top
Anna Başta: Yuxusuzluğum sayəsində bütün pullarımın oğurlanmasının qarşısını aldım Idman.biz
21 noyabr 2025, 14:22
- +

Anna Başta: "Yuxusuzluğum sayəsində bütün pullarımın oğurlanmasının qarşısını aldım"

Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət Azərbaycan millisinin lideri Anna Başta bu ilin yazında aldığı zədədən sonra bərpa prosesini davam etdirir. Bir neçə gün əvvəl o, Bakıda olub, daha sonra təlim-məşq toplanışını davam etdirmək üçün Ankaraya yollanıb.

İdman.Biz-ə müsahibəsində A. Başta Bakıya gəlməzdən əvvəl başına gələn xoşagəlməz hadisədən, yarışlara nə vaxt qayıdacağından, psixoloji tərəfdən hansı çətinlikləri yaşadığından və bir çox məqamdan danışıb.

Yuxusuz gecələr bəzən var-dövlətini xilas edir

- Yaxın günlərdə Bakıda oldunuz. Səfərin məqsədi nə idi?

- İlk növbədə komandamla görüşmək və onları İslam Oyunlarına yola salmaq üçün gəlmişdim. Həmçinin sənədlərlə bağlı bəzi məsələləri həll etməli idim. Ən əsası isə bank kartımı müdaxilə nəticəsində demək olar ki, məni soyublar (gülür). Bu səbəbdən özümı yeni kart düzəltdirdim.

- Hadisə necə baş verdi?

- Bu, iki həftə əvvəl, Bakıya uçuşdan bir gecə əvvəl baş verdi. Ümumiyyətlə, uçmaqdan qorxuram və adətən uçuşdan əvvəl narahat yatıram, o gecə də eyni hal oldu. Bir anda telefona pul çıxarılması ilə bağlı bildirişlər gəlməyə başladı. Şükür ki, həmin gecə yuxusuz idim və kartı vaxtında bloklaya bildim. Əks halda, bütün pulları oğurlayardılar.

Bakıda artıq dələduzluqla bağlı ərizə yazmalı oldum. Aydındır ki, bankın buna aidiyyəti yoxdur, çünki üçrəqəmli kod oğurlanmışdı. Onu kimin və necə əldə etməsi bilinmir. Maraqlıdır ki, kartı blokladıqdan sonra belə dələduzlar kartdan 5 dollarlıq ödənişlər yoxlamağa cəhd edirdilər.

Hər şey gecə baş verdi, insanlar adətən o saatlarda yatır və mənim yatmamağım böyük şans idi. Baxmayaraq ki, böyük məbləğ oğurlanmışdı, amma bütün pul deyildi, ona görə çox uzun müddət stress keçirmədim.

- Federasiya sizə kömək etdi?

- Bəli, əlbəttə. Yardım etdilər, banka yönləndirdilər, nə etmək lazım olduğunu izah etdilər. Onsuz da nəyisə dəqiq müəyyənləşdirmək çətindir, çünki "izlərin" haradan gəldiyi bilinmir və hansı saytın və ya xidmətin müdaxilə etdiyi məlum deyil. Hamı mənə deyir ki, ya nağd puldan istifadə et, ya da ayrıca kart aç, çünki əsas karta əməkhaqqı, gündəlik xərclər və mükafatlar köçürülür.

Amma nağdlaşmaq mümkün deyil - daim ölkədən-ölkəyə gedirik, taksi, yemək sifariş edirik. Yəqin ki, hansısa bankomatda çip olub və kartın məlumatlarını, o cümlədən üçrəqəmli kodu oxuyub. Harada olduğunu anlamaq mümkün deyil, çünki bir həftə ərzində iki-üç ölkədə olmuşuq.

- Uçmaqdan qorxursunuz, amma tez-tez uçursunuz. Bu, necə olur?

- Çarə yoxdur. Ən çox yüksəkliyə qalxmaqdan və enişdən qorxuram. Xüsusilə enişdən. Çox video izləmişəm. Uçuşun təhlükəsizliyi barədə hər şeyi araşdırmışam, indi təyyarələr haqqında demək olar ki, hər şeyi bilirəm. Bu arada, Azərbaycan və ya Türkiyədən Kanadaya uçuşların birində panik atak keçirmişdim. Elə bilirdim ölürəm. Sonra təyyarəyə minə bilmirdim, isterikaya düşürdüm. Yenə də uçmalı olurduq, amma bütün uçuş boyu ağlayırdım.

Bakıda balığın özünü suda hiss etdiyi kimi...

- Ümid edirəm, kartla bağlı hadisə səfərlə bağlı yeganə xoşagəlməzlik idi?

- Bəli, qalan hər şey super idi. Sevdiyim, ətin qabırğalı hissəsini yedim, şəhərdə gəzdim, bütün dostlarımla görüşdüm. Bakı mənim üçün ev kimidir, özümü əla hiss edirəm. Hava da gözəl idi - hər yerdə soyuqdur, amma Bakıda isti.

- Bakıdakı dostlarla Azərbaycan dilində danışmağa cəhd etmisiniz?

- Bu, çətin dildir. Artıq çox şeyi başa düşürəm, o cümlədən konteksti. Mağazada, kafedə, taksidə rahat ünsiyyət qura bilirəm, müəyyən ifadələr işlədə bilirəm. Mənə deyilənləri başa düşürəm. Amma cavab vermək hələ çətindir - daxili baryeri keçməmişəm. Bir az utanıram, çünki səslər rus dilinə oxşamır. Amma Bakıya tez-tez gəldiyim üçün dil mənə yavaş-yavaş asan gəlir. Şəhərdə bir həftə qalım – özümü suda balıq hiss etdiyi kimi hiss edirəm, hər deyiləni başa düşürəm.

Psixologiya və onun vacib olması barədə

- Hazırda Ankarada toplanışdasınız. Nəyə hazırlaşırsınız?

- Ümumilikdə, xalçaya qayıtmağa hazırlaşıram. Reabilitasiya dövrü bitib, artıq sablyanı əlimə almışam və məşqçi ilə işləyirəm, paralel olaraq fiziki hazırlıqla məşğulam. Ayağım artıq ağrımır, amma psixoloji qorxular qalıb: son iki ildə iki zədə eyni nahiyəyə təsadüf edib. Zədələr müxtəlif idi, amma hər ikisi sürüşmə nəticəsində baş vermişdi.

İndi özünü aşmaq çətindir. Beynin uyğunlaşması üçün çalışıram, çünki xalçaya çıxanda stress keçirirəm. Tədricən bu vəziyyətdən çıxıram, vaxta ehtiyac var. Şükür ki, vaxt çoxdur - 2028 Olimpiadasına seçmə mərhələ 2027-ci il aprelin 1-də başlayacaq. Amma yarışlara daha tez qayıtmaq istəyirəm, baxmayaraq ki, tələsmək olmaz.

Məşqçi ilə işləyirik: beyin hər şeyi xatırlayır, amma ayaqlar hələ əvvəlki kimi sürətlə hərəkət etmir, dolaşıb qalır. Yıxılmaqdan qorxduğum üçün kəskin dayanırdım. Bununla mübarizə aparıram. Bədən tədricən hər şeyi xatırlayır, bəzi məqamlarda elə bilirəm ki, heç fasilə olmayıb. Çoxları tələsməməyi məsləhət görür, çünki yenidən zədə almaq riski var.

- Psixoloqla işlədiyinizi demişdiniz. Hazırda davam etdirirsiniz?

- Psixoloq mənə Paris-2024 Olimpiadasından əvvəl və sonra kömək edib, amma son aylarda onunla işləməmişəm. Yayda reabilitasiya ağır keçdi, depressiyaya düşdüm və işi dayandırmağa qərar verdim. Ola bilsin, səhv idi, sadəcə gücüm yox idi. İndi yenidən başlamağı düşünürəm, çünki ehtiyac duyuram.

Hətta psixoloqumu digər idmançılara da tövsiyə edə bilərəm. Çox ölkədən olan qılıncoynadanlarla çalışır və spesifikaya yaxşı bələddir. Bizim bütöv proqramımız var - alətlər, tövsiyələr. Əvvəllər bunları yazırdım, amma tətbiq etmirdim, düşünürdüm özüm idarə edərəm. Sonra yarışlardan əvvəl istifadə etdim - nəticə dərhal yüksəldi.

Əvvəllər nə qədər enerjini boşa xərclədiyimi anlamırdım. Xırda görünür, amma idmançı üçün çox vacibdir. Biz xurafatçıyıq, hər tənqidi bəzən düşmənçilik kimi qəbul edirik, emosiyalar adi insanlardan daha güclüdür. Bir həftə içində həm eniş, həm yüksəliş ola bilər. Ona görə psixoloqun tövsiyələrinə təkcə yarışlardan əvvəl deyil, hər zaman əməl edirəm. Açığı, yaşamaq daha asan olub (gülür).

Əgər sablyama toxunsalar, baxışım kifayətdir

- Xurafatlara münasibətiniz necədir?

- Müxtəlif. Bir dəfə kruassan və qəhvə içmişdim və turnirdə qalib gəlmişdim. Növbəti yarışda kruassan olmadı və başlayıb düşündüm ki, yeməmişəm, ona görə uduzaram. Pis çıxış etdim - kruassana görə yox, onu düşündüyüm üçün.

Uşaq olanda həmişə eyni gödəkçədə çıxış edirdim. O itəndə çox narahat oldum, necə çıxış edəcəyimi düşünürdüm. İdmançılar fərqli insanlardır, bəzən hər şeyə inanırlar ki, qələbəyə kömək etsin. Əsas odur ki, həddi aşmayasan.

- Sevimli qılıncınız var?

- Əvvəllər bir sevimli sablyam vardı, indi yox. Tək şeyə dözə bilmirəm - yarış vaxtı silahıma icazəsiz toxunulmasına. Biri yaxınlaşıb "Göstər görüm" deyə əlinə götürəndə ehtiyat sablyanı verirəm. Çünki sablyalar incə tənzimlənir, hər müdaxilə tarazlığı pozur. Bəlkə də bu da xurafatdır, ya da şəxsi sərhədlərim güclüdür (gülür).

- Kimsə sablyanıza toxunsa, artıq onunla çıxış etmirsiniz?

- Əlbəttə edirəm. Sadəcə həmin insana hədə-qorxu baxışı atıram - anlayır ki, belə etmək olmaz (gülür). Xahiş etsələr, ehtiyat silahı verirəm.

Qələbəyə ac olmaq

- Son dəfə martda Kritdə çıxış etmişdiniz. Qılınc oynatmaq üçün darıxmısınız?

- Çox darıxmışam. Krittə çıxışdan əvvəl yarım il yolkaya çıxmamışdım - Paris-2024 Olimpiadasından sonra əməliyyat olmuşdum. Kritdə şəxsi yarışda əla çıxış etdim, sevincdən ağlamışdım. Komanda yarışında isə çox uduzurduq. Xalçaya çıxdım, görüşün gedişatını dəyişməyə başladım, amma zədə aldım. Nəticədə yenə yarım il mübarizə apara bilmədim.

Bir neçə ay əvvəl həkimlər sablyanı əlimə almağa icazə verdilər. Çantam və idman ayaqqabılarım elə həmin gündəki kimi dururdu. O vaxtdan onlara toxunmamışdım, baxa bilmirdim - ağrılı idi, hər dəfə gözüm dolurdu. İndi artıq sakitəm, amma çox darıxıram və tezliklə qayıdacağam. Yenidən mübarizə aparmağa acam.

-Qayıdacağınızı nə vaxta gözləyə bilərik?

- Dəqiq 2026-cı ildə. Tam bərpa üçün bir neçə aya ehtiyac var. Hazırda Ankaradayam, əla fitnes-məşqçi və reabilitoloqla çalışıram. Gələn ilin martında yarışlara qayıtmaq planımız var, amma bundan əvvəl fors-majoru istisna etmək üçün testlər olacaq.

- Üçüncü Olimpiadaya köklənmisiniz. Bu dəfə medal olacaq?

- Bəli, mütləq medal qazanmalıyıq. Tokio-2020-yə autsayder kimi getmişdim – heç kim məndən qələbə gözləmirdi, reytinqdə təxminən 30-cu sırada idim. Qələbəyə tam hazır deyildim.

Paris-2024-də isə zədəli idim - bir ayaqla mübarizə aparırdım, yalnız hücum edə bilirdim. Çinlini məğlub etdim, amma növbəti rəqib çox yüksək səviyyəli idi. Tez-tez birlikdə məşq edirik və o, zədələndiyimi görürdü - yalnız irəli hərəkət edə bildiyimi bilirdi və məni buna görə cəzalandırırdı.

- Hiyləgər idmançı olub...

– Bu idmandır, belə də olmalıdır. Ya sən - ya da səni (gülür). Ümid edirəm, üçüncü Olimpiadada hər şey yaxşı olacaq. 2027-ci ilə köklənmişəm - o zaman olimpiya seçmələri başlayacaq.

- Qadın qılıncoynatma idmanında qüvvələr nisbəti necədir?

- Hər zaman olduğu kimi, fransızlar güclüdür. Onlar hazırkı olimpiya çempionu və vitse-çempiondurlar. Yaponlar, macarlar - ikiqat dünya çempionlarıdırlar, güclüdürlər. İtaliya həmişə güclü olub: indi heyət yenilənib, gənc sablyaçılar çox aqressiv və çətin rəqiblərdir. Asiya da çox güclənib - Fransadan çox mütəxəssis ora köçüb.

- Azərbaycan qadın sablya millisinin komanda halında Olimpiadaya vəsiqə qazanmaq şansı nə qədərdir?

- Paris Olimpiadasına düşməyimizə çox az qalmışdı. Ümid edirəm, bu dəfə alınacaq. Avropada rəqabət böyükdür. Fransızlar liderdir, amma biz onları bir neçə dəfə məğlub etmişik. Biz daim ilk yerlərdə olur və mübarizə apara bilirik.

- Digər Azərbaycan qılıncoynadanlarının səviyyəsi necədir?

- Hazırda zədələrə görə yarışlara getmirəm və buna görə obyektiv qiymət verə bilmirəm. Əlbəttə, mən olmadan çətindir, çünki sabit birinci nömrəyəm. Qızları həmişə dəstəkləyirəm.

Qızlar qılıncla məşq edirlər, məşqçi vəziyyəti izləyir: hakim, videolara təkrar-təkrar baxılır, taktika öyrənilir. Mən isə "arxa cəbhədə" işləyirəm - qızları sakitləşdirirəm, görüşü təhlil edirəm, səhvlərə diqqət çəkirəm, nə etməli olduqlarını deyirəm. Məndən ötrü darıxırlar və tezliklə qayıtmağımı gözləyirlər. Ümid edirəm, tezliklə bu baş verəcək.

Teymur Tuşiyev

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 05:44

Enzo Fernandes: Messi tarixdəki ən böyük futbolçudur

Futbol
Bu gün, 01:36

Lionel Messi Argentina milli komandası üçün dostluq matçlarına dəvət edildi

Futbol
Bu gün, 00:27

Barcelona, Rafinha ilə yeni müqavilə danışıqlarına start verdi

Futbol
Dünən, 23:54

U-20 milli komandamız oktyabrın 3‑ü Moldovayla, 6‑sı Yaponiyaya qarşı yoldaşlıq matçları keçirəcək

Futbol
Dünən, 23:50

Xames Rodriges milli komandada futbol karyerasını başa vurdu

Futbol
Dünən, 22:35

AFFA-nın Media və İctimaiyyətlə Əlaqələr şöbəsinə yeni mətbuat katibi və digər əməkdaşlar təyin olundu

Futbol
Dünən, 21:31

Mikloško, Çex və Çexoslovakiya millisinin keçmiş qapıçısı, 64 yaşında vəfat edib

Futbol
Dünən, 21:13

Harri Keyn 2026-cı ilin “Qızıl top” mükafatı üçün kampaniya aparmayacaq

Futbol
Dünən, 20:58

David Domgjoni-nun Kəpəzdəki debutu: Hər şey yaxşı alındı

Qarabağ FK
Dünən, 20:28

“Qarabağ”ın mərkəz müdafiəçisi Bense Varkonyi ilk dəfə Macarıstan milliyə dəvət olundu

Futbol
Dünən, 19:29

Elvin Camalov Neftçiyə veda etdi, karyerasını Qəbələdə davam etdirəcək

Qarabağ FK
Dünən, 18:50

Azərbaycan – Tacikistan dostluq matçının hakim heyəti kimlərdən ibarətdir?

Basketbol
Dünən, 16:23

Naxçıvan basketbol klubu Said İsmayılovu 1 illik müqavilə ilə transfer etdi

Futbol
Dünən, 15:40

Karvan‑Yevlax, “Zirə”nin hücumçusunu icarəyə götürdü

Futbol
Dünən, 12:55

“Kəpəz” komandası “Qəbələ” matçında pirotexnika istifadəsi üçün 5 000 manat cərimə aldı

Qarabağ FK
Dünən, 10:50

"Neftçi" Premyer Liqanın ilk 5 oyununda 17 qol ilə XXI əsrin rekordunu qırdı

Futbol
Dünən, 05:44

Premyer Liqa nəhəngləri Fulham‑un 19‑yaşlı ulduzu Coş King ilə maraqlanır

Gimnastika
Dünən, 02:14

Mədinə Mustafayeva və Vladimir Dolmatov dünya gimnastika çempionatında gümüş medal qazandılar

Futbol
Dünən, 00:36

"Traktor" Asiya Çempionlar Liqasının Elit mərhələsində 0:1 məğlubiyyətlə başladı

Basketbol
14 sentyabr 2026, 23:54

Erhan Toker: “Matçdan razı qaldıq, amma nəticədən narazıyıq”

Futbol
14 sentyabr 2026, 23:37

Zaur Haşımov: “Sabah”a 0:3 məğlubiyyətdə də layiqincə mübarizə apardıq

Futbol
14 sentyabr 2026, 23:06

Valdas Dambrauskas: Çempionlar Liqasından sonra komandamızın tam köklənməsi çətindir

Güləş
14 sentyabr 2026, 22:30

Optimist və ILCA4 siniflərində Yelkən İdmanı Açıq Azərbaycan Çempionatı sona çatdı

Futbol
14 sentyabr 2026, 22:05

Azərbaycan U19 qadın milli komandası Moldova ilə 2-2 bərabərlikdə nəticələndi

Oxşar xəbərlər