top
Kənan Manafov: Liviyadan beynəlxalq oyun təcrübəsi baxımından geri qalırdıq Sport24.az
05 noyabr 2025, 15:00
- ↺ +

Kənan Manafov: Liviyadan beynəlxalq oyun təcrübəsi baxımından geri qalırdıq

Azərbaycanın futzal millisi VI İslam Həmrəyliyi Oyunlarında üz-üzə gəldiyi Liviya yığmasından beynəlxalq oyun təcrübəsi baxımından geri qalıb. Sport24.az xəbər verir ki, bunu yığma üzvü Kənan Manafov Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.

 

O, rəqibin təcrübəli olduğunu bildirib:

 

"Güclü rəqiblə qarşılaşdıq. Dünya çempionatına vəsiqə qazanmış və təcrübəli futzalçılardan qurulan komandadır. Bizim heyətdə yer alanların əksəriyyəti gənclərdir və beynəlxalq oyun təcrübəsi baxımından rəqibdən geri qalırdıq. İslam Həmrəyliyi Oyunlarına hazırlıq prosesi də qısa zaman kəsiyində oldu. Bunlar oyundan öncəki durum idi. Meydanda isə əzmkar, istəkli, sona qədər mübarizə aparan bir kollektiv olduq. Döyüşkənliyimizin nəticəsi kimi sonda qələbə və 3 xal qazandıq".

 

K.Manafov növbəti rəqib haqda da danışıb:

 

"Növbəti oyunda Özbəkistan millisi ilə qarşılaşacağıq. Rəqibimiz turnirin favoritlərindən hesab edilir. Səudiyyə Ərəbistanı ilə görüşlərini izlədik. Liviyadan daha güclü kollektivdi. Çətin olacaq, ancaq mübarizəni sona qədər davam etdirəcəyik. Qazanılan hər qələbə və xal özünəinamı artırır".

 

Hücumçu millinin qarşısına qoyulan ilkin tapşırığı da açıqlayıb:

 

"Komandanın hədəfləri var. İlkin tapşırıq qrup mərhələsindən yarımfinala yüksəlməkdir. Addım-addım hədəfə doğru irəliləyəcəyik".

 

O, təşkilatçılığın yüksək olduğunu qeyd edib:

 

"İndiyə qədər hansısa problemlə qarşılaşmamışıq. İstər qaldığımız Olimpiya kəndindəki şərait, istər qidalanma ilə bağlı vəziyyət, istərsə də oyun və məşq zalları mükəmməldir. Rəhbərlik də daim komandanın yanındadır. Qalır qarşıya qoyulan tapşırığı yerinə yetirmək, Bakıya medalla qayıtmaq".

 

Qeyd edək ki, Azərbaycan millisi A qrupunda üz-üzə gəldiyi Liviyaya 5:4 hesabı ilə qalib gəlib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 10:28

Poçettino, Mərqəbuun Unikal Yolunu Təkrarladı

Boks
Bu gün, 10:23

Həbib Nurməhəmmədov BƏƏ-də Mercedes‑Benz G‑Class idarə edərkən gülümsədi

Futbol
Bu gün, 10:20

Bavariya Maykl Olise üçün 200 milyon avrodan çox transfer qiyməti təyin etdi

Futbol
Bu gün, 10:08

Holanda 1/4 final mübarizəsində, Portuqaliya Ronaldusuz qələbə axtarır, Dyokeresh qol seriyasını uzatmağa çalışır

Futbol
Bu gün, 10:03

Bavariya futbolçusu Alfonso Deyvis sol budun arxa əzələsində yaralanma yaşadı

Futbol
Bu gün, 10:00

Elgiz Abbasov: Dünya təcrübəsini Azərbaycan futboluna inteqrasiya etmək planı

Futbol
Bu gün, 09:53

Luis Figo FIFA prezidenti seçkilərində Infantinoya rəqib ola bilər

Futbol
Bu gün, 09:40

Milan və Juventus Baloqun transferini hədəfləyir

Futbol
Bu gün, 09:38

Arsenal, David Raya və Piero Inka ilə müqavilə uzatmaq üzərindədir;

Basketbol
Bu gün, 09:23

Qadın basketbolçuları İslandiya ilə ikinci turda qarşılaşacaq

Futbol
Bu gün, 09:20

Mançester Yunayted, Newcastle müdafiəçisi Luis Holu ilə qış transferinə maraq göstərdi

Futbol
Bu gün, 09:08

Flik böyük oyunlarda Gordonu seçir, Adeyemi kölgədə qalır

Futbol
Bu gün, 08:40

Endrü Robertson Şotlandiya millisinin rekord oyunçu sayını yenilədi

Futbol
Bu gün, 08:07

İngiltərə Fabian Ruizun yeddi illik məğlubiyyətsiz seriyasını dayandırdı

Futbol
Bu gün, 08:00

İngiltərə Premyer Liqa klubları Leonard Preskott ilə maraqlanır

Futbol
Bu gün, 07:18

“Atletiko”da iki milli futbolçunun zədəsi: Ademola Lukman dizindən, Mark Pubil topuqdan

Tennis
Bu gün, 06:13

Yannik Sinner və Paolo Maldini ortaq diz problemləri barədə danışdı

Futbol
Bu gün, 05:07

Qalatasaray Batrakov üçün maaş artımı yerinə performans bonusları təklif edir

Basketbol
Bu gün, 04:13

Şakil O’Nil ən böyük NBA oyunçusunun Michael Jordan olduğunu açıqladı

Futbol
Bu gün, 03:12

Barselona, Kamp Nou Stadionunun Yenidən Qurulması üçün 300 Milyon Avro Ayrır

Futbol
Bu gün, 02:46

“Atalanta” Lorenso Bernaskoni ilə müqaviləni uzatdı, transfer səsi sona çatdı

Futbol
Bu gün, 02:15

Benin 1:0 qalib, Neftçi legioneri D'Almeydan kömək etdi

Futbol
Bu gün, 01:59

Serxio Ramos ‘Malaqa’ klubuna transfer ola bilər

Futbol
Bu gün, 01:58

Niderland, 0-5 məğlubiyyətlə Almaniyadan əliboş qayıdır

Oxşar xəbərlər