Sabah Rusiyanın Yakutsk şəhərində "Asiya uşaqları" VIII Beynəlxalq İdman Oyunlarına start veriləcək.
İdman.biz xəbər verir ki, Oyunlar çərçivəsində iyunun 28-dən iyulun 2-dək güləş yarışları keçiriləcək.
Yakutskda ölkəmizi məşqçilər Namiq Quliyev, Elşad Allahverdiyev və İlham Vezirovun rəhbərliyi altında U-15 milli komandalarımızın üzvləri təmsil edəcək.
3000 tamaşaçı tutumlu "Triumf" İdman Mərkəzində keçiriləcək yarışda sərbəst güləşdə Hüseyn Rzazadə (38 kq), Tamerlan Namazlı (41 kq), Rəşid Nazarov (52 kq), Həsən Həsənov (62 kq) və Nihad Süleymanlı (75 kq), qadın güləşində Gülnar Ağadadaşova (39 kq), Rəna Nuriyeva (54 kq) və Simurə Abdullayeva (62 kq), yunan-Roma güləşində isə Yusif Mirzəyev (38 kq), Qurban Məcnunov (44 kq), Eldəniz Allahverdiyev (52 kq) və Yaşar Məmmədov (75 kq) uğur qazanmağa çalışacaq.
Oyunlarda I dərəcəli beynəlxalq hakim Bəşir İsazadə ədaləti qoruyacaq.
İdman.biz
Sportnews.az — idman dünyasında baş verən əsas hadisələrə həsr olunmuş aparıcı idman portalıdır. Biz hər gün ən son xəbərləri, oyun nəticələrini, müsahibələri, analizləri və proqnozları təqdim edirik.
Saytımızda siz tapa bilərsiniz:
Futbol: yerli və beynəlxalq liqalar, xüsusi diqqət — "Qarabağ" FK
Tennis, şahmat, gimnastika, voleybol, basketbol
Döyüş növləri: boks, güləş, cüdo
Formula 1 və Olimpiya Oyunları
Eləcə də diqqətəlayiq digər idman növləri
Biz azərbaycanlı idmançıların uğurlarını izləyirik, mühüm turnirləri işıqlandırırıq, yığmaların hazırlığı və fərdi nailiyyətlər barədə məlumat veririk. Bütün materiallar faktlara, ekspert şərhlərinə və keyfiyyətli təqdimata əsaslanır.
Niyə məhz Sportnews.az:
Yalnız aktual və etibarlı xəbərlər
Azərbaycan və dünya idmanının tam əhatəsi
Rahat struktur, müntəzəm yenilənmələr, obyektiv baxış
Əsas idman xəbərlərindən xəbərdar olmaq üçün bizimlə qalın.
Sportnews.az — burada idman ucadan danışır.