top
Futzal millisinin baş məşqçisi yoldaşlıq oyunlarının əhəmiyyətindən danışıb Sport24.az
07 aprel 2026, 16:20
- ↺ +

Futzal millisinin baş məşqçisi yoldaşlıq oyunlarının əhəmiyyətindən danışıb

"Güclü rəqiblərlə oyunlar rəsmi görüşlərə hazırlaşmaq baxımından əhəmiyyətlidir". Sport24.az xəbər verir ki, bu sözləri futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Yevgeni Kukseviç Bakıdakı təlim-məşq toplanışı və keçiriəcəkləri yoldaşlıq oyunları ilə bağlı federasiyanın rəsmi saytına açıqlamasında deyib.

 

O, bu cür toplanışların futzalçıların xeyrinə olacağını söyləyib:

 

"Gələcək üçün addımlar atırıq. Hazırda komanda inkişaf prosesindədir. Çalışırıq ki, düşündüklərimizi, etmək istədiklərimizi məşq prosesində həyata keçirək. Üç gün ərzində 5 məşq keçməyimiz planlaşdırılıb. Artıq dörd məşqimiz olub, bu gün Bakıda sonuncu hazırlığımızı keçəcəyik. Zaldakı məşqlərlə paralel nəzəri çalışmalarımız, videoanalizlərimiz də olur. Yəni, toplanış zamanı vaxtdan maksimum yararlanıb, irəliyə doğru addım atmağa çalışırıq. Çünki görəcəyimiz işlər çoxdur".

 

Rusiyalı mütəxəssis rəqiblər haqda geniş danışmağa ehtiyac duymayıb:

 

"Həm Gürcüstan, həm də Qazaxıstan millisi güclü rəqiblərdir. Gürcülər iki ay əvvəl Avropa çempionatının final mərhələsində iştirak ediblər. Bu komanda son illərdə ciddi inkişafdadır. Qazaxıstan yığması isə reytinq cədvəlinin ilk dördlüyündə qərarlaşıb. Bu komanda dəfələrlə həm Avropa, həm də dünya çempionatının final mərhələsində iştirak edib, eyni zamanda mükafatlar qazanıb. Bu da rəqibimizin güclü olmasından xəbər verir. Oyunlarına baxmışıq, necə oynadıqlarını bilirik. Belə oyunlar bizim də təcrübə toplamağımız, payızda keçirəcəyimiz rəsmi görüşlərə daha yaxşı hazırlaşmağımız baxımından əhəmiyyətlidir".

 

Çalışdırıcı bir həftə ərzində dörd oyun keçirməyin ağırlığına rəğmən, faydalı olacağını qabardıb:

 

"FIFA-nın yoldaşlıq oyunları üçün nəzərdə tutduğu günlərdən maksimum istifadə etməyə çalışırıq. Oyunların ardıcıllığı bu cür alındı. Çətin də olsa, oynamamaqdansa, oynamaq yaxşıdır. Yenə deyirəm, komandanın inkişafı, verilən tapşırıqların nə dərəcədə mənimsənildiyini yoxlamaq üçün çətinliyə baxmayaraq mübarizə aparmalıyıq. Bu cür görüşlərdə nəticədən çox, meydanda görəcəyimiz işlər maraqlıdır. Oyunların çoxluğunu və ağırlığını nəzərə alaraq düşərgəyə 17 futzalçı dəvət etmişik".

 

Qeyd edək ki, Azərbaycan millisi aprelin 9-da və 11-də Tbilisidə Gürcüstan, ayın 13-də və 15-də isə Aktauda Qazaxıstan yığması ilə qarşılaşacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Basketbol
Bu gün, 09:23

Qadın basketbolçuları İslandiya ilə ikinci turda qarşılaşacaq

Futbol
Bu gün, 09:20

Mançester Yunayted, Newcastle müdafiəçisi Luis Holu ilə qış transferinə maraq göstərdi

Futbol
Bu gün, 09:08

Flik böyük oyunlarda Gordonu seçir, Adeyemi kölgədə qalır

Futbol
Bu gün, 08:40

Endrü Robertson Şotlandiya millisinin rekord oyunçu sayını yenilədi

Futbol
Bu gün, 08:07

İngiltərə Fabian Ruizun yeddi illik məğlubiyyətsiz seriyasını dayandırdı

Futbol
Bu gün, 08:00

İngiltərə Premyer Liqa klubları Leonard Preskott ilə maraqlanır

Futbol
Bu gün, 07:18

“Atletiko”da iki milli futbolçunun zədəsi: Ademola Lukman dizindən, Mark Pubil topuqdan

Tennis
Bu gün, 06:13

Yannik Sinner və Paolo Maldini ortaq diz problemləri barədə danışdı

Futbol
Bu gün, 05:07

Qalatasaray Batrakov üçün maaş artımı yerinə performans bonusları təklif edir

Basketbol
Bu gün, 04:13

Şakil O’Nil ən böyük NBA oyunçusunun Michael Jordan olduğunu açıqladı

Futbol
Bu gün, 03:12

Barselona, Kamp Nou Stadionunun Yenidən Qurulması üçün 300 Milyon Avro Ayrır

Futbol
Bu gün, 02:46

“Atalanta” Lorenso Bernaskoni ilə müqaviləni uzatdı, transfer səsi sona çatdı

Futbol
Bu gün, 02:15

Benin 1:0 qalib, Neftçi legioneri D'Almeydan kömək etdi

Futbol
Bu gün, 01:59

Serxio Ramos ‘Malaqa’ klubuna transfer ola bilər

Futbol
Bu gün, 01:58

Niderland, 0-5 məğlubiyyətlə Almaniyadan əliboş qayıdır

Futbol
Bu gün, 01:43

Sessi D'Almeydan 90+3 dəqiqədə golları ilə Beninə qarşı qələbəni qazanır

Futbol
Bu gün, 01:39

Ayxan Abbasov: Andorra qələbəsi sonrası məqsəd yavaş-yavaş yüksəlmək

Futbol
Bu gün, 01:29

Fransa millisinin məşqçisi Zidane oyun sonrası futbolçularının paltardəyişmə otağında gözləməməsi

Futbol
Bu gün, 01:21

Ayxan Abbasov: 3-1 qalibiyyəti şərh etdi, komanda yenidən yüksəlişə doğru irəliləyir

Futbol
Bu gün, 00:51

Pochettino Manchester United‑a ABŞ millisinin futbolçularını gətirməyi düşünür

Futbol
Bu gün, 00:13

Argentinada 18 yaşlı futbolçu topun güclü zərbəsi nəticəsində vəfat etdi

Futbol
Dünən, 23:42

UEFA, Infantino’ya ciddi rəqib olaraq Fransa Futbol Federasiyasının rəhbəri Filipp Diallo’yu namizəd kimi təqdim etdi

Formula 1
Dünən, 23:19

Mercedes, Bakı Qran-prisindən sonra geriləyən Rassellə üstünlük qazanmağa hazırdır

Futbol
Dünən, 23:05

Jezuş, Bernardu Silva’nın az oyun vaxtını taktik qərarlarla açıqladı

Oxşar xəbərlər