top
Vitali Borisov: Yerli futzalçılar üçün zamana ehtiyac var Idman.biz
Bu gün, 17:54
- ↺ +

Vitali Borisov: Yerli futzalçılar üçün zamana ehtiyac var

"Artıq üçüncü ildir ki, yerli futzalçılarla çıxış edirik. Milli komandada son illərdə yerli futzalçılara üstünlük verilməsi müəyyən dəyişikliklərə səbəb oldu. Mən məşqçi olduğum ilk ildən başlayaraq müəyyən dəyişikliklər baş verdi və xarici oyunçuların millidə çıxışına icazə verilmədi. Əvvəlki 15 ildə isə yığmada əsasən legionerlər oynayırdı. Buna görə də yerli futzalçıların inkişafı, millidə özlərini göstərməsi və yeni sistemə uyğunlaşması üçün zamana ehtiyac var. Düzdür, çətindir, amma inanıram ki, qarşıda bizi yaxşı günlər gözləyir".

Bu sözləri futzal üzrə Azərbaycan milli komandasının sabiq baş məşqçisi Vitali Borisov yığmanın 2028-ci ildə keçiriləcək dünya çempionatının əsas mərhələsində Çexiya seçməsi ilə keçirəcəyi ilk oyun barədə danışarkən deyib.

Çexiya ilə qarşılaşmada komandamızın xal qazanmaq şansının olduğunu söyləyən mütəxəssis ilk oyunda da yığmamızın yaxşı imkanlar əldə etdiyini xatırladıb.

"Çexiyada keçirilən ilk oyuna baxsaq, şanslarımız var idi. Rəqib komandada da müəyyən dəyişikliklər və uyğunlaşma prosesi hiss olunur. İlk qarşılaşmanın sonlarında hesabı 2:2 etməyə imkanımız var idi. Düşünürəm ki, bu, ədalətli nəticə olardı. İndi öz meydanımızda oynayacağıq. Üstəlik, yəqin ki, ilk dəfədir ev oyunlarımızdan birini regionda - Lənkəranda keçirəcəyik. Tamaşaçıların zala gələcəyini və tribunaların dolacağını gözləyirəm. Bu da futbolçularımıza əlavə stimul verəcək. İnanıram ki, orada xal qazana bilərik", - deyə o AZƏRTAC-a açıqlamasında vurğulayıb.

O, millinin qrupda digər rəqibi Latviya seçməsinin daha güclü olduğunu bildirib:

"Püşkatmadan sonra da demişdim ki, Latviya daha güclüdür. Orada 4-5 ildir eyni məşqçi çalışır. O, italiyalı mütəxəssisdir. Gənclər komandalarında da italiyalı məşqçilər fəaliyyət göstərirlər. Artıq müəyyən oyun sistemi qurublar və həmin prinsiplə çıxış edirlər. Futbolçuların təxminən 80 faizi xaricdə – Polşa, Belçika və digər ölkələrin klublarında oynayır. Latviya çempionatı o qədər də güclü deyil, buna görə də oyunçuların əksəriyyəti legioner həyatı yaşayır. Həmin komandanın bəzi məşqçiləri ilə əlaqəm var, vaxtaşırı danışırıq. Bu səbəbdən rəqib barədə məlumatlıyam. Səfərdə onlarla oynamaq daha çətin olacaq".

V.Borisov dünya çempionatının əsas mərhələsinə vəsiqə qazanmaq şanslarımızı da dəyərləndirib:

"Real danışsaq, şansımız çox azdır. Çünki ilk oyunda Çexiyaya məğlub olmuşuq və qrupdan yalnız bir komanda birbaşa vəsiqə qazanacaq. İkinci yeri tutan komandaların da şansı var. Düzdür, 9 xal toplasaq, birinci yeri tutmaq da mümkündür. Ancaq mənə görə, bu ehtimal çox yüksək deyil".

Mütəxəssis bu mövsüm UEFA Çempionlar Liqasında mübarizəni dayandıran sabiq klubu "Araz-Naxçıvan"ın turnirdəki çıxışına da münasibət bildirib:

"Çətin qrupa düşüblər. Son oyunda 0:5 hesabı ilə uduzduqları Polşa təmsilçisi "Pyast" çox yaxşı komandadır. Həm də Polşa çempionudur və heyətində səkkizə yaxın legioner var. Bu ölkənin çempionatı da kifayət qədər güclüdür. Macarıstanın "Uypeşt" komandasını isə 5:4 hesabı ilə üstələyərək üç xal qazandılar. "Araz-Naxçıvan" qısa müddətdə formalaşmışdı, nəticə müəyyən mənada gözlənilməz oldu. Amma uşaqlar əla iş gördülər və həmin üç xalı qazandılar. 3:5 hesabı ilə məğlub olduqları Bosniya və Herseqovina çempionu "Buba Mara" ilə qarşılaşmada da şansları var idi. Oyun bərabər mübarizə şəraitində keçirdi. Lakin sonradan rəqibin üstünlüyü və səviyyəsi özünü göstərdi. Onların heyətində Xorvatiya, Sloveniya və Bosniya və Herseqovina milli komandalarının futbolçuları çıxış edirlər. Həm də fiziki cəhətdən güclü komandadırlar. Belə rəqiblərə qarşı oynamaq bizim üçün həmişə çətin olub. Çünki onlar həm fiziki gücləri, həm də fiziki göstəriciləri ilə seçilirlər".

O, məşqçilik karyerasını xaricdə davam etdirməsi ilə bağlı təklif almadığını da bildirib:

"Hələlik futzal üzrə heç bir təklif yoxdur. Xaricdə işləmək üçün ayrıca futzal məşqçiliyi üzrə sertifikat və kateqoriya tələb olunur. Böyük futbolda aldığın C və ya B kateqoriyası ilə futzalda işləmək mümkün deyil. Bunun üçün xüsusi kurslarda iştirak etmək lazımdır. Həmin kurslara xarici mütəxəssislər dəvət oluna və ya məşqçilərimiz müvafiq təhsil almaq üçün başqa ölkələrə göndərilə bilərlər. Belə kurslar Polşa və Serbiyada keçirilir. Amma orada iştirak etmək üçün xarici dil bilmək də vacibdir. Üstəlik, bu, birdəfəlik proses deyil. Bir-iki həftəlik kurslarda iştirak edirsən, qayıdırsan, sonra yenidən gedirsən. Bir neçə mərhələdən sonra imtahan verərək sertifikat əldə edirsən. Bu sənəd olmadan xaricdə işləmək çətindir".

Qeyd edək ki, noyabrın 5-də Lənkəran Olimpiya İdman Kompleksində keçiriləcək Azərbaycan - Çexiya görüşü saat 16:00-da başlayacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 18:09

"Sabah"ın prezidenti Maqsud Adıgözəlov Çempionlar Liqası gəlirlərinin investisiya fonduna yönləndirilməsini açıqladı

Qarabağ FK
Bu gün, 18:05

U-19 "Qarabağ" "Dinamo"ya (Zaqreb) cavab oyununda 0:7 hesabı ilə uduzdu

Futbol
Bu gün, 18:00

Sabah'ın prezidenti: 'Çempionlar Liqasına vəsiqə qazanılsa da strateji dəyişmədik'

Qarabağ FK
Bu gün, 17:54

"Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasında mübarizəni dayandırıb;

Futbol
Bu gün, 17:52

Sabahın U-19 komandası UEFA Gənclər Liqasında Vikinqə 0:5 hesabı ilə məğlub olub

Digər
Bu gün, 17:41

Suraxanı Atma Qovşağında keşirilən seçmə yarışda idmançılar atma bacarıqlarını nümayiş etdiriblər

Futbol
Bu gün, 17:41

Arteta 16 yaşlı Doumenə dəstək verdi: Praqada rekord debut gözlənilir

Gimnastika
Bu gün, 17:32

Azərbaycan tamblinq komandası dünya çempionatının finalına yüksəldi

Tennis
Bu gün, 17:19

Rafael Nadal "Real Madrid"in direktorlar şurasına daxil olacaq

Tennis
Bu gün, 17:06

22 qat Böyük Dəbilqə qalibi Rafael Nadal "Real"ın İdarə Heyətinə təqdim olunacaq;

Futbol
Bu gün, 17:00

Elmar Baxşıyev: Sabahın Norveçdəki 'Viking'e qarşı oyunu üçün şəraitə tez uyğunlaşması vacibdir

Futbol
Bu gün, 16:49

Liverpool məşqçisi Andoni İraola Fenerbahçe qarşısında inamı məhv etməyi tələb etdi

Futbol
Bu gün, 16:40

Liverpool, Valverde üçün 100 milyon avroluq təklif hazırlayır

Futbol
Bu gün, 16:39

Rodri, Barselona futbolçusu, Atletiko qarşı oyunu buraxacaq

Futbol
Bu gün, 16:22

Rodri, Atletiko qarşısında yaralanma səbəbindən oyunu buraxa bilər

Futbol
Bu gün, 16:20

Barcelona itkisindən sonra Rodri yaralanıb – Atletico qarşı oyunu buraxacaq

Futbol
Bu gün, 16:17

Mingəçevir futbolçuları maaş ödənməməsi səbəbindən boykot etdilər, matç oynamadı

Voleybol
Bu gün, 16:10

Ceyran İmanova: “Turan” komandasının əsas hədəfi qrup mərhələsinə vəsiqə qazanmaqdır

Futbol
Bu gün, 16:05

Paulu Fonseka 'Lion'dan ayrılıb 'Sportinq'e transfer oldu

Futbol
Bu gün, 16:00

“Sabah”ın çempionluq play-offa yüksəlmə ehtimalı 6,8%

Futbol
Bu gün, 15:58

FIFA U-15 dünya çempionatında Azərbaycanlı hakimlərə yüksək qiymətləndirmə verildi

Futbol
Bu gün, 15:50

Bruno Fernandeş: "Roma" üzərindəki qələbədən sonra Maykl Karrikin postunu xilas etmək məcburiyyətində deyildik

Digər
Bu gün, 15:35

Aysel Əhmədli Sofiyada WSF Şotokan karate Avropa çempionatının K10 kateqoriyasında qızıl medal qazandı

Oxşar xəbərlər