top
Azərbaycan milli komandasının baş məşqçisi: Hal-hazırda güləşlə məşğul olan qızların sayı kifayət qədər çoxdur Report.az
20 may 2025, 17:39
- ↺ +

Azərbaycan milli komandasının baş məşqçisi: "Hal-hazırda güləşlə məşğul olan qızların sayı kifayət qədər çoxdur"

Azərbaycanın qadın güləşi üzrə U-17 millisinin böyük məşqçisi Həsrət Məmmədyarov ölkə çempionatı, Türkiyədə hər il keçirilən "Zəfər kuboku və qarşıdakı planlardan danışıb.

"Report" xəbər verir ki. mütəxəssis Güləş Federasiyasının mətbuat xidmətinə açıqlamasında baş tutan hər bir yarışın qadın güləşinə böyük töhfə verdiyini söyləyib:

"Sözsüz, ölkə birinciklərinin gələcəkdə idmançılarımıza çox böyük xeyri dəyə bilər. Əvvəllər ordan-burdan 1-2 qız tapırdıq. Amma indi güləşlə məşğul olan qızların sayı çoxdur. Bu sayın mütəmadi olaraq artması və uşaqların inkişafı biz məşqçilərdən asılıdır".

O, Türkiyədə hər il keçirilən "Zəfər kuboku" turnirində təmsilçilərimizin medal qazana bilməməsinə toxunub:

"Türkiyədə keçirilən yarış haqqında onu deyə bilərəm ki, mən ora ölkə birinciliyinin qaliblərini aparmışdım. Astarada 40 kq-da yarış olmamışdı. Bu çəkidə yeganə idmançımız olan Günel Quliyevi apardım, yoxladım. Ən çox ümid bəslədiyimiz güləşçilər Nəzrin Əhmədli, Esra Məmmədli və Fatimə Bayramova idi. Onların üçü də zədəliydi. Yarışda sınadım ki, görüm ayyarımdan sonra Avropa çempionatında necə güləşəcəklər. Normal qiymətləndirə bilərəm. Bəziləri öz kateqoriyasında yox, bir çəki yuxarı güləşdi. İlk dəfə beynəlxalq yarışa çıxan qızlarımız da oldu. Təcrübə qazanmaları üçün bu turnirdə iştirak çox vacib idi. Etiraf edək ki, bəzi çəkilərdə rəqiblərlə müqayisədə zəifik. Fikrimcə, ölkədə qız güləşçilərin sayı artdıqca keyfiyyət də artacaq",

Mütəxəssis iyunda keçiriləcək U-17 və U-15 Avropa çempionatlarına hazırlıq barədə danışıb:

"Federasiya rəhbərliyinə təşəkkür edirəm ki, yüksək səviyyədə hazırlıq keçmək üçün hər cür şərait yaradılıb. Hal-hazırda Abşeron Olimpiya İdman Kompleksində təlim-məşq toplanışındayıq. Gözəl məşqlərimiz keçir. Gündə 3 məşqimiz olur. Qadın güləşi üzrə koordinator Mariya Stadnik də bizimlədir. Demək olar ki, o da bizim bir məşqçimizdir. Hər şeydə kömək edir, məsləhət verir, birgə işləyirik. Əhval-ruhiyyəmiz də əladır. Belə toplanışlar çox olarsa, əminəm ki, gələcəkdə qadın güləşində çox böyük irəliləyiş olacaq".

Həsən Məmmədyarov son olaraq Avropa çempionatında hansı nəticəyə ümid etmələri barəsində fikirlərini bildirib:

"İndi böyüklər və gənclərdən ibarət komandamız Qubada hazırlıq prosesi keçir. Məşqçilər korpusu olaraq bir araya gəlib, AÇ üçün yekun heyəti müəyyənləşdirəcəyik. Vətənə medallarla qayıtmaq istəyirik. Bəzi güclü güləşçilərimizin U20 yaş qrupuna keçməsi heyətimizi bir qədər zəiflətdi. Ötənilki heyətdən 2-3 nəfər qalıb. Onlara yeni simalar qoşulub. İnanıram ki, gələcəkdə əvvəlkindən də güclü nailiyyətlərə nail ola bilərik".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 14:00

Nəriman Axundzadənin gələcəyi: agenti səbirli gözləməyi məsləhət görür

Futbol
Bu gün, 13:50

AFFA və BFF-nin birgə təşkilatçılığı ilə D kateqoriyalı məşqçi kursu Bayıl stadionunda başladı

Qarabağ FK
Bu gün, 13:44

Mahir Emreli həftənin simvolik heyətində - FOTO

Futbol
Bu gün, 13:20

Barselona Conatan Ta ilə 2029-cu ilədək müqavilə təklif edir

Futbol
Bu gün, 13:20

II Liqada 10-cu turun yekun oyunları bu gün keçir

Futbol
Bu gün, 13:00

Van Deyk yeni “Matrix” görünüşü ilə milli düşərgəsinə gəldi, amma eyni gündə ayrıldı

Qarabağ FK
Bu gün, 13:00

Vaqif Sadıqov: Neftçi əvvəlki mövqeyini bərpa edərək Premyer Liqada rəqabəti artır

Futbol
Bu gün, 12:45

Joan Laporta “Golden Boy” mükafatının “İlin ən yaxşı prezidenti” seçildi

Futbol
Bu gün, 12:40

Roberto D'Aversa Sassuolo klubunun yeni baş məşqçisi oldu

Futbol
Bu gün, 12:20

Georgi Mamardaşvili Liverpuldan ayrılacaq

Futbol
Bu gün, 12:15

Batrakov Galatasaray bonus ödənişlərindən imtina etdi

Futbol
Bu gün, 12:00

Sponsorsuzluq səbəbindən Göyəzən futbol komandası ev oyunlarını keçirə bilmir

Futbol
Bu gün, 12:00

Rizespor 'Sabah'ın hücumçusuna maraq göstərdi

Cüdo
Bu gün, 11:48

Tramp, UFC rəhbəri Dana White‑ı Ağ Evdə jurnalistlərin suallarını cavablandırmağa dəvət etdi

Futbol
Bu gün, 11:20

Realın iki futbolçusu üçüncü dəfə 2026-ya qədər FIFPro Rəmzi Komandasına seçildi

Futbol
Bu gün, 11:18

Arsenalın keçmiş məşqçisi Arsen Venger, FIFA prezidenti seçkilərinə namizədliyini dəyərləndirir;

Futbol
Bu gün, 11:01

Barselona futbolçularına dair dopinq iddiaları yenidən gündəmə gəldi

Futbol
Bu gün, 10:46

Poçettino Manchester Unitedə məşqçi kimi gəlməyə hazırdır

Futbol
Bu gün, 10:40

Zidane 19 ildən sonra ikinci divizion futbolçusunu milli yığmaya dəvət etdi

Futbol
Bu gün, 10:35

Xankəndi stadionunda yenidənqurma sonrası ilk rəsmi oyunun vaxtı açıqlandı

Futbol
Bu gün, 10:20

Leipzig, Nkunku üçün 'Milan'a təklif göndərdi

Basketbol
Bu gün, 10:16

Fransalı Viktor Vembanyama NBA tarixində 40 xal, 11 ribaund, 9 blok və 2 üçxallıqla unikal rekord yaratdı

Futbol
Bu gün, 10:09

Milan futbolçusu Yunus Musanın müqaviləni uzatmaq istəyir;

Voleybol
Bu gün, 10:01

Turan Voleybolçusunun Hərzə Gözəl Hərəkəti: Yuliya Kərimova Itə Hədiyyə Yedirdi

Oxşar xəbərlər