top
Arif Niftullayev: “Nəyin bahasına olursa-olsun, qələbə qazanmalı idim” İdman.biz
21 iyun 2024, 11:12
- ↺ +

Arif Niftullayev: “Nəyin bahasına olursa-olsun, qələbə qazanmalı idim”

"Yarışın bu qədər yüksək səviyyədə keçiriləcəyini düşünmürdüm".

Bunu İdman.bizə Azərbaycan millisinin yunan-Roma güləşçisi Arif Niftullayev (97 kq) deyib.

O, Tatarıstanın paytaxtı Kazanda keçirilən "BRICS Sports Games Kazan 2024" beynəlxalq multi-idman oyunlarında qızıl medal qazanmasını şərh edib. Niftullayev bildirib ki, yarış Avropa və dünya çempionatlarından geri qalmayıb: "Hətta Yay Olimpiya Oyunları səviyyəsində keçirilirdi. Çempion olarkən ilk ona sevindim ki, komandamızda qızıl medal yox idi. İki güləşçimiz finala çıxsa da, hakimlərin ədalətsizliyi səbəbindən qalib ola bilmədilər, gümüş medala layiq görüldülər. Bundan da əlavə 3 bürünc mükafatımız var idi. Ona görə də nəyin bahasına olursa-olsun, bu görüşü qələbə ilə başa vurmalı idim. Əlbəttə, bura çempion olmağa gəlmişdim. Məşq proseslərini çox yaxşı səviyyədə keçmişdik. Sevindirici haldır ki, istəyim reallaşdı".

Onun sözlərinə görə, yarımfinal görüşü digərlərindən fərqlənib: "Yerli idmançıya qarşı güləşmək hər zaman çətin olur. Çünki arenadakı abu-hava, hakimlərin istər-istəməz tərəfkeşliyi və s. Bütün bu amillər insanı görüşdə geriyə salır. Amma çətin qarşılaşma olsa da, finala çıxmağı bacardım. Burada da qələbə qazanaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxdım".

O, növbəti yarışlarda da bu uğuru davam etdirmək üçün çalışacağını deyib: "Əsas hədəfim Paris-2024 Yay Olimpiya Oyunlarına getmək idi. Amma bəzi səbəblərdən qismət olmadı. Ona görə də əsas məqsədim Avropa və dünya çempionu olmaqdır. Bunun üçün çalışacam".

Qeyd edək ki, Azərbaycan idmançılarının Oyunlarda hələlik 4 qızıl, 5 gümüş və 8 bürünc medal qazanıb.

Banuçiçək Hüseynli
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 16:46

Vinicius Junior Dubayda ventilyatorla sərinlədildi – VIDEO

Futbol
Bu gün, 16:44

Luis Rubiales futboldan qadağası bitir, yenidən fəaliyyətə qayıdır

Futbol
Bu gün, 16:40

Alisson Beckerə beş ölkədən təkliflər gəldi

Futbol
Bu gün, 16:20

Manchester United baş məşqçisi üçün namizəd: Mauricio Pochettino

Digər
Bu gün, 16:15

Rafael Fiziyev 16 Yanvar Dallas’da Parnasla Döyüşü Üçün Hazırlanır

Tennis
Bu gün, 16:00

beIN Sports şərhçisi Arina Sabalenkaya təhqiramiz sözlər söylədi

Futbol
Bu gün, 16:00

Qaradağ Lökbatanın məşqçisi Amit Quluzadə: Qış fasiləsində transfer planları gözlənilmir

Futbol
Bu gün, 15:40

Lithuanian captain Nikolas Hasler Azərbaycan qarşısında iştirak etməyəcək

Futbol
Bu gün, 15:29

Endrik: 'Karierim üçün əlimdən gələni edəcəyəm', Madriddə qalmaq istədiyi açıqlanır

Futbol
Bu gün, 15:20

İspaniya Çexiya ilə matçda Lamin Yamal olmadan çıxacaq

Futbol
Bu gün, 15:00

Bavariya Loris Kariusa maraq göstərir

Formula 1
Bu gün, 14:59

FIA rəhbəri yaş məhdudiyyətini ləğv etməyi təklif edir

Futbol
Bu gün, 14:43

Özbəkistan Pro Liqasında kütləvi dava: Dörd futbolçu qırmızı kart gördü

Futbol
Bu gün, 14:29

Turan Tovuz futbol akademiyasında 400-ə yaxın uşaq fəaliyyət göstərir

Futbol
Bu gün, 14:23

U-20 Milli Qrupda Kadr Değişikliyi: Rüstəm Yarəhmədov Cəlb Edildi

Futbol
Bu gün, 14:15

İnzaqi ‘Əl‑Hilal’dan ayrılacaq: 26 milyon avrodan imtina etdi

Qarabağ FK
Bu gün, 14:11

AFFA Region Liqası 2026/2027 mövsümü yeni formatda başladı

Qarabağ FK
Bu gün, 14:00

Nəriman Axundzadənin gələcəyi: agenti səbirli gözləməyi məsləhət görür

Futbol
Bu gün, 13:50

AFFA və BFF-nin birgə təşkilatçılığı ilə D kateqoriyalı məşqçi kursu Bayıl stadionunda başladı

Qarabağ FK
Bu gün, 13:44

Mahir Emreli həftənin simvolik heyətində - FOTO

Futbol
Bu gün, 13:20

Barselona Conatan Ta ilə 2029-cu ilədək müqavilə təklif edir

Futbol
Bu gün, 13:20

II Liqada 10-cu turun yekun oyunları bu gün keçir

Futbol
Bu gün, 13:00

Van Deyk yeni “Matrix” görünüşü ilə milli düşərgəsinə gəldi, amma eyni gündə ayrıldı

Qarabağ FK
Bu gün, 13:00

Vaqif Sadıqov: Neftçi əvvəlki mövqeyini bərpa edərək Premyer Liqada rəqabəti artır

Oxşar xəbərlər