top
Hikmət Qafarlının Avropa Çempionatındakı Fəaliyyəti ilə Bağlı MÜSAHİBƏSİ - FOTO Idman.biz
04 fevral 2026, 12:39
- ↺ +

Hikmət Qafarlının Avropa Çempionatındakı Fəaliyyəti ilə Bağlı MÜSAHİBƏSİ - FOTO

Futzal üzrə azərbaycanlı FIFA referisi Hikmət Qafarlı Avropa çempionatının əsas mərhələsində Ermənistan millisinin oyununda iş başında olması ilə bağlı danışıb.

İdman.Biz xəbər verir ki, hakim bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə müsahibəsində bildirib.

H.Qafarlı sözügedən qarşılaşmada "timekeeper" kimi fəaliyyət göstərməsinə münasibət bildirib:

"Həyəcan hər zaman olur. Sadəcə, budəfəki həyəcan iştirakçı komandalardan hansısa birinin adı ilə bağlı deyildi. Biz təyinat alan zaman sırf oyun qaydalarını əsas götürür, hakim kimi işimizi görürük. Həyəcan məsuliyyətdən irəli gəlirdi. Amma oyunun start fitindən sonra artıq həyəcan yerini oyunun atmosferinə buraxır".

O, Avropa çempionatında fərqli atmosfer olduğunu vurğulayıb:

"Qitənin ən nüfuzlu futzal yarışı 4 ildən bir keçirilir və ilk dəfə Azərbaycan hakimlik məktəbinin üzvü orada təmsil olunur. Karyeramın indiyə qədər olan hissəsinin ən həyəcanlı və qürurverici yarışı idi. İstər təşkilatçılıq, operativlik, komandaların oyunlara hazırlıq və yanaşması, istərsə də qarşılaşmaların səviyyəsi, sürət, intizam, taktiki gedişlər və sair tam fərqli idi. Bu cür oyunları idarə edən hakimlər də zövq almaqla yanaşı, daha məsuliyyətli olurlar".

Ədalət təmsilçisi Ukrayna – Litva matçını idarə etməsi ilə bağlı danışıb:

"Birinci turdan sonra qrupda vəziyyət gərginləşmişdi. Ukrayna yenilmiş, Litva isə heç kimin gözləmədiyi halda Çexiya kimi güclü rəqiblə heç-heçə etmişdi. Bu dueldə Litva futzalçıları qələbə qazansaydı, Ukrayna mübarizəni dayandıracaqdı. Ona görə oyunda gərginlik çox idi. Üstəlik, Litva həm də təşkilatçı ölkələrdən biri idi, doğma meydanda oynayırdı, azarkeşlər arenanı doldurmuşdular. Bu da oyuna əlavə rəng qatırdı. Görüşü yaxşı idarə etdik, ciddi, oyunun nəticəsinə, ruhuna təsir edən səhvlərimiz olmadı. Matçdan sonra hakim-inspektor hansısa iradlarının olmadığını və idarəçiliyimizi yüksək balla qiymətləndirdiyini bildirdi".

O, üçüncü hakim olduğu Gürcüstan – Fransa görüşünün də gərgin keçdiyini söyləyib:

"Həqiqətən də qarşılama gərgin keçdi. Fransa favoritlərdən idi, onlara heç-heçə də sərf edirdi. Gürcüstan isə ilk oyunda Latviyaya yenildiyinə görə mübarizəni davam etdirmək üçün mütləq qələbə qazanmalı idi. Belə vəziyyətdə texniki zonada yer alan məşqçilər və oyunçular daha çox emosional olur, hər qərara çılğınlıqla reaksiya verirlər. Bu səbəbdən üçüncü hakimin işi çətinləşir. Ümumiyyətlə, bu cür turnirə təyinat alan hakimlərdən heç birinin işi az olmur, məsuliyyəti böyük olur. Aldığım qiymətlər göstərdi ki, hər 3 təyinatda hakim kimi üzərimə düşən işlərin öhdəsindən layincə gəlmişəm".

Qafarlı qrup mərhələsindən sonra təyinat almamasını bu cür əsaslandırıb:

"Qrup mərhələsi başa çatdıqdan sonra oyunların sayı, demək olar ki, yarıbayarı azalır. Ona görə də UEFA hakimlərin bir hissəsini turnirdən azad etdi. 12 hakim geri göndərildi ki, onların da əksəriyyəti ilk dəfə təyinat alanlar idi. UEFA oyunların gərginliyini və ağırlığını nəzərə alaraq, pley-off mərhələsində daha təcrübəli referilərə təyinat verir. Aralarında elə hakimlər var ki, onlar 3-cü dəfə Avropa çempionatının final mərhələsində iştirak edirlər. Oradan yüksək və xoş təəssüratlarla qayıtdım. Avropanın ən güclü milli komandalarının və hakimlərinin iştirak etdiyi çempionata qatıldım, oyunlar idarə etdim, yeniliklərlə tanış oldum. Çempionat zamanı ilk dəfə videodəstək sisteminin iş prinsipi ilə tanış oldum, hətta Ukrayna – Litva görüşündə bundan istifadə etdim. Komandaların yüksək futzal bilikləri, göstərdiyi keyfiyyətli görüşlərin şahidi oldum və futzalın nə qədər sevimli idman növü olduğuna şahidlik etdim".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 05:14

Ançelotti Braziliya millisində rekord qıraraq ən aşağı qələbə faizini əldə etdi

Futbol
Bu gün, 01:58

İnтерin yarımmüdafiəçisi Curtis Cons zədələnib, Milan derbisini də qaçıracaq

Futbol
Bu gün, 00:45

Arsenal və Tottenham Kenan Yıldızın İngiltərə Premyer Liqasına keçidi ilə maraqlanır

Olimpiada
Dünən, 23:28

Lindsey Vonn ağır zədədən sonra 2026/27 mövsümündə ABŞ millisinin heyətinə daxil olub

Futbol
Dünən, 22:59

Barcelona müdafiəçisi Xavi Esparta ilə müqaviləsini 2030-cu ilə qədər uzatdı

Futbol
Dünən, 22:33

PSJ iki oyunçusuna əlavə istirahət verdi

Futbol
Dünən, 21:23

AFFA rəhbərinə UEFA-dan Qadınlar Dünya Çempionatı 2027 seçmə matçı üçün təyinat

Futbol
Dünən, 19:25

“İmişli” PFK‑da Zamir Həsənov və Rəsul Allahverdiyevlə yollar ayrıldı

Basketbol
Dünən, 16:57

“Neftçi”nin basketbolçusu: “FIBA Avropa Kubokunda mərhələ keçmək üçün şansımız var”

Basketbol
Dünən, 12:14

Sumqayıtın basketbolçısı Teyvion Kirk: ‘Play‑offun dörd ən güclü komandası arasında olmaq istəyirik’

Futbol
Dünən, 11:26

“Neftçi” Matheus Davonu qış transferində heyətinə qatmaq istəyir

Futbol
Dünən, 10:41

“Səbail” “Sərtan Taşkın”ı transfer etdi

Futbol
Dünən, 10:11

Ronaldın çıxışı sonrası Portuqaliya milli komandası FIFA reytinqində beşinci yerə yüksəldi

Futbol
Dünən, 09:41

Azərbaycan Kubokunun birinci mərhələsində bu gün üç yeni qarşılaşma baş tutacaq

Qarabağ FK
Dünən, 06:23

“Qarabağ”ın 18 yaşlı hücumçusu Əli İbrahim “Olimpiakos” B komandasında baxışa yollanacaq

Futbol
Dünən, 04:14

Benin məşqçisi: Argentina oyunçularından Messi'nin fotosunu və formasını ala bilmədik

Basketbol
07 oktyabr 2026, 23:54

LANDAU Lions FIBA Avropa Kubokunda 83-105 ilə “Lions de Geneve”yə məğlub oldu

Futbol
07 oktyabr 2026, 23:38

Luka Modriç Messi’nin milli karyerasını başa vurmasına təəssüfünü bildirir: “O, unikal futbolçudur”

Güləş
07 oktyabr 2026, 22:55

Azərbaycanda U-23 Dünya Güləş Çempionatı Heyəti Açıqlanıb

Futbol
07 oktyabr 2026, 21:26

Azərbaycan qadın milli komandası Antalyaspor ilə dostluq matçı keçirəcək

Futbol
07 oktyabr 2026, 19:28

AFFA meneceri Kifayət Mustafayeva UEFA təyinatını aldı, Avropa zonası qadınlar çempionatı pley-off oyununda nümayəndə olacaq

Futbol
07 oktyabr 2026, 16:40

Azərbaycan millisi FİFA reytinqində bir pillə gerilədi

Futbol
07 oktyabr 2026, 16:25

AFFA aşağı yaş liqalarında üç komandaya 0:3 texniki məğlubiyyət verdi

Qarabağ FK
07 oktyabr 2026, 16:11

“Qarabağ” “Fənərbağça”nın sabiq müdafiəçisini transfer etmək istəyib, lakin maaş şərtlərində razılığa gələ bilmədi

Oxşar xəbərlər