top
Şuşa futzal komandası maaş problemi səbəbindən Araz-Naxçıvan matçına çıxmamaqla təhdid edir Idman.biz
09 aprel 2026, 12:21
- ↺ +

"Şuşa" futzal komandası maaş problemi səbəbindən "Araz-Naxçıvan" matçına çıxmamaqla təhdid edir

"Şuşa" komandasının üzvləri aylıq ödənişlər edilməyəcəyi təqdirdə futzal üzrə Azərbaycan Yüksək Liqasında növbəti - "Araz-Naxçıvan"a qarşı matça da çıxmayacaqlar.

Bunu komandanın baş məşqçisi Ramil Hüseynov deyib.

Mütəxəssis ötən tur U-19-a qarşı oyuna çıxmamalarına aydınlıq gətirib.

"Biz əslində oyuna getmişdik, hamımız "Olimpik Star"da idik. Sadəcə, meydana çıxmadıq. Çünki oyuna qədər maaşların veriləcəyi bildirilmişdi, amma olmadı. Biz də etirazımızı belə bildirdik. İndi məşqlərə qayıtmışıq, ümid edirik ki, yaxın günlərdə vədlər yerinə yetiriləcək. Ödənişlər olmasa, yenə oynamayacağıq. Əlimizdən gələn budur", - deyə o, report.az-a açıqlamasında bildirib.

O, yaranmış vəziyyəti və son durumu dəyərləndirib:

"Dedilər ki, hazırlığa davam edin, ödənişlər yaxın günlərdə olunacaq. Əslində, üç aya yaxın idi məvacib ala bilmirdik, komanda buna etiraz olaraq meydana çıxmamışdı. Biz yüksək maaş almırıq ki, iki-üç ay ödəniş olmayanda uşaqlara təsir etməsin. Hamısı ailəli uşaqlardır".

R.Hüseynov komandanın gələcək taleyi və növbəti oyunlara hazırlığı barədə bunları deyib:

"Növbəti oyuna çıxmaq ehtimalımız böyükdür. Vəd verdilər ki, məsələ həll olunacaq. 2021-ci ildən bu komandanı qurmuşuq, 5 ildir əziyyət çəkirik. Federasiyanın da bizə dəstəyi olub, amma söz verilib əməl olunmayanda adam pis vəziyyətdə qalır. Biz Şuşa adını idman sahəsində ucaltmaq istəyirik. İstəyirik ki, "Şuşa" da "Araz-Naxçıvan", "Neftçi" İK kimi böyük arenalarda, Avropada oynasın. Amma hər şey büdcəyə bağlıdır".

Qeyd edək ki, Şuşa təmsilçisi ötən tur U-19-la görüşdə meydana çıxmadığı üçün AFFA İntizam Komitəsi tərəfindən texniki məğlubiyyətlə (0:5) cəzalandırılıb. Komanda hazırda Yüksək Liqanın turnir cədvəlində 6 iştirakçı arasında 18 xalla dördüncüdür.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:48

“Çelsi”də futbolçunun zədəsi barədə məlumat sızması müzakirə edilir

Futbol
Bu gün, 01:25

Leonel Xayme rəqibinə kömək edərək ağladı, komanda yoldaşları və azarkeşlər tərəfindən tənqid edildi

Futbol
Bu gün, 01:04

Roma yıldızının yaralanmasından müsbət xəbər

Futbol
Bu gün, 00:49

Real Madrid və Barselona futbolçuları üçün El-Klasiko xüsusi butslar hazırlanıb

Digər
Bu gün, 00:32

Baku Flames Batumi'de Batumi Sharks'a 13-4 üstünlük qazandı

Futbol
Bu gün, 00:18

Fiorentina müdafiəçisi Dodo-nun gələcək transferi barədə açıqlama

Qarabağ FK
Bu gün, 00:05

Canni İnfantino və Arsenal məşqçisi Arsen Venger ‘Sabah – Qarabağ’ matçı izləyiblər

Futbol
Dünən, 23:52

“Qalatasaray”ın yeni transferləri “Fənərbağça” derbisində debutə hazırlaşır

Qarabağ FK
Dünən, 23:30

"Qarabağ" Sabaha qonaq gələrək çempionu müəyyən edəcək: Həsi Fotolar

Futbol
Dünən, 23:30

Real Madrid TV “El-klasiko” öncəsi La Liqa hakimlərini təəssübkeşliklə ittiham edib

Tennis
Dünən, 23:24

Çində Ninqbo WTA 500-də Yelena Rıbakina Şampiyonluğunu Qoruyub

Güləş
Dünən, 23:05

Eldəniz Əzizli: Beşinci Dünya Çempionu Olarkən Himni Səslənəndə Gözümdən Yağış Çəkdi

Futbol
Dünən, 23:05

Qari Nevill Manchester United-un uğursuz performansına tənqid etdi

Futbol
Dünən, 22:51

Qavi: Mourinyo və Flikin oyun yanaşmalarını bəyəndiyini açıqladı

Qarabağ FK
Dünən, 22:50

Qurban Qurbanov: “Maraqlı oyun, temp sonadək yüksək səviyyədə idi”

Futbol
Dünən, 22:28

Renat Dadaşovun komandası 0-0 ilə başa çatdı

Futbol
Dünən, 22:13

Toral Bayramovun Bursaspor komandası 4:2 qalib gəldi

Futbol
Dünən, 21:59

İmişli, Şamaxını 2:1 hesabına məğlub etdi - Video icmalı

Qarabağ FK
Dünən, 21:59

Kadi Borges: “Sabah” komandası son bir ildə gördüyüm ən yaxşı komandalar arasındadır

Güləş
Dünən, 21:35

Sənan Süleymanov 15 illik gözləntini bitirdi: Azərbaycan olimpiya çəkisində qızıl medal qazanır

Futbol
Dünən, 21:10

Azər Bağırov: "İmişli"yə məğlubiyyətdə penalti qərarı təssüf doğurduq, amma dərin təhlil etməkdən çəkinirik

Qarabağ FK
Dünən, 21:01

Dambrauskas: Çempionluq mübarizəsi ötən mövsümdən daha ağır olacaq

Qarabağ FK
Dünən, 20:59

Dambrauskas: 0:0 nəticəni ədalətli hesab edir, futbolçuları Avropa transferlərinə sevinclidir

Cüdo
Dünən, 20:55

Gənc cüdoçularımız Düşəbədə keçirilən Qran-pri turnirində 5 medal qazandı

Oxşar xəbərlər