top
Ayxan Cavadov: Olimpiya çempionu olmaq hər bir güləşçinin arzusudur Idman.biz
15 yanvar 2026, 19:10
- ↺ +

Ayxan Cavadov: Olimpiya çempionu olmaq hər bir güləşçinin arzusudur

Azərbaycan çempionatının qalibi olan yunan-Roma güləşçisi Ayxan Cavadov qarşıdakı Yay Olimpiya Oyunlarında uğurlu çıxış etmək istəyir. İdman.Biz bildirir ki, Cavadov hazırda əsas məqsədinin addım-addım inkişaf etmək olduğunu deyib. 2025-ci ildə U-20 dünya və Avropa çempionatının qızıl medalını qazanmış idmançı "Report"a müsahibəsində növbəti hədəflərindən söz açıb.

- Azərbaycan çempionatının qalibi oldunuz. Təəssüratlarınız necədir?

- Azərbaycan çempionatının qalibi olmaq mənim üçün çox böyük qürurdur. Bu titul uzun müddət davam edən zəhmətin və əziyyətin nəticəsidir. Həm özüm, həm də məşqçilərim üçün çox dəyərli qələbədir.

- Turnirin səviyyəsi, rəqiblər arasında rəqabət barədə nə deyə bilərsiniz?

- Yarışın səviyyəsi kifayət qədər yüksək idi. Demək olar ki, hər görüş gərgin mübarizə şəraitində keçdi. Rəqiblərimin hamısı yaxşı hazırlaşmışdılar və bu da qələbənin dəyərini daha da artırır.

- Daha əvvəl U-20 dünya və Avropa çempionatında qızıl medallar qazanmısınız. 18 yaşında bu nailiyyətləri əldə etmək necə hissdir?

- 18 yaşımda U-20 dünya və Avropa çempionu olmaq sözlə ifadə ediləcək hiss deyil. Bu nailiyyətlər mənə həm böyük motivasiya verir, həm də məsuliyyətimi artırır. Qarşıda məni daha böyük hədəflər gözləyir.

- Yaşının az olmasına baxmayaraq, çıxış etdiyin çəkidə artıq özünü ölkənin ən yaxşılarından biri hesab edirsən?

- Özümü daim inkişafda görürəm. Bəli, çıxış etdiyim çəki dərəcəsində ölkənin güclüləri sırasında olduğumu düşünürəm. Amma hələ də formamın zirvəsinə çatmamışam. Daha da yaxşı olmağa çalışıram.

- Yəqin ki, 2026-cı ildə böyüklər arasında dünya və Avropa çempionatlarına da qatılacaqsan. Bu il daha böyük nailiyyətlər əldə edə bilərsən?

- Hələ gəncəm, tələsmək istəmirəm. Hazırda əsas məqsədim addım-addım inkişaf etməkdir. Məşqçilərimin məsləhəti və qərarı olarsa, böyüklər arasında yarışlarda da çıxış edə bilərəm. İndiki mərhələdə əsas diqqətimi hazırlığa və öz üzərimdə işləməyə yönəltmişəm.

- Azərbaycan idmanında gənc yaşlarında bir çoxları nailiyyətlər qazanır, sonradan onları böyük arenalarda görə bilmirik. Bunun baş verməməsi üçün çalışırsan?

- Bunun fərqindəyəm və məhz buna görə hər detal üzərində işləyirəm. Daim intizamlı olmaq, öz üzərində işləmək və tələsməmək çox vacibdir. Məqsədim təkcə gənclər arasında yox, böyüklər səviyyəsində də davamlı uğur qazanmaqdır.

- Azərbaycanın yunan-Roma güləşində yeganə olimpiya çempionu Fərid Mansurovdur. 2028-ci ildəki və ya növbədi Olimpiadada bu nailiyyəti təkrarlamağı qarşına hədəf kimi qoymusan?

- Fərid Mansurov Azərbaycan güləşi üçün böyük nümunədir. Olimpiya çempionu olmaq hər bir güləşçinin arzusudur. Mən də 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarını və növbəti analoji yarışları əsas hədəflərimdən biri kimi görürəm. Uğur qazanmaq üçün əlimdən gələni edəcəyəm.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Formula 1
Bu gün, 05:16

Norris: Çempionluq mübarizəsi üçün hələ tam hazır deyilik

Futbol
Bu gün, 04:54

Manchester United baş məşqçisi Michael Kerrickin vəzifəsindən uzaqlaşdırılması mümkündür

Futbol
Bu gün, 04:12

Flik Barselona üçün iki əsas mövqedə yeni oyunçu axtarır

Futbol
Bu gün, 03:12

Arsenalın Martin Subimendi Atletico Madrida transfer ola bilər

Futbol
Bu gün, 02:32

Karlos Visens “Lion” klubunun baş məşqçisi təyin edildi

Cüdo
Bu gün, 02:02

Zaur Hacıyev ACA 211-də Artem Reznikovla 2026-cı ilin əsas revanşına çıxacaq

Güləş
Bu gün, 01:45

Azərbaycan gənc sərbəst güləşçilərinin Xasavyurt turnirində iştirakı gözlənilir

Güləş
Bu gün, 01:24

Tunar Quliyev və Elgün Kərimlinin qızıl medal qazanması və Zəfər Günü mesajları

Olimpiada
Bu gün, 01:11

Nihad Xudoyev Dakar 2026 Yay Olimpiya Oyunlarında fərdi ötüşmə yarışına qatılacaq

Cüdo
Bu gün, 01:01

Azərbaycanın cüdo dünya çempionatı üçün ilkin heyəti məlum oldu

Futbol
Bu gün, 00:28

Konate Rinerin prezidentlik namizədliyi və idmançıların ictimai rolu haqqında danışdı

Futbol
Dünən, 23:44

Mbappe Oktyabr ayında La Liqada ən yaxşı oyunçusu seçildi

Futbol
Dünən, 23:33

Raul Qonsales Real Madrid’in əfsanəsi olaraq Ovyedo ilə müqavilə imzaladı

Futbol
Dünən, 23:29

İnтер və Milan yeni Generali Stadium üçün 25 illik 650 milyon avroluq razılaşma imzalayıb

Futbol
Dünən, 23:15

Kapello: Kenan Yıldız İtaliyanın Lamin Yamalıdır

Digər
Dünən, 22:58

Aleksandr Plyuşenko Azərbaycanı təmsil edərkən Belarus variantını da nəzərdən keçirir

Basketbol
Dünən, 22:40

Trabzonspor Bakıda Sabahla qarşılaşacaqdı

Futbol
Dünən, 22:31

Batrakov agenti Qalatasaraydan ayrılma iddialarını rədd etdi

Futbol
Dünən, 22:26

Virgil van Dijkin zədəsi Niderland millisini zərər verir

Futbol
Dünən, 22:17

Messinin oğlu Tiaqo Pedro’nun formasını seçdi

Futbol
Dünən, 21:56

“Bavariya”da Manuel Noyerin karyerasını başa vurmaq və zədəsi ilə bağlı son vəziyyət

Futbol
Dünən, 21:43

Qızıl top laureatı FIFPro rəmzi komandadan kənarda qaldı

Digər
Dünən, 21:33

Azərbaycan milli karate komandasının üzvü Turqut Həsənov Astarxanda seminar keçirib

Voleybol
Dünən, 21:17

Ziya Rəcəbov: Turanın Döyünən Ürəyinin Rolunu Açır

Oxşar xəbərlər