top
Vitali Borisov: “Futzalçıların durumunun ideal olduğunu deyə bilmərəm” İdman.biz
19 sentyabr 2024, 10:58
- +

Vitali Borisov: “Futzalçıların durumunun ideal olduğunu deyə bilmərəm”

"Komanda sentyabrın 10-dan təlim-məşq toplanışındadır. Bəzi səbəblərdən tam heyəti yığa bilmədik".

İdman.biz xəbər verir ki, bu gün Azərbaycanın futzal millisi Çexiya ilə ilk yoldaşlıq oyununa çıxacaq. Görüşdən matça hazırlıq və komandadakı son durumla bağlı baş məşqçi Vitali Borisov azfutzal.az-a açıqlama verib. O bildirib ki, komanda tam formada deyil: "İlk iki gündə əsasən fiziki hazırlığa üstünlük verdik. Gündə iki dəfə məşq keçirdik. Sonrakı dörd gün ərzində isə taktiki planda çalışmalara yer verdik. Əlbəttə, futzalçıların durumunun ideal olduğunu deyə bilmərəm. Klublarımız 20 gün, 1 ay olar məşqlərə başlayıblar. Çempionat başlamadığına görə, uşaqlarda oyun təcrübəsi də yoxdur. Yaxın günlərdə yeni mövsüm başlayacaq".

Barisov oyundan gözləntilərindən də danışıb: "Çexiya millisinin üzvlərini məşqdən sonra gördük. Dünya çempionatının seçmə oyunlarından sonra onlar da yoldaşlıq matçları keçirməyiblər. Komandanın 40-50 faizi yeni futzalçılardır. Onlar üçün də bu matç yeni komandalarını iş başında yoxlamaq baxımından önəmlidir. Maraqlı oyun olacaq. Yoldaşlıq oyunu olsa da, çalışacağıq nəticəmiz müsbət olsun. Uşaqların əhval-ruhiyyəsi yaxşıdır".

Qeyd edək ki, Çexiya Azərbaycan matçı Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 17:38

Ukrayna və Polşa 2040-cı il FIFA Dünya Çempionatı üçün birgə ev sahibliyi namizədliyini araşdırır

Futbol
Bu gün, 17:38

Ukrayna və Polşa 2040-ci ildə Dünya Futbol Çempionatı üçün birgə ev sahibliyi namizədliyini müzakirə edir

Futbol
Bu gün, 17:38

Ukrayna və Polşa 2040‑ci il FIFA Dünya Çempionatı üçün birgə ev sahibliyi namizədliyini araşdırır

Futbol
Bu gün, 17:20

Çağlar Söyüncünün yeni klubunun adı Çorum oldu

Digər
Bu gün, 17:19

Dövlət əməkdaşları 6 sentyabr saat 10:00‑da Veloparkda velosiped yarışına dəvət olunur

Digər
Bu gün, 17:19

Dövlət qurumları əməkdaşları üçün Veloparkda velosiped yarışı təşkil ediləcək

Futbol
Bu gün, 17:11

“Mançester Siti” Aleksandar Pavlovic üçün 100 milyon avro ödəməyə hazırdır

Futbol
Bu gün, 17:00

Fənərbağça Boca Juniors-undan argentinalı yarımmüdafiəçi Milton Delgado ilə danışıqlara başladı

Futbol
Bu gün, 17:00

“Fənərbağça” argentinalı yarımmüdafiəçi Milton Delgado ilə danışıqlara başladı

Voleybol
Bu gün, 16:53

UNEC qadın voleybol komandası gənclərdən ibarət heyətlə yarışa qatılacaq

Futbol
Bu gün, 16:20

Liverpul Gillian Nquessanın keçidini rəsmiləşdirdi

Futbol
Bu gün, 16:20

Liverpool fransız hücumçusunun keçidini rəsmi etdi

Futbol
Bu gün, 16:00

Fənərbağça Beşiktaşla dərəcəli matçda üzləşəcək

Futbol
Bu gün, 16:00

“Fənərbağça” Beşiktaşla qarşılaşacaq, Asensio yarımmüdafiəçi ola bilər

Futbol
Bu gün, 15:42

Bəxtiyar Musayev: 20 istedadlı uşaq futbolçunu dünya çempionatı üçün hazırlamaq məqsədimizdir

Futbol
Bu gün, 15:42

AFFA, 15 yaşadək dünya çempionatı üçün 20 istedadlı futbolçu seçmək məqsədilə seçimləri davam etdirir

Futbol
Bu gün, 15:40

“Başakşehir” – “Qalatasaray” matçına avstriyalı VAR hakimi Manuel Şüttengruber təyin edildi

Futbol
Bu gün, 15:33

Tottenham Richarlisonu yeni mövsüm üçün qeydiyyata almadı

Digər
Bu gün, 15:20

Sabir Zeynalov Muju‑da parataekvondoda qızıl medal qazandı

Futbol
Bu gün, 15:09

Kəpəz – Şamaxı qarşılaşması üçün 10 mindən çox bilet satılıb

Futbol
Bu gün, 14:57

Lamin Yamalın anası Şeyla Ebana öz həyatı və 19‑yaşlı oğlunun “körpəsi” barədə zarafat etdi

Futbol
Bu gün, 14:40

Can Hacıyev Galatasarayın U-19 komandasında

Futbol
Bu gün, 14:40

Can Hacıyev Galatasaray U-19‑də 2 illik müqavilə imzaladı

Futbol
Bu gün, 14:20

"Xankəndi" Musa Musazadəni heyətinə qatdı

Oxşar xəbərlər