top
AGF‑nin təşkil etdiyi milli komandalar üçün Şamaxıda iki günlük təlim proqramı Sport24.az
22 sentyabr 2026, 23:25
- ↺ +

AGF‑nin təşkil etdiyi milli komandalar üçün Şamaxıda iki günlük təlim proqramı

Azərbaycan Güləş Federasiyası (AGF) tərəfindən milli komandaların məşqçiləri üçün Şamaxıda komandaqurucu təlim proqramı təşkil olunub. Sport24.az xəbər verir ki, 19-20 sentyabrda həyata keçirilən proqram çərçivəsində məşqçilər üçün həm istirahət, həm də peşəkar fəaliyyətin müxtəlif istiqamətlərini əhatə edən tədbirlər keçirilib.

 

Proqramın ilk günündə iştirakçılar AGF-nin strategiyası və strukturu ilə bağlı baş katib Pərvin Piriyevin təqdimatı ilə tanış olublar. Ardınca Azərbaycan çempionatı üzrə analitik məlumatlar diqqətə çatdırılıb.

 

Fiziki hazırlıq mövzusunda Azərbaycan İdman Akademiyasında PhD təhsili alan, eyni zamanda Football Science Institute-də magistr təhsilini davam etdirən, Almaniyanın Maynts şəhərində futbol üzrə ümumi fiziki hazırlıq, məşqçilik və idman elmi istiqamətində kursda iştirak etmiş, ABŞ-ın Delaware Universitetində "International Coaching Enrichment Certificate Program" proqramını tamamlamış Hakim İbrahimov tərəfindən təlim keçirilib.

 

Daha sonra ANDOP Akademiyasında Nutrisiologiya və Dietologiya, Kıbrıs Universitetində Funksional Tibb Dietoloqu, İstanbul Universitetində Qidalanmanın İdarə Olunması, NutriHome Akademiyasında Global Cert və İATELS təsdiqli İdman Qidalanması, üzrə sertifikat proqramından keçmiş dietoloq Məhəmməd Abdullayev idmançıların düzgün qidalanmasıyla bağlı təqdimatla çıxış edib.

 

Növbəti gün əvvəlcə bir neçə gün öncə dünyasını dəyişmiş qadın güləşi üzrə milli komandanın məşqçisi Həsrət Məmmədyarovun məzarı ziyarət edilib. AGF-nin data bazasının yaradılması, UWW-nin göstəriciləri əsasında rəqib güləşçilərin təhlili və video-analizi mövzusunda Strategiya və Performans şöbəsinin əməkdaşı Murad Cabbarovun təqdimatı baş tutub.

 

Daha sonra məşqçilər komandalara bölünərək müzakirələr aparıblar. Yunan-Roma güləşi üzrə U17 milli komandanın böyük məşqçisi Rafiq Hüseynov yığma komandaya seçim qaydalarından, Məhəmməd Abdullayev isə idmanda düzgün çəkisalma prosesinin təşkilindən danışıblar. Müxtəlif yaş qrupları üzrə ölkə çempionatlarının keçirilmə tarixi ilə bağlı fikir mübadiləsi aparılıb.

 

Qeyd edək ki, iki günlük proqramda kollektivdaxili ünsiyyətin və fikir mübadiləsinin inkişafına yönəlmiş komandaqurucu oyunlar da yer verilib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Cüdo
Bu gün, 01:01

Azərbaycanın cüdo dünya çempionatı üçün ilkin heyəti məlum oldu

Futbol
Bu gün, 00:28

Konate Rinerin prezidentlik namizədliyi və idmançıların ictimai rolu haqqında danışdı

Futbol
Dünən, 23:44

Mbappe Oktyabr ayında La Liqada ən yaxşı oyunçusu seçildi

Futbol
Dünən, 23:33

Raul Qonsales Real Madrid’in əfsanəsi olaraq Ovyedo ilə müqavilə imzaladı

Futbol
Dünən, 23:29

İnтер və Milan yeni Generali Stadium üçün 25 illik 650 milyon avroluq razılaşma imzalayıb

Futbol
Dünən, 23:15

Kapello: Kenan Yıldız İtaliyanın Lamin Yamalıdır

Digər
Dünən, 22:58

Aleksandr Plyuşenko Azərbaycanı təmsil edərkən Belarus variantını da nəzərdən keçirir

Basketbol
Dünən, 22:40

Trabzonspor Bakıda Sabahla qarşılaşacaqdı

Futbol
Dünən, 22:31

Batrakov agenti Qalatasaraydan ayrılma iddialarını rədd etdi

Futbol
Dünən, 22:26

Virgil van Dijkin zədəsi Niderland millisini zərər verir

Futbol
Dünən, 22:17

Messinin oğlu Tiaqo Pedro’nun formasını seçdi

Futbol
Dünən, 21:56

“Bavariya”da Manuel Noyerin karyerasını başa vurmaq və zədəsi ilə bağlı son vəziyyət

Futbol
Dünən, 21:43

Qızıl top laureatı FIFPro rəmzi komandadan kənarda qaldı

Digər
Dünən, 21:33

Azərbaycan milli karate komandasının üzvü Turqut Həsənov Astarxanda seminar keçirib

Voleybol
Dünən, 21:17

Ziya Rəcəbov: Turanın Döyünən Ürəyinin Rolunu Açır

Futbol
Dünən, 21:03

Araz‑Naxçıvan futbolçusu Ceyhun Nuriyev hərbi xidmətə cəlb edildi, AFFA Nazirliyə müraciət edib

Futbol
Dünən, 20:47

Lamin Yamalın "Betis"ə vurduğu qol La Liqada oktyabrın ən yaxşısı seçildi

Futbol
Dünən, 20:36

“Araz-Naxçıvan”ın müdafiəçisi İssuf Paro Türkiyədə əməliyyat olundu

Basketbol
Dünən, 20:29

ABL 1-ci dövrün son turu üçün oyun vaxtları açıqlandı

Futbol
Dünən, 20:23

Real Madrid'in baş məşqçisi Joze Mourinyo La Liga'da Ayın Ən Yaxşı Məşqçisi seçildi

Basketbol
Dünən, 20:15

Sabah Qravett'ı geri qaytarmaqda

Futbol
Dünən, 20:04

Turan Tovuz”un vitse-prezidenti Həsən Zeynalov: “Məqsədə çatmasaq, baş məşqçi ilə danışılacaq”

Futbol
Dünən, 19:57

Qattuzo: "Otağa girdim, sanki morq kimi hissettim"

Futbol
Dünən, 19:51

Joze Mourino İspaniya La Liqasında oktyabr ayının ən yaxşı məşqçisi seçildi

Oxşar xəbərlər