top
AMİNA prezidenti: Hakimlərin ədalətsizliyi Azərbaycan idmançılarının Dünya Kubokunda daha yaxşı nəticə əldə etməsinə mane oldu Idman.biz
26 dekabr 2025, 21:37
- ↺ +

AMİNA prezidenti: Hakimlərin ədalətsizliyi Azərbaycan idmançılarının Dünya Kubokunda daha yaxşı nəticə əldə etməsinə mane oldu

Azərbaycan idmançılarının Hindistanın Nyu-Dehli şəhərində keçirilmiş zorxana və pəhləvan güləşi üzrə Dünya Kubokunda daha uğurlu nəticə göstərmələrinə hakimlərin ədalətsiz qərarları mane olub.

İdman.Biz bildirir ki, bunu Azərbaycan Milli İdman Növləri Assosiasiyasının (AMİNA) prezidenti Kazım Qurbanov deyib.

O, Report-a açıqlamasında 2025-ci ildə qatıldıqları sonuncu beynəlxalq yarışları ilə bağlı fikirlərini bölüşüb:

"Komandamız, idmançılarımız Dünya Kubokunda yaxşı nəticələr əldə ediblər. Amma bundan da uğurlu nəticə gözləyirdim. Çünki idmançılarımız perspektivlidirlər və turnirə çox yaxşı hazırlaşmışdılar. Avropa və dünya çempionlarımız da yarışa qatılmışdı. Hədəfimiz ilk iki pillədən biri idi. Amma İran komandası çox güclüdür. Birinci yeri onlar əldə edirlər. Ən azından ikinci olmaq niyyətində idik. Bir az hakimlərin ədalətsizliyi komandamızı arxa plana atdı".

AMİNA rəhbəri 2026-cı ildə də böyük hədəflərinin olduğunu vurğulayıb:

"Zorxana növünü ölkəmizdə daha da inkişaf etdirməliyik. Koronavirus pandemiyası bu və ya digər idman növlərimizi bir az sıxmışdı. Amma sonradan yarışların sayı artdı. 2026-cı ildə zorxana və pəhləvan güləşində mötəbər turnirlər gözlənilir. İdmançılarımız hazırlaşırlar, təlim-məşq toplanışlarına qatılırlar. Ölkə rəhbərliyinin, Gənclər və İdman Nazirliyinin hər zaman milli idman növlərinə diqqət və qayğısı var".

Qeyd edək ki, Azərbaycan millisi sözügedən turnirdə zorxana üzrə komanda yarışında 3-cü yerə çıxıb. Fərdi mübarizədə Xəyyam Orucov 1 gümüş və 2 bürünc, Rəsov Səfərov 3 bürünc, Nihat Qasımov 3 bürünc, Tural Allahverdiyev 1 bürünc medal qazanıblar.

Pəhləvan güləşi üzrə yarışda İbrahim Yusubov qızıl, Fərid Qazıyev isə gümüş mükafata yiyələniblər. Ümumi medal sıralamasında Azərbaycan yığması Dünya Kubokunu 3-cü pillədə başa vurub.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Formula 1
Bu gün, 05:16

Norris: Çempionluq mübarizəsi üçün hələ tam hazır deyilik

Futbol
Bu gün, 04:54

Manchester United baş məşqçisi Michael Kerrickin vəzifəsindən uzaqlaşdırılması mümkündür

Futbol
Bu gün, 04:12

Flik Barselona üçün iki əsas mövqedə yeni oyunçu axtarır

Futbol
Bu gün, 03:12

Arsenalın Martin Subimendi Atletico Madrida transfer ola bilər

Futbol
Bu gün, 02:32

Karlos Visens “Lion” klubunun baş məşqçisi təyin edildi

Cüdo
Bu gün, 02:02

Zaur Hacıyev ACA 211-də Artem Reznikovla 2026-cı ilin əsas revanşına çıxacaq

Güləş
Bu gün, 01:45

Azərbaycan gənc sərbəst güləşçilərinin Xasavyurt turnirində iştirakı gözlənilir

Güləş
Bu gün, 01:24

Tunar Quliyev və Elgün Kərimlinin qızıl medal qazanması və Zəfər Günü mesajları

Olimpiada
Bu gün, 01:11

Nihad Xudoyev Dakar 2026 Yay Olimpiya Oyunlarında fərdi ötüşmə yarışına qatılacaq

Cüdo
Bu gün, 01:01

Azərbaycanın cüdo dünya çempionatı üçün ilkin heyəti məlum oldu

Futbol
Bu gün, 00:28

Konate Rinerin prezidentlik namizədliyi və idmançıların ictimai rolu haqqında danışdı

Futbol
Dünən, 23:44

Mbappe Oktyabr ayında La Liqada ən yaxşı oyunçusu seçildi

Futbol
Dünən, 23:33

Raul Qonsales Real Madrid’in əfsanəsi olaraq Ovyedo ilə müqavilə imzaladı

Futbol
Dünən, 23:29

İnтер və Milan yeni Generali Stadium üçün 25 illik 650 milyon avroluq razılaşma imzalayıb

Futbol
Dünən, 23:15

Kapello: Kenan Yıldız İtaliyanın Lamin Yamalıdır

Digər
Dünən, 22:58

Aleksandr Plyuşenko Azərbaycanı təmsil edərkən Belarus variantını da nəzərdən keçirir

Basketbol
Dünən, 22:40

Trabzonspor Bakıda Sabahla qarşılaşacaqdı

Futbol
Dünən, 22:31

Batrakov agenti Qalatasaraydan ayrılma iddialarını rədd etdi

Futbol
Dünən, 22:26

Virgil van Dijkin zədəsi Niderland millisini zərər verir

Futbol
Dünən, 22:17

Messinin oğlu Tiaqo Pedro’nun formasını seçdi

Futbol
Dünən, 21:56

“Bavariya”da Manuel Noyerin karyerasını başa vurmaq və zədəsi ilə bağlı son vəziyyət

Futbol
Dünən, 21:43

Qızıl top laureatı FIFPro rəmzi komandadan kənarda qaldı

Digər
Dünən, 21:33

Azərbaycan milli karate komandasının üzvü Turqut Həsənov Astarxanda seminar keçirib

Voleybol
Dünən, 21:17

Ziya Rəcəbov: Turanın Döyünən Ürəyinin Rolunu Açır

Oxşar xəbərlər