Armrestlinq üzrə Rusiya çempionatının gümüş medalçısı Anatoli Oşepkov antidopinq qaydalarını pozduğuna görə 6 il müddətinə yarışlardan kənarlaşdırılıb.
"Report" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Onun dopinq nümunəsində drostanolon, klostebol, trenbolon, mestanolon, oksimetolon, metiltestosteron, metasteron, anastrolol və meldonium aşkarlanıb.
34 yaşlı idmançının diskvalifikasiya müddəti 2031-ci il mayın 15-də başa çatacaq.