top
Cəbrayıl Həsənov: Hacı Əliyev həmişə hiyləgərlik edir Idman.biz
30 aprel 2025, 11:34
- ↺ +

Cəbrayıl Həsənov: "Hacı Əliyev həmişə hiyləgərlik edir"

"Hacı Əliyevlə eyni komandada oynayanda öz futbolçularımızı da çaş-baş salır".

İdman.biz xəbər verir ki, bunu sərbəst güləş üzrə Olimpiya və dünya çempionatı mükafatçısı Cəbrayıl Həsənov jurnalist Azər İsmayılın "YouTube" layihəsində deyib.

Millinin sabiq kapitanı bildirib ki, güləşçilərin futbol matçları çox maraqlı keçir. Həsənovun sözlərinə görə, futbolda Hacı Əliyev həmişə cığallıq edir.

Həmkarının dediklərini təsdiqləyən yunan-Roma güləşi üzrə Azərbaycan millisinin məşqçisi Həsən Əliyev cığallığın idmançı xarakterindən irəli gəldiyini vurğulayıb: "Bütün idmançılarda cığallıq var. Bu, daha çox uduzmağı qəbul etməməklə bağlıdır. Ümumiyyətlə, məğlubiyyətlə asanlıqla barışan şəxs böyük güləşçi ola bilməz. Məqsədə çatmaq üçün inadkarlıq göstərmək vacibdir. Mütləq zəhmət çəkməli, bütün gücünü ortaya qoymalısan. Xüsusən də, söhbət güləşdən gedirsə. Bir dəfə futbolçularla yarışqabağı eyni mərkəzdə qalası olduq. Adını çəkmək istəmirəm, orada olan məşhur futbolçularımızdan biri ilə maraqlı söhbətimiz oldu. Öz aramızda müzakirə edirdik ki, futbol çətindir, yoxsa güləş. Elə həmin vaxt gördüm ki, futbolçuların cəm halında çıxdığını gördüm. Onların hara getdiyini soruşanda həmsöhbətim cavab verdi ki, gəzməyə gedirlər. Dedim bax, güləşlə futbolun əsas fərqi budur. Biz məşqdən çıxmışıq, aşağı düşüb su almağa halımız yoxdur, ancaq siz məşqdən çıxıb gəzməyə gedirsiniz".

Həsənov da güləşin çətin idman növü olduğunu qeyd edib: "Güləş elə idman növüdür ki, cəmi bir səhvlə karyeranı bitirə bilərsən. Komanda oyunlarında isə belədir ki, səhv edəndə komanda yoldaşın haradasa sənin yanlışını düzəldə bilər. Güləşçi daim öz üzərində çalışmalıdır. O vaxt Toğrul Əsgərovla bir otaqda qalırdım. Məşqdən çıxandan sonra otağa gəlib bir saat uzanırdıq. Toğrul deyirdi ki, birinci sən çimməyə gir, sonra yeməyə gedək. Mən deyirdim yox, birinci sən gir. O qədər yorğun olurduq ki, qolumuzu qaldırıb çimə də bilmirdik".

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Cüdo
Bu gün, 02:02

Zaur Hacıyev ACA 211-də Artem Reznikovla 2026-cı ilin əsas revanşına çıxacaq

Güləş
Bu gün, 01:45

Azərbaycan gənc sərbəst güləşçilərinin Xasavyurt turnirində iştirakı gözlənilir

Güləş
Bu gün, 01:24

Tunar Quliyev və Elgün Kərimlinin qızıl medal qazanması və Zəfər Günü mesajları

Olimpiada
Bu gün, 01:11

Nihad Xudoyev Dakar 2026 Yay Olimpiya Oyunlarında fərdi ötüşmə yarışına qatılacaq

Cüdo
Bu gün, 01:01

Azərbaycanın cüdo dünya çempionatı üçün ilkin heyəti məlum oldu

Futbol
Bu gün, 00:28

Konate Rinerin prezidentlik namizədliyi və idmançıların ictimai rolu haqqında danışdı

Futbol
Dünən, 23:44

Mbappe Oktyabr ayında La Liqada ən yaxşı oyunçusu seçildi

Futbol
Dünən, 23:33

Raul Qonsales Real Madrid’in əfsanəsi olaraq Ovyedo ilə müqavilə imzaladı

Futbol
Dünən, 23:29

İnтер və Milan yeni Generali Stadium üçün 25 illik 650 milyon avroluq razılaşma imzalayıb

Futbol
Dünən, 23:15

Kapello: Kenan Yıldız İtaliyanın Lamin Yamalıdır

Digər
Dünən, 22:58

Aleksandr Plyuşenko Azərbaycanı təmsil edərkən Belarus variantını da nəzərdən keçirir

Basketbol
Dünən, 22:40

Trabzonspor Bakıda Sabahla qarşılaşacaqdı

Futbol
Dünən, 22:31

Batrakov agenti Qalatasaraydan ayrılma iddialarını rədd etdi

Futbol
Dünən, 22:26

Virgil van Dijkin zədəsi Niderland millisini zərər verir

Futbol
Dünən, 22:17

Messinin oğlu Tiaqo Pedro’nun formasını seçdi

Futbol
Dünən, 21:56

“Bavariya”da Manuel Noyerin karyerasını başa vurmaq və zədəsi ilə bağlı son vəziyyət

Futbol
Dünən, 21:43

Qızıl top laureatı FIFPro rəmzi komandadan kənarda qaldı

Digər
Dünən, 21:33

Azərbaycan milli karate komandasının üzvü Turqut Həsənov Astarxanda seminar keçirib

Voleybol
Dünən, 21:17

Ziya Rəcəbov: Turanın Döyünən Ürəyinin Rolunu Açır

Futbol
Dünən, 21:03

Araz‑Naxçıvan futbolçusu Ceyhun Nuriyev hərbi xidmətə cəlb edildi, AFFA Nazirliyə müraciət edib

Futbol
Dünən, 20:47

Lamin Yamalın "Betis"ə vurduğu qol La Liqada oktyabrın ən yaxşısı seçildi

Futbol
Dünən, 20:36

“Araz-Naxçıvan”ın müdafiəçisi İssuf Paro Türkiyədə əməliyyat olundu

Basketbol
Dünən, 20:29

ABL 1-ci dövrün son turu üçün oyun vaxtları açıqlandı

Futbol
Dünən, 20:23

Real Madrid'in baş məşqçisi Joze Mourinyo La Liga'da Ayın Ən Yaxşı Məşqçisi seçildi

Oxşar xəbərlər