top
Hikmət Qafarov Avropa Çempionatının final mərhələsində Azərbaycanı təmsil edəcək Sport24.az
14 noyabr 2025, 16:40
- ↺ +

Hikmət Qafarov Avropa Çempionatının final mərhələsində Azərbaycanı təmsil edəcək

Azərbaycanın futzal üzrə FIFA referisi Hikmət Qafarov Avropa çempionatında Azərbaycanı layiqincə təmsil etməyi özümə şərəf bilir. Sport24.az xəbər verir ki, bunu referi Azərbaycan Futzal Federasiyasına açıqlamasında deyib.

 

Azərbaycan futal hakimliyi tarixində ilk dəfə Avropa çempionatının final mərhələsinə təyinat alan hakim təəssüratlarını bölüşüb:

 

"Avropa çempionatı kimi bir yarışın final mərhələsinə təyinat almaq hər bir hakimin arzusu, istəyidir. Mənim üçün bu arzunun reallaşması iki qat sevindiricidir. Çünki milli komandamız hər dəfə final mərhələsinə vəsiqə qazanaraq ölkəmizi təmsil etsə də, hakimlərimizlə bağlı belə bir təyinat olmurdu. Bu dəfə hakim olaraq ölkəmizi final mərhələsində təmsil etməyimiz Azərbaycan hakimliyi adına böyük uğurdur. Bizim hər zaman hakimlik ənənəmiz, məktəbimiz olub. Hakim kimi bu dəfə qitənin ən ali yarışında Azərbaycanı layiqincə təmsil etməyi özümə şərəf bilirəm. Bir faktı da qeyd edim ki, 2 il əvvəl 19 yaşadək futzalçılar arasında təşkil olunan Avropa çempionatının final mərhələsinə də təyinat almışdım. Təbii ki, böyüklərin yarışı gənclərlə müqayisə olunmaz. Burada sürət, dinamika, peşəkarlıq daha üst səviyyədədir".

 

Referi bu təyinatı gözlədiyini də bildirib: "Bu ilin oktyabrında Sloveniyanın paytaxtı Lyublyanada final mərhələsinin oyunlarını idarə etmək üçün UEFA tərəfindən hakim seçimi edildi. Həmin tədbirə mən də dəvət almışdım. Bu dəvət bir qədər gözlənilməz oldu. Çünki bu ilin yanvarında UEFA-nın I kateqoriyasına yüksəlmişdim. Ora isə adətən elit kateqoriyanın hakimlərini dəvət edirdilər. Bizdən fiziki, nəzəri və praktik imtahanlar götürüldü. 42 hakim dəvət edilmişdi, yekunda 32 referi seçildi. 32 nəfərin arasında yer almaq böyük uğurdur".

 

Təcrübəli hakim uğura gedən yoldan da danışıb:

 

"İstənilən sahədə uğur qazanmaq üçün əziyyət çəkməli, işinə peşəkar yanaşmalı və onu sevərək etmək vacibdir. O zaman uğur da gələcək. Biz də çalışırıq ki, fiziki göstəricilərimiz, nəzəri biliklərimiz yüksək olsun".

 

Qafarlı final mərhələsinə qədər əsas mərhələdə də iş başında olduğunu qeyd edib:

 

"AVRO-2026-nın seçmə mərhələsinin oyunları 2024-cü ilin sentyabrından 2025-ci ilin aprelinədək keçirildi. Həmin müddətdə digər həmkarlarımla bərabər 3 oyuna təyinat aldıq. Futzalda oyunların sayı az olduğunu nəzərə alsaq, bu göstərici zəif deyil".

 

O, bunun digər həmyerlilərimizin də karyerasına müsbət təsir edəcəyini vurğulayıb:

 

"Azərbaycanlı hakimin qitənin ən reytinqli yarışının final mərhələsinə təyinat alması bizə olan inamın, etibarın göstəricisidir. Bu həm yerli hakimlərimiz üçün stimul olacaq, həm də gələcəkdə yeni bir çığır açacaq. Ümid edirəm ki, hakimlərimiz adına bu ənənə halını alacaq və belə mötəbər yarışlara təyinatlar davamlı olacaq. Hazırda digər FİFA referilərimiz də UEFA bayrağı altında keçirilən oyunlara təyinatlar alırlar. Eyni zamanda məni təbrik edən, təyinatıma və uğurlarıma sevinən hər kəsə minnətdarlığımı bildirirəm. Milli komanda səviyyəsində hər zaman uğur qazanmışıq. Təsadüfi deyil ki, son 6 Avropa çempionatının final mərhələsində yığmamız iştirakçılar sırasında olub. Bu dəfə qitə yarışında hakimlik səviyyəsində təmsil olunacağıq. Həmkarlarıma və komandalarımıza gələcək yarışlarda uğurlar arzulayıram".

 

Qeyd edək ki, FİFA referisi 2026-cı ildə Latviya, Litva və Sloveniyanın birgə ev sahibliyi ilə keçiriləcək Avropa çempionatı final mərhələsində fəaliyyət göstərəcək 32 hakimdən biri olacaq. Həmyerlimiz turnir zamanı Latviya və Litvada baş tutacaq matçları idarə edəcək.

Qitə birinciliyinin oyunları 2026-cı il yanvarın 21-dən fevralın 7-dək keçiriləcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Cüdo
Bu gün, 18:41

Xankəndidə yeniyetmə cüdoçular üçün təlim seminarı keçirilib

Futbol
Bu gün, 18:34

“Barselona” qapıçısı Joan Qarsiya: Sevgilisi ilə dağda paylaşdığı fotolar komandada zarafat mövzusu oldu

Futbol
Bu gün, 18:29

Real Madrid braziliyalı hücumçunu icarəyə verəcək

Digər
Bu gün, 18:25

Ravin Alməmmədov dünya çempionatında 12-ci yerə yüksəldi

Futbol
Bu gün, 17:59

İmişli futbolçusu Seyxan Fərəcov özünə inamını vurğuladı

Digər
Bu gün, 17:55

Azərbaycanın idman dırmanması üzrə millisi üzvü Həvva Yambulatova 17 yaşında vəfat edib

Digər
Bu gün, 17:50

UFC-də mübarizə aparan brasiliyalı Luana Santos estetik əməliyyat üçün oktagondan fasilə alır

Futbol
Bu gün, 17:50

Misli Premyer Liqasında oktyabr ayının TOP-5 qolu açıqlanıb

Qarabağ FK
Bu gün, 17:47

Mahmud Qurbanov: Rəqabətin Artması Futbolumuzun İnkişafına Yönəldir

Futbol
Bu gün, 17:40

Nyukasl və Everton Qalatasarayın yarımmüdafiəçisi Qabriel Sara uğrundan mübarizədə

Qarabağ FK
Bu gün, 17:37

"Neftçi" Əvəzedicilər Liqasının 8-ci turunda "Qarabağ"ı 2:0 hesabı ilə məğlub etdi

Digər
Bu gün, 17:35

Rəvan Abbaszadə K-1 üzrə dünya çempionu oldu: Azərbaycan bayrağı ilə qeyd etdi, İDMAN.BİZ-ə müsahibə verdi

Futbol
Bu gün, 17:20

Bavariya direktoru Haaland transferini müzakirə etməyəcəklər

Basketbol
Bu gün, 17:19

U-14 basketbol millimiz Serbiyada təlim-məşq toplanışına qatılacaq

Futbol
Bu gün, 17:15

Liverpul Vircil van Deyk ilə 1 illik yeni müqavilə imzalamağı nəzərdən keçirir

Futbol
Bu gün, 17:00

Hakman “qara siyahı”da: Məşqçi Kurban Berdiyev Turan Tovuzun müdafiəçisinə etimadını itirdi

Futbol
Bu gün, 16:59

Rüfət Abbasov: «Neftçi» 90 illik yubileyində çempionluq hədəfləyir, liderliyə yüksəlmək bize psixoloji üstünlük verir

Futbol
Bu gün, 16:50

Neftçi Palms Sports Mərkəzində bərpa məşqini keçir

Futbol
Bu gün, 16:40

Fənərbağça futbolçusu Vedat Muriqi La Liqada transferi üçün maraq doğurub

Futbol
Bu gün, 16:29

Azərbaycan II Liqası: Ağdaş Küren-Arazla heç-heçə etdi, Difai Hypersi məğlub etdi

Futbol
Bu gün, 16:29

İngiltərə Premyer Liqasının üç klubu Morqan Qibbs-Uaytı izləyir

Futbol
Bu gün, 16:20

Stanislav Çerçesov “Axmat” klubundan çıxmağa hazırlaşır

Futbol
Bu gün, 16:15

Uşaq futbolunun inkişafında durğunluq qarşısı alınmalıdır – Vəli Qasımov

Futbol
Bu gün, 16:13

Cristiano Ronaldun Özbəkistana səfəri ləğv edildi

Oxşar xəbərlər