top
Bizsiz olmaz! - TƏHLİL İdman.biz
12 may 2024, 18:22
- ↺ +

Bizsiz olmaz! - TƏHLİL

Azərbaycan Paris-2024 Yay Olimpiya Oyunlarında güləşin bütün növlərində təmsil olunacaq.

İdman.biz xəbər verir ki, həm sərbəst, həm yunan-Roma, həm də qadın güləşi millimiz Fransa paytaxtına lisenziya qazanıb.

Bu isə o deməkdir ki, hər üç növdə yarışlar bizsiz keçirilməyəcək. Artıq beş Olimpiadadır ki, Azərbaycan güləşin hər üç növündə "bizsiz olmaz" mesajı verir.

Bu ənənənin əsası Pekin-2008-də qoyulub. Müstəqillik illərinin ilk üç Olimpiadasında sərbəst və yunan-Roma güləşində təmsil olunan Azərbaycan Çinin paytaxtından başlayaraq qadın pəhləvanlarla da multidman tədbirinə qatılır.

Bu era Mariya Stadniklə başladığı kimi onunla da davam edir. O, beş Olimpiadada sərbəst və yunan-Roma güləşçilərimizə təkcə yol yoldaşı deyil, həm də uğur gətirən idmançı olub.

Əvvəlki dörd Oyunlardan fərqli, Mariya bu dəfə qadın millimizin yeganə, tək üzvü olacaq. O, qadın millimizi yarışdan kənar qalmasına son şansında - İstanbulda keçirilən Dünya Təsnifat Turnirində əngəl olub.

Beləliklə, güləşçilərimiz Paris-2024-ə üç komandayla yollanacaq. Sərbəst güləşçilərimiz tam tərkibdə 6 pəhləvanla olacaq. "Klassiklər"imiz 5 çəkidə mübarizə aparacaq. Stadnik isə qadın millimizi 5-ci medal üçün tək daşıyacaq.

Yığmamız Olimpiadadakı 18 medal dəstindən 12-nə iddia edəcək. Bu, mümkün lisenziyaların 2/3-nin, təxminən 67 faizinin əldə olunması deməkdir. Pekin-2008, London-2012 və Rio-2016-da daha çox güləşçimiz olub.

Olimpiada

Sərbəst

Yunan-Roma

Qadın

Cəmi

Atlanta-1996

6

2

-

8

Sidney-2000

6

3

-

9

Afina-2004

5

3

-

8

Pekin-2008

7

6

3

16

London-2012

6

5

2

13

Rio-2016

6

5

3

14

Tokio-2020

3

2

2

7

Paris-2024

6

5

1

12

Parisdə sərbəst güləş millimizi Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Osman Nurmaqomedov (86 kq),
Maqomedxan Maqomedov (97 kq) və Giorgi Meşvildişvili (125 kq) təmsil edəcəklər. Yunan-Roma yığmamızda Murad Məmmədov (60 kq), Həsrət Cəfərov (67 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (87 kq) və Sabah Şəriəti (130 kq) yer alıblar. Qadın güləşində isə komandanın lideri və dördqat Olimpiya mükafatçısı
Mariya Stadnik (50 kq) xalçaya çıxacaq.

Qeyd edək ki, Atlantada 20, Sidneydə 16, sonrakı Olimpiadaların hamısında 18 dəst medal sahibini tapıb.

Vüqar Xeyrullayev
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 17:20

İtalyan məşqçi Simone Inzaghi "Əl-Hilal'dan" ayrılmağa qərar verdi

Futbol
Bu gün, 17:14

Vensan Kompani Bayernin düşərgəsinə geri döndü

Qarabağ FK
Bu gün, 17:00

Aleksey Kaşuk: "Baş məşqçi də məni şəxsən təbrik etdi"

Futbol
Bu gün, 16:59

Füzuli Məmmədov "İmişli"yə namizədliyini irəli sürüb, lakin komanda Ervins Perkonsa şans verməyi planlayır

Futbol
Bu gün, 16:46

Vinicius Junior Dubayda ventilyatorla sərinlədildi – VIDEO

Futbol
Bu gün, 16:44

Luis Rubiales futboldan qadağası bitir, yenidən fəaliyyətə qayıdır

Futbol
Bu gün, 16:40

Alisson Beckerə beş ölkədən təkliflər gəldi

Futbol
Bu gün, 16:20

Manchester United baş məşqçisi üçün namizəd: Mauricio Pochettino

Digər
Bu gün, 16:15

Rafael Fiziyev 16 Yanvar Dallas’da Parnasla Döyüşü Üçün Hazırlanır

Tennis
Bu gün, 16:00

beIN Sports şərhçisi Arina Sabalenkaya təhqiramiz sözlər söylədi

Futbol
Bu gün, 16:00

Qaradağ Lökbatanın məşqçisi Amit Quluzadə: Qış fasiləsində transfer planları gözlənilmir

Futbol
Bu gün, 15:40

Lithuanian captain Nikolas Hasler Azərbaycan qarşısında iştirak etməyəcək

Futbol
Bu gün, 15:29

Endrik: 'Karierim üçün əlimdən gələni edəcəyəm', Madriddə qalmaq istədiyi açıqlanır

Futbol
Bu gün, 15:20

İspaniya Çexiya ilə matçda Lamin Yamal olmadan çıxacaq

Futbol
Bu gün, 15:00

Bavariya Loris Kariusa maraq göstərir

Formula 1
Bu gün, 14:59

FIA rəhbəri yaş məhdudiyyətini ləğv etməyi təklif edir

Futbol
Bu gün, 14:43

Özbəkistan Pro Liqasında kütləvi dava: Dörd futbolçu qırmızı kart gördü

Futbol
Bu gün, 14:29

Turan Tovuz futbol akademiyasında 400-ə yaxın uşaq fəaliyyət göstərir

Futbol
Bu gün, 14:23

U-20 Milli Qrupda Kadr Değişikliyi: Rüstəm Yarəhmədov Cəlb Edildi

Futbol
Bu gün, 14:15

İnzaqi ‘Əl‑Hilal’dan ayrılacaq: 26 milyon avrodan imtina etdi

Qarabağ FK
Bu gün, 14:11

AFFA Region Liqası 2026/2027 mövsümü yeni formatda başladı

Qarabağ FK
Bu gün, 14:00

Nəriman Axundzadənin gələcəyi: agenti səbirli gözləməyi məsləhət görür

Futbol
Bu gün, 13:50

AFFA və BFF-nin birgə təşkilatçılığı ilə D kateqoriyalı məşqçi kursu Bayıl stadionunda başladı

Qarabağ FK
Bu gün, 13:44

Mahir Emreli həftənin simvolik heyətində - FOTO

Oxşar xəbərlər