top
Asif Şirəliyev: “Hakimlik məktəbinin nə qədər yüksəkdə olduğunu göstərdik” İdman.biz
31 may 2024, 18:34
- ↺ +

Asif Şirəliyev: “Hakimlik məktəbinin nə qədər yüksəkdə olduğunu göstərdik”

"Bu, qarşıma qoyduğum hədəf idi".

Bunu İdman.bizə azərbaycanlı güləş hakimi Asif Şirəliyev deyib.

I-S kateqoriyalı referi Paris-2024 Yay Olimpiya Oyunlarına təyinat almasına münasibət bildirib. Şirəliyevin sözlərinə görə, Tokio-2020 Yay Olimpiya Oyunlarından sonra növbəti hədəfinin məhz bu yarış olduğunu deyib: "Yaponiyada Dünya Güləş Birliyinin etimadını doğrultmuşdum. Yüksək qiymətlər almışdım. Bu, illərin zəhmətidir və belə olduqda özümə güvən daha da artdı. Artıq Olimpiada təcrübəm var. Biliklərimi daha da genişləndirmək üçün öz üzərimdə məsuliyyəti dərk edib, peşəkarlığımı yüksəkliklərə qaldırmaq üçün çox çalışdım. Sevinirəm ki, təyinatı ikinci dəfə aldım. Seçilənlər arasında adımın olması məni olduqca sevindirir. Bu təyinatı alacağıma inanırdım. Paris-2024 Yay Olimpiya Oyunları üçün hansı tələblər qoyulmuşdusa, hər birini yerinə yetirmişdim. Hansı ki, Olimpiadaya yollanmaq üçün sınaq yarışlarında heç bir səhv buraxmadan peşəkarcasına işləmişdim. Praktiki olaraq artıq hiss edirdim ki, durum nə yerədir. Yarışlardan 1-2 saat öncə seminarlar keçirdik. Hansı hakimlər səhv buraxırdısa, onlara bunu deyirdilər və ya kobud səhvə görə cəzalandırırdılar".

O bildirib ki, mayın 9-12-də İstanbulda keçirilən Dünya Olimpiya Təsnifat Turnirində hakimlik etdiyi zaman da ona heç bir irad tutulmayıb: "Olimpiya Təsnifat Turnirində həlledici görüşləri mənə tapşırırdılar. Bütün bunlardan hiss edirdim ki, Olimpiadaya yaxınam. Bu təyinatımla bir daha güləşdə olduğu kimi hakimlik məktəbinin də nə qədər yüksək zirvədə olduğunu göstərdik. Bunu hər zaman qorumağa çalışacam. Özümdən sonra gələn gənc nəsillərə ötürərək yetişmələrinə dəstək olacam. Bu təyinatın digər hakimlərimizə də təsir edəcıyinə düşünürəm. Parisdəki Olimpiadada artıq tək özümü deyil, ölkəmizin adını təmsil edirəm. Buna görə də öz işimi yüksək səviyyədə ədalətli qərarlar verməliyəm".

Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək davam edəcək.

Banuçiçək Hüseynli
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 17:00

Aleksey Kaşuk: "Baş məşqçi də məni şəxsən təbrik etdi"

Futbol
Bu gün, 16:59

Füzuli Məmmədov "İmişli"yə namizədliyini irəli sürüb, lakin komanda Ervins Perkonsa şans verməyi planlayır

Futbol
Bu gün, 16:46

Vinicius Junior Dubayda ventilyatorla sərinlədildi – VIDEO

Futbol
Bu gün, 16:44

Luis Rubiales futboldan qadağası bitir, yenidən fəaliyyətə qayıdır

Futbol
Bu gün, 16:40

Alisson Beckerə beş ölkədən təkliflər gəldi

Futbol
Bu gün, 16:20

Manchester United baş məşqçisi üçün namizəd: Mauricio Pochettino

Digər
Bu gün, 16:15

Rafael Fiziyev 16 Yanvar Dallas’da Parnasla Döyüşü Üçün Hazırlanır

Tennis
Bu gün, 16:00

beIN Sports şərhçisi Arina Sabalenkaya təhqiramiz sözlər söylədi

Futbol
Bu gün, 16:00

Qaradağ Lökbatanın məşqçisi Amit Quluzadə: Qış fasiləsində transfer planları gözlənilmir

Futbol
Bu gün, 15:40

Lithuanian captain Nikolas Hasler Azərbaycan qarşısında iştirak etməyəcək

Futbol
Bu gün, 15:29

Endrik: 'Karierim üçün əlimdən gələni edəcəyəm', Madriddə qalmaq istədiyi açıqlanır

Futbol
Bu gün, 15:20

İspaniya Çexiya ilə matçda Lamin Yamal olmadan çıxacaq

Futbol
Bu gün, 15:00

Bavariya Loris Kariusa maraq göstərir

Formula 1
Bu gün, 14:59

FIA rəhbəri yaş məhdudiyyətini ləğv etməyi təklif edir

Futbol
Bu gün, 14:43

Özbəkistan Pro Liqasında kütləvi dava: Dörd futbolçu qırmızı kart gördü

Futbol
Bu gün, 14:29

Turan Tovuz futbol akademiyasında 400-ə yaxın uşaq fəaliyyət göstərir

Futbol
Bu gün, 14:23

U-20 Milli Qrupda Kadr Değişikliyi: Rüstəm Yarəhmədov Cəlb Edildi

Futbol
Bu gün, 14:15

İnzaqi ‘Əl‑Hilal’dan ayrılacaq: 26 milyon avrodan imtina etdi

Qarabağ FK
Bu gün, 14:11

AFFA Region Liqası 2026/2027 mövsümü yeni formatda başladı

Qarabağ FK
Bu gün, 14:00

Nəriman Axundzadənin gələcəyi: agenti səbirli gözləməyi məsləhət görür

Futbol
Bu gün, 13:50

AFFA və BFF-nin birgə təşkilatçılığı ilə D kateqoriyalı məşqçi kursu Bayıl stadionunda başladı

Qarabağ FK
Bu gün, 13:44

Mahir Emreli həftənin simvolik heyətində - FOTO

Futbol
Bu gün, 13:20

Barselona Conatan Ta ilə 2029-cu ilədək müqavilə təklif edir

Futbol
Bu gün, 13:20

II Liqada 10-cu turun yekun oyunları bu gün keçir

Oxşar xəbərlər