştirakçı sayı kifayət qədər yüksək olacaq və biz ən yaxşıları seçib olimpiadaya hazırlaya biləcəyik".

O, qarşıdan gələn dünya çempionatına qədər yeniyetmələrin heyətində dəyişiklik ola biləcəyini də istisna etməyib:

"Sentyabrda 17 yaşadək çimərlik güləşçilərinin dünya çempionatı keçiriləcək. Daha əvvəl bu yaşda olanların Avropa çempionatında dörd çəki dərəcəsində iki qızıl, bir bürünc medal qazanmışdıq. Qızıl medalların əyarına görə birinci idik. Sadəcə, bir çəkidə uğursuzluq yaşandığı üçün komanda yarışında dördüncü olduq. Dünya çempionatında yeni uşaqlardan istifadə edə bilərik. Lakin böyüklərin heyətində, çox güman, dəyişiklik olmayacaq. Çünki böyüklər arasında dünya çempionatı bir neçə mərhələdən ibarətdir və güləşçilər artıq bunların ikisində iştirak ediblər. Yeniyetmələrin durumuna görə dünya çempionatınadək heyətdə dəyişiklik edilə bilər".

Qeyd edək ki, Azərbaycan çempionatı iyulun 16-17-də təşkil olunacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 13:20

II Liqada 10-cu turun yekun oyunları bu gün keçir

Futbol
Bu gün, 13:00

Van Deyk yeni “Matrix” görünüşü ilə milli düşərgəsinə gəldi, amma eyni gündə ayrıldı

Qarabağ FK
Bu gün, 13:00

Vaqif Sadıqov: Neftçi əvvəlki mövqeyini bərpa edərək Premyer Liqada rəqabəti artır

Futbol
Bu gün, 12:45

Joan Laporta “Golden Boy” mükafatının “İlin ən yaxşı prezidenti” seçildi

Futbol
Bu gün, 12:40

Roberto D'Aversa Sassuolo klubunun yeni baş məşqçisi oldu

Futbol
Bu gün, 12:20

Georgi Mamardaşvili Liverpuldan ayrılacaq

Futbol
Bu gün, 12:15

Batrakov Galatasaray bonus ödənişlərindən imtina etdi

Futbol
Bu gün, 12:00

Sponsorsuzluq səbəbindən Göyəzən futbol komandası ev oyunlarını keçirə bilmir

Futbol
Bu gün, 12:00

Rizespor 'Sabah'ın hücumçusuna maraq göstərdi

Cüdo
Bu gün, 11:48

Tramp, UFC rəhbəri Dana White‑ı Ağ Evdə jurnalistlərin suallarını cavablandırmağa dəvət etdi

Futbol
Bu gün, 11:20

Realın iki futbolçusu üçüncü dəfə 2026-ya qədər FIFPro Rəmzi Komandasına seçildi

Futbol
Bu gün, 11:18

Arsenalın keçmiş məşqçisi Arsen Venger, FIFA prezidenti seçkilərinə namizədliyini dəyərləndirir;

Futbol
Bu gün, 11:01

Barselona futbolçularına dair dopinq iddiaları yenidən gündəmə gəldi

Futbol
Bu gün, 10:46

Poçettino Manchester Unitedə məşqçi kimi gəlməyə hazırdır

Futbol
Bu gün, 10:40

Zidane 19 ildən sonra ikinci divizion futbolçusunu milli yığmaya dəvət etdi

Futbol
Bu gün, 10:35

Xankəndi stadionunda yenidənqurma sonrası ilk rəsmi oyunun vaxtı açıqlandı

Futbol
Bu gün, 10:20

Leipzig, Nkunku üçün 'Milan'a təklif göndərdi

Basketbol
Bu gün, 10:16

Fransalı Viktor Vembanyama NBA tarixində 40 xal, 11 ribaund, 9 blok və 2 üçxallıqla unikal rekord yaratdı

Futbol
Bu gün, 10:09

Milan futbolçusu Yunus Musanın müqaviləni uzatmaq istəyir;

Voleybol
Bu gün, 10:01

Turan Voleybolçusunun Hərzə Gözəl Hərəkəti: Yuliya Kərimova Itə Hədiyyə Yedirdi

Qarabağ FK
Bu gün, 10:00

Marko Yanković Qarabağdan ayrıldı: Yarımmüdafiəçi yeni müqavilə üçün söhbətləri dayandırdı

Futbol
Bu gün, 09:42

Ten Hag Ronaldo'ya Kritiklərlə Qarışdı – Münaqişə 2022-ci ildə Başladı

Futbol
Bu gün, 09:40

Caka zədəsi səbəbindən İsveçrə milli takımdan uzaqlaşdırıldı

Voleybol
Bu gün, 09:35

"Turan" voleybol klubu Çempionlar Liqası qrup mərhələsinə vəsiqə qazanma şansını artırır;

Oxşar xəbərlər