top
Azərbaycan güləşinin gələcək ümidləri: Cavanşir Süleymanov və Mahirə İbrahimova - İDMAN.BİZ-in reportajı Idman.biz
07 yanvar 2026, 11:13
- ↺ +

Azərbaycan güləşinin gələcək ümidləri: Cavanşir Süleymanov və Mahirə İbrahimova - İDMAN.BİZ-in reportajı

Güləş Azərbaycanda ən kütləvi idman növlərindən biridir və mütəmadi olaraq milli və beynəlxalq səviyyədə yeni ulduzlar yetişdirir.

İdman.Biz gənc güləşçilərdən bəziləri ilə tanış olmaq və gənc idmançıların hansı həyat tərzi sürdüyünü öyrənmək üçün onların məşqini izləyib.

Avropa çempionatının ən gənc iştirakçısı

İdman.Biz-in həmsöhbət olduğu güləşçilərdən biri 13 yaşlı Cavanşir Süleymanov olub. O, bu il sərbəst güləş üzrə U15 yaş qrupunda Avropa çempionatında ikinci yeri tutaraq yarışın ən gənc idmançısı adını qazanıb.

Cavanşir güləşə qardaşlarının və atası - sərbəst güləş üzrə Azərbaycan millisinin U15 yaş qrupunun baş məşqçisi Xəqan Süleymanovun nümunəsindən ilhamlanaraq gəlib. Bir gün özü məşqə getmək istədiyini deyib və həmin vaxtdan bu idman növünə bütünlüklə bağlanıb.

"Üç oğlum var. Bütün həyatımız güləşdən ibarətdir, evdə belə yalnız bu mövzuda danışırıq. Ona görə də demək olar ki, Cavanşirin başqa seçimi yox idi (gülür)", – deyə Xəqan Süleymanov bildirib.

Məşqçinin sözlərinə görə, öz övladı ilə işləmək maraqlı təcrübədir:

"Valideyn və məşqçi münasibətlərini ayırmaq vacibdir. Mən ona həmişə izah edirəm ki, əgər məşq zamanı əsəbiləşirəmsə, bu, ata kimi yox, məşqçi kimi olur. Mənim borcum vaxtilə özümün nail ola bilmədiyim nəticələrə onun çatmasına kömək etməkdir".

Cavanşir Süleymanov artıq idman aləmində özündən söz etdirməyi bacarıb. Sərbəst güləş üzrə Azərbaycan millisinin U15 yaş qrupunun baş məşqçisi Namiq Quliyevin sözlərinə görə, gənc güləşçi ölkə birinciliyində yarımfinalda zədələnib və final görüşünə çıxa bilməyib, nəticədə ikinci yeri tutub. Buna baxmayaraq, məşqçilər korpusu Avropa çempionatına həm onu, həm də ölkə çempionunu göndərmək qərarına gəlib.

"Avropa çempionatında bu uşaq Azərbaycan çempionunun öhdəsindən gələ bilmədiyi gürcü idmançını məğlub etdi. Finalda isə Cavanşir özündən iki yaş böyük olan rusiyalı rəqibinə uduzdu. Biz ona inandıq və o, etimadımızı doğrultdu", – deyə Namiq Quliyev qeyd edib.

Cavanşirin özü də ambisiyalarını gizlətmir:

"Gələn il Avropa çempionatından qızıl medal ilə qayıtmaq istəyirəm. Arzum bütün əsas titulları qazanmaq, olimpiya çempionu, dünya və Avropa çempionu olmaqdır".

Gənc güləşçinin kumiri sərbəst güləş üzrə üçqat dünya çempionu Hacı Əliyevdir:

"Onun bütün qələbələrinə sevinirəm və onun kimi güclü güləşçi olmaq istəyirəm".

"Oğlanlarla güləşmək asandır"

Əgər Mariya Stadnik karyerasını başa vurmasaydı, bəlkə də bu balacadan ehtiyat etməli olardı. Səkkiz yaşlı Mahirə İbrahimovanı zalda görməmək mümkün deyil – o, çoxsaylı oğlanlar arasında yeganə qızdır. Mahirə onlarla bərabər məşq edir və heç nədə geri qalmır. Üstəlik, özü də inamla bildirir:

"Mənə oğlanlarla güləşmək çox asandır".



Gənc idmançı üçüncü sinifdə oxuyur və öz sözlərinə görə, yalnız əla qiymətlər alır: "Məndə həm məktəbdə, həm də idmanda hər şey çox yaxşıdır".

Dərslərindəki uğurlara baxmayaraq, Mahirə diqqətini idman karyerasına yönəltmək istəyir. Onun ailəsində bir çoxları güləşlə məşğul olub və onların nümunəsindən ruhlanaraq o da zala gəlib. Aydın olur ki, güləş həqiqətən də ətrafındakı hər kəsi "özünə cəlb edir".

Yaşının az olmasına baxmayaraq, Mahirə öz fikirlərini inamla ifadə edir və qızların guya oğlanlardan zəif olması ilə bağlı stereotiplərə də münasibət bildirib:

"Mən şəxsən özüm haqqında belə düşünmürəm. Mən bilirəm ki, hər şeyə qadirəm, o cümlədən Azərbaycan bayrağını yüksəkliyə qaldıra bilərəm".

Qızın kumiri Mariya Stadnikdir. Mahirə əfsanəvi idmançının bütün görüşlərini izləyib və etiraf edir ki, onun arzusu sadəcə bu yolu təkrarlamaq yox, həm də onu geridə qoymaqdır.

Foto: İslam Atakişiyev

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Formula 1
Bu gün, 05:16

Norris: Çempionluq mübarizəsi üçün hələ tam hazır deyilik

Futbol
Bu gün, 04:54

Manchester United baş məşqçisi Michael Kerrickin vəzifəsindən uzaqlaşdırılması mümkündür

Futbol
Bu gün, 04:12

Flik Barselona üçün iki əsas mövqedə yeni oyunçu axtarır

Futbol
Bu gün, 03:12

Arsenalın Martin Subimendi Atletico Madrida transfer ola bilər

Futbol
Bu gün, 02:32

Karlos Visens “Lion” klubunun baş məşqçisi təyin edildi

Cüdo
Bu gün, 02:02

Zaur Hacıyev ACA 211-də Artem Reznikovla 2026-cı ilin əsas revanşına çıxacaq

Güləş
Bu gün, 01:45

Azərbaycan gənc sərbəst güləşçilərinin Xasavyurt turnirində iştirakı gözlənilir

Güləş
Bu gün, 01:24

Tunar Quliyev və Elgün Kərimlinin qızıl medal qazanması və Zəfər Günü mesajları

Olimpiada
Bu gün, 01:11

Nihad Xudoyev Dakar 2026 Yay Olimpiya Oyunlarında fərdi ötüşmə yarışına qatılacaq

Cüdo
Bu gün, 01:01

Azərbaycanın cüdo dünya çempionatı üçün ilkin heyəti məlum oldu

Futbol
Bu gün, 00:28

Konate Rinerin prezidentlik namizədliyi və idmançıların ictimai rolu haqqında danışdı

Futbol
Dünən, 23:44

Mbappe Oktyabr ayında La Liqada ən yaxşı oyunçusu seçildi

Futbol
Dünən, 23:33

Raul Qonsales Real Madrid’in əfsanəsi olaraq Ovyedo ilə müqavilə imzaladı

Futbol
Dünən, 23:29

İnтер və Milan yeni Generali Stadium üçün 25 illik 650 milyon avroluq razılaşma imzalayıb

Futbol
Dünən, 23:15

Kapello: Kenan Yıldız İtaliyanın Lamin Yamalıdır

Digər
Dünən, 22:58

Aleksandr Plyuşenko Azərbaycanı təmsil edərkən Belarus variantını da nəzərdən keçirir

Basketbol
Dünən, 22:40

Trabzonspor Bakıda Sabahla qarşılaşacaqdı

Futbol
Dünən, 22:31

Batrakov agenti Qalatasaraydan ayrılma iddialarını rədd etdi

Futbol
Dünən, 22:26

Virgil van Dijkin zədəsi Niderland millisini zərər verir

Futbol
Dünən, 22:17

Messinin oğlu Tiaqo Pedro’nun formasını seçdi

Futbol
Dünən, 21:56

“Bavariya”da Manuel Noyerin karyerasını başa vurmaq və zədəsi ilə bağlı son vəziyyət

Futbol
Dünən, 21:43

Qızıl top laureatı FIFPro rəmzi komandadan kənarda qaldı

Digər
Dünən, 21:33

Azərbaycan milli karate komandasının üzvü Turqut Həsənov Astarxanda seminar keçirib

Voleybol
Dünən, 21:17

Ziya Rəcəbov: Turanın Döyünən Ürəyinin Rolunu Açır

Oxşar xəbərlər