top
Lənkəranda Məktəblərdə Futbol Dərsi layihəsi çərçivəsində futzal turniri başa çatıb Idman.biz
17 mart 2026, 17:59
- ↺ +

Lənkəranda "Məktəblərdə Futbol Dərsi" layihəsi çərçivəsində futzal turniri başa çatıb

UEFA-nın "HatTrick" proqramı çərçivəsində Azərbaycanda həyata keçirilən "Məktəblərdə Futbol Dərsi" layihəsinin cənub regionu üzrə futzal turniri başa çatıb.

İdman.Biz xəbər verir ki, Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin şagirdləri arasında təşkil olunan turnirdə ümumilikdə 10 məktəbin komandası iştirak edib.

Lənkəran şəhəri Sütəmurdov kənd tam orta məktəbin idman zalında keçirilən yarışlarda 100-dən çox şagird (qız və oğlan) mübarizə aparıb.

Turnirin final görüşündə 4 saylı tam orta məktəbin komandasını üstələyən ev sahibi komanda - Sütəmurdov kənd tam orta məktəbinin kollektivi yarışın qalibi olub. 4 saylı tam orta məktəbin komandası ikinci, Hirkan kənd tam orta məktəbinin kollektivi isə üçüncü yeri tutub.

Sonda qaliblərin mükafatlandırma mərasimi keçirilib. AFFA tərəfindən qalib komandaya kubok, ilk üç yeri tutan kollektivlərə isə hədiyyələr təqdim olunub. Bununla yanaşı, turnir ərzində fərqlənən oyunçular müxtəlif fərdi nominasiyalar üzrə mükafatlarla təltif ediliblər. Mükafatları komanda üzvlərinə AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri, veteran futbolçu Fərrux İsmayılov təqdim edib.

Qeyd edək ki, "Məktəblərdə Futbol Dərsi" layihəsinin təşkilində əsas məqsəd məktəblilərin idmana, xüsusilə futbola marağını artırmaq, sağlam həyat tərzinin təşviqinə töhfə vermək, şagirdlərin fiziki aktivliyini yüksəltmək, futbol vasitəsilə komanda işi, dostluq və "fair-play" kimi dəyərlərin aşılanmasına şərait yaratmaqdır.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 09:40

Milan və Juventus Baloqun transferini hədəfləyir

Futbol
Bu gün, 09:38

Arsenal, David Raya və Piero Inka ilə müqavilə uzatmaq üzərindədir;

Basketbol
Bu gün, 09:23

Qadın basketbolçuları İslandiya ilə ikinci turda qarşılaşacaq

Futbol
Bu gün, 09:20

Mançester Yunayted, Newcastle müdafiəçisi Luis Holu ilə qış transferinə maraq göstərdi

Futbol
Bu gün, 09:08

Flik böyük oyunlarda Gordonu seçir, Adeyemi kölgədə qalır

Futbol
Bu gün, 08:40

Endrü Robertson Şotlandiya millisinin rekord oyunçu sayını yenilədi

Futbol
Bu gün, 08:07

İngiltərə Fabian Ruizun yeddi illik məğlubiyyətsiz seriyasını dayandırdı

Futbol
Bu gün, 08:00

İngiltərə Premyer Liqa klubları Leonard Preskott ilə maraqlanır

Futbol
Bu gün, 07:18

“Atletiko”da iki milli futbolçunun zədəsi: Ademola Lukman dizindən, Mark Pubil topuqdan

Tennis
Bu gün, 06:13

Yannik Sinner və Paolo Maldini ortaq diz problemləri barədə danışdı

Futbol
Bu gün, 05:07

Qalatasaray Batrakov üçün maaş artımı yerinə performans bonusları təklif edir

Basketbol
Bu gün, 04:13

Şakil O’Nil ən böyük NBA oyunçusunun Michael Jordan olduğunu açıqladı

Futbol
Bu gün, 03:12

Barselona, Kamp Nou Stadionunun Yenidən Qurulması üçün 300 Milyon Avro Ayrır

Futbol
Bu gün, 02:46

“Atalanta” Lorenso Bernaskoni ilə müqaviləni uzatdı, transfer səsi sona çatdı

Futbol
Bu gün, 02:15

Benin 1:0 qalib, Neftçi legioneri D'Almeydan kömək etdi

Futbol
Bu gün, 01:59

Serxio Ramos ‘Malaqa’ klubuna transfer ola bilər

Futbol
Bu gün, 01:58

Niderland, 0-5 məğlubiyyətlə Almaniyadan əliboş qayıdır

Futbol
Bu gün, 01:43

Sessi D'Almeydan 90+3 dəqiqədə golları ilə Beninə qarşı qələbəni qazanır

Futbol
Bu gün, 01:39

Ayxan Abbasov: Andorra qələbəsi sonrası məqsəd yavaş-yavaş yüksəlmək

Futbol
Bu gün, 01:29

Fransa millisinin məşqçisi Zidane oyun sonrası futbolçularının paltardəyişmə otağında gözləməməsi

Futbol
Bu gün, 01:21

Ayxan Abbasov: 3-1 qalibiyyəti şərh etdi, komanda yenidən yüksəlişə doğru irəliləyir

Futbol
Bu gün, 00:51

Pochettino Manchester United‑a ABŞ millisinin futbolçularını gətirməyi düşünür

Futbol
Bu gün, 00:13

Argentinada 18 yaşlı futbolçu topun güclü zərbəsi nəticəsində vəfat etdi

Futbol
Dünən, 23:42

UEFA, Infantino’ya ciddi rəqib olaraq Fransa Futbol Federasiyasının rəhbəri Filipp Diallo’yu namizəd kimi təqdim etdi

Oxşar xəbərlər