top
Minifutbol millisinin kapitanı Qazaxıstan səddini keçəcəyimizə inanır Idman.biz
01 iyun 2026, 15:43
- ↺ +

Minifutbol millisinin kapitanı Qazaxıstan səddini keçəcəyimizə inanır

"Avropa çempionatında Qazaxıstan səddini də keçəcəyimizə inanırıq".

Bu sözləri minifutbol üzrə Azərbaycan millisinin kapitanı Elvin Əlizadə Slovakiyanın paytaxtı Bratislavada təşkil olunan Avropa çempionatında Qazaxıstana qarşı keçirəcəkləri 1/8 final oyunu barədə danışarkən deyib.

O, komandanın qrup mərhələsində qarşıya qoyulan vəzifənin öhdəsindən uğurla gəldiyini bildirib.

"Qrupdakı rəqiblərdən Fransa və İtaliya bizə yaxşı tanış komandalar idi. Avstriya isə fərqli rəqib sayılırdı, daha əvvəl onlarla qarşılaşmamışdıq. Qrupu lider olaraq başa vurmağımız təsadüfi deyil. Rəqiblərimizin güclü və zəif tərəflərini yaxşı bilirdik və bundan maksimum yararlandıq. Şükürlər olsun ki, qrup mərhələsində ciddi çətinliklə üzləşmədik", - deyə o, AZƏRTAC-a açıqlamasında söyləyib.

Kapitan 1/8 finaldakı rəqib olan Qazaxıstan millisinin əvvəlki illərlə müqayisədə fərqli heyətə malik olduğunu vurğulayıb:

"Qazaxıstan millisində yeni oyunçular çoxdur. Açığı, heyəti əvvəlki illərlə müqayisədə xeyli dəyişib. Yaxşı komandadır, amma məncə, əvvəlki qədər güclü deyil. Bununla belə, qazaxlar hər zaman mübarizliyi ilə seçilirlər və rəqibə çətinlik yarada bilirlər. Ona görə də bizi asan oyun gözləmir. Lakin bu il komandamızın daha güclü olduğuna inanırıq. Futbolçularımız həm fiziki hazırlıq, həm də sürət baxımından yaxşı vəziyyətdədirlər. Qarşılaşmanın çətin keçəcəyini düşünürük, amma növbəti mərhələyə yüksələcəyimizə inanırıq".

E.Əlizadə 1/4 finalda mümkün rəqibləri olan Çexiya və Monteneqro komandaları barədə də fikirlərini bölüşüb:

"Bu mərhələdə zəif komanda yoxdur. Çexiya minifutbolun aparıcı ölkələrindən biridir, böyük təcrübəyə malikdir və hər zaman favoritlər sırasında yer alır. Monteneqro isə döyüşkən və sürpriz nəticələr əldə etməyi bacaran komandadır. Onlarla dəfələrlə qarşılaşmışıq və oyun üslublarını yaxşı tanıyırıq. Əgər seçim etmək imkanımız olsaydı, yəqin ki, Monteneqro ilə qarşılaşmağı üstün tutardıq. Çünki sürət və çeviklik baxımından müəyyən üstünlüklərimizin olduğunu düşünürəm".

Azərbaycan millisinin turnirdəki şanslarını da dəyərləndirən təcrübəli futbolçu komandanın çempionluq uğrunda mübarizə aparacaq gücdə olduğunu söyləyib:

"Hazırda favoritlərdən biri olduğumuz danılmazdır. Bütün rəqiblər son dünya çempionu kimi bizə xüsusi diqqətlə yanaşırlar. Bunu həm meydanda, həm də meydandan kənarda hiss edirik. Son aylarda keçdiyimiz hazırlıq prosesi və iştirak etdiyimiz turnirlər də komandamızın gücünü göstərib. Təbii ki, bu mərhələdən sonra bütün oyunlar çətin olacaq. Rumıniya və Serbiya kimi çox güclü komandalar var. Amma mən komandamıza, futbolçularımıza və məşqçilər heyətinə inanıram. Əgər gözlənilməz problemlər yaşanmasa, çempion olmaq üçün çox yaxşı şansımız var".

Qeyd edək ki, bu gün "Tipos Arena"da oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:59-da başlayacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Basketbol
Bu gün, 12:14

Sumqayıtın basketbolçısı Teyvion Kirk: ‘Play‑offun dörd ən güclü komandası arasında olmaq istəyirik’

Futbol
Bu gün, 11:26

“Neftçi” Matheus Davonu qış transferində heyətinə qatmaq istəyir

Futbol
Bu gün, 10:41

“Səbail” “Sərtan Taşkın”ı transfer etdi

Futbol
Bu gün, 10:11

Ronaldın çıxışı sonrası Portuqaliya milli komandası FIFA reytinqində beşinci yerə yüksəldi

Futbol
Bu gün, 09:41

Azərbaycan Kubokunun birinci mərhələsində bu gün üç yeni qarşılaşma baş tutacaq

Qarabağ FK
Bu gün, 06:23

“Qarabağ”ın 18 yaşlı hücumçusu Əli İbrahim “Olimpiakos” B komandasında baxışa yollanacaq

Futbol
Bu gün, 04:14

Benin məşqçisi: Argentina oyunçularından Messi'nin fotosunu və formasını ala bilmədik

Basketbol
Dünən, 23:54

LANDAU Lions FIBA Avropa Kubokunda 83-105 ilə “Lions de Geneve”yə məğlub oldu

Futbol
Dünən, 23:38

Luka Modriç Messi’nin milli karyerasını başa vurmasına təəssüfünü bildirir: “O, unikal futbolçudur”

Güləş
Dünən, 22:55

Azərbaycanda U-23 Dünya Güləş Çempionatı Heyəti Açıqlanıb

Futbol
Dünən, 21:26

Azərbaycan qadın milli komandası Antalyaspor ilə dostluq matçı keçirəcək

Futbol
Dünən, 19:28

AFFA meneceri Kifayət Mustafayeva UEFA təyinatını aldı, Avropa zonası qadınlar çempionatı pley-off oyununda nümayəndə olacaq

Futbol
Dünən, 16:40

Azərbaycan millisi FİFA reytinqində bir pillə gerilədi

Futbol
Dünən, 16:25

AFFA aşağı yaş liqalarında üç komandaya 0:3 texniki məğlubiyyət verdi

Qarabağ FK
Dünən, 16:11

“Qarabağ” “Fənərbağça”nın sabiq müdafiəçisini transfer etmək istəyib, lakin maaş şərtlərində razılığa gələ bilmədi

Cüdo
Dünən, 16:04

Hidayət Heydərov: Dünya cüdo çempionatının 1/8 finalında uduzmaq ağırdır

Futbol
Dünən, 15:29

Ağadadaş Salyanski U-21 millisinin yeni rekordunu bildirdi

Cüdo
Dünən, 13:20

Vüsal Qələndərzadə dünya çempionatının 1/32 finalında ipponla qalib gəldi

Olimpiada
Dünən, 12:44

Azərbaycan Paralimpik atəşmeneciliyi millisi Rusiya komandası ilə birgə təlim keçir

Cüdo
Dünən, 11:44

Beşqat Olimpiya çempionu Nadya Komaneçi, Bakıdakı cüdo dünya çempionatı iştirakçılarına videomüraciət etdi

Futbol
Dünən, 11:40

“Neftçi”nin yarımmüdafiəçisinin Messi ilə vida matçında çıxışı

Futbol
Dünən, 11:17

Tomas Tuxel İngiltərə milli komandası tarixində 20 qalibiyyət rekordu qırdı

Futbol
Dünən, 10:46

Messinin Argentina milli komandası vida matçında bütün qollar onun keçmiş forma nömrələri ilə gəldi

Futbol
Dünən, 09:45

Neftçi futbolçusu Messi üçün hədiyyə təqdim etdi, vida matçında ona qarşı qayda pozuntusu etdi

Oxşar xəbərlər