top
Tofiq Mikayılov: İstəsək, istənilən rəqibə qalib gələ bilərik Report.az
24 mart 2026, 14:28
- ↺ +

Tofiq Mikayılov: "İstəsək, istənilən rəqibə qalib gələ bilərik"

Azərbaycanın futzal millisi istənilən rəqibə qarşı oyunda qələbə qazana bilər.

Bunu "Report"a açıqlamasında yığmanın üzvü Tofiq Mikayılov deyib.

Təcrübəli futzalçı hazırlıq prosesinin yüksək səviyyədə keçdiyini bildirib:

"Hazırlıq taktiki məşqlər üzərində qurulub. Heyətdə bir neçə təcrübəli oyunçu qalsa da, əksəriyyət gənclərdir. Komandanın formalaşması, oyunlara yaxşı hazırlıq üçün belə toplanışların tez-tez keçirilməsi vacibdir. Danimarka ilə son oyunlar göstərdi ki, istəsək və sona qədər mübarizə aparsaq, istənilən rəqibə qarşı oyunda qələbə qazana bilərik".

O, yoxlama matçlarında üz-üzə gələcəkləri Gürcüstan və Qazaxıstan yığmaları ilə oyunlara da toxunub:

"Rəqiblərdən Gürcüstan millisi ilə son vaxtlarda, Vitali Borisovun baş məşqçiliyi dönəmində qarşılaşmışdıq. Düzdür, bunlar yoldaşlıq görüşləridir, lakin bizim üçün nəticə önəmlidir. Uzun müddət qələbə qazana bilməmişdik, ona görə də hər matça qalib gəlmək və komandada ruh yüksəkliyini artırmaq üçün çıxırıq. Oyunlar ardıcıl olduğu üçün bir az ağır keçə bilər, amma heyətimiz genişdir və məşqçi hamıya şans verəcək".

Heyətdəki itkilər barədə danışan Mikayılov qapıçı Emin Kürdovun durumuna aydınlıq gətirib:

"Yalnız qapıçımız Emin Kürdovun qolunda zədəsi var idi, o, apreldə komandaya qoşulacaq. Digər futzalçıların əhval-ruhiyyəsi yaxşıdır və hamı məşqlərdə can-başla iştirak edir".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 06:12

Barcelonanın UEFA Çempionlar Liqası oyununda keçmiş narıncı formaya dönüşü

Futbol
Bu gün, 05:12

Manchester United, Borussia Dortmundun ulduz yarımmüdafiəçisinə 100 milyon avro qiymət təklif edir

Futbol
Bu gün, 04:17

Nevill: Manchester United‑un zəif mövsüm başlanğıcı və Carrick‑in gələcəyi üçün qırmızı xətt

Futbol
Bu gün, 03:48

Football Whispers “Borussiya”nın “Sabah” üzərində 3:1 hesabını proqnozlaşdırdı

Futbol
Bu gün, 03:12

Konseysau, Ronaldo və Jesús arasındakı münaqişəyə dair fikirlərini bildirdi

Futbol
Bu gün, 02:47

Dortmund rəhbəri “Sabah”ın gücünü etiraf edərək, Bakıdakı oyunda qələbə hədəfi qoydu

Futbol
Bu gün, 02:13

Borussiya Dortmundda Sabahla Çempionlar Liqası qarşılaşması öncəsi gərginlik

Futbol
Bu gün, 01:49

"RedBird Capital" qrupunun "Əl-Nəsr" klubunun 70% səhmlərini alma ehtimalı

Futbol
Bu gün, 01:28

Xetafe Rayo Valyekanoyla 1:1 hesabla bərabərlik qazanıb

Digər
Bu gün, 01:25

Teymur Fərəcov 8 saat 58 dəqiqə 8 saniyə ilə Ironman rekordunu yenilədi

Futbol
Bu gün, 01:05

Tottenhem Koventri Sitiyə qarşı 3:1 hesabı ilə qalib gələrək düşmə zonasını tərk etdi

Futbol
Bu gün, 00:31

Pirs Morqan Ronaldunun 255 avro cəriməsinə gülərək cavab verdi

Basketbol
Bu gün, 00:15

Tahir Baxşıyev: 75-100 məğlubiyyətdə səhvlər əsas rol oynadı

Futbol
Bu gün, 00:07

Həsən Nəzərli Türkiyədən geri dönəcək: Şamaxıya transferi gündəmdə

Basketbol
Dünən, 23:55

Sabah NTD-yə qələbə qazanıb

Futbol
Dünən, 23:48

Ronaldu 30 günlük diskvalifikasiyadan sonra sosial şəbəkədə paylaşım etdi

Futbol
Dünən, 23:38

Bursaspor 2:0 ilə Pendikspor'u məğlub etdi, Toral Bayramovun komandası liderlə xal fərqini minimuma endirdi

Futbol
Dünən, 23:34

Real Madridlə qarşıdurma səbəbindən Tebas vəzifəsindən uzaqlaşdırılma təhlükəsi altında

Futbol
Dünən, 23:19

Qalatasaray, Fransadakı etirazlar səbəbindən UEFA-ya rəsmi müraciət hazırlayır

Futbol
Dünən, 23:05

Məşhur şərhçi Derek Reyin Real Madrid vs. Sevilya qarşılaşmasına hazırlıq etdi

Şahmat
Dünən, 22:55

Gəncədə Fərid Orucov şahmat çempionu seçildi

Futbol
Dünən, 22:52

Trabzonspor Beşiktaş'ı 2:0 ilə məğlub etdi

Şahmat
Dünən, 22:51

Azərbaycan şahmat klubları Avropa Kubokunda iki qələbə qazandı

Futbol
Dünən, 22:41

Sabah – Borussiya qarşılaşması üçün azarkeşlərə pulsuz avtobuslar təşkil edildi

Oxşar xəbərlər