top
Emin Kürdov: Rumıniya klubuna qarşı oyun mövsümün ən ağır matçı idi Report.az
30 oktyabr 2025, 12:52
- ↺ +

Emin Kürdov: "Rumıniya klubuna qarşı oyun mövsümün ən ağır matçı idi"

Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində "Yunayted Qalati"yə (Rumıniya) qarşı oyun "Araz-Naxçıvan" üçün mövsümün ən ağır matçı olub.

Bunu "Report"a açıqlamasında komandanın kapitanı Emin Kürdov deyib.

Görüşün ən yaxşılarından olan və xeyli seyvlərlə yadda qalan qolkiper rəqibin güclü heyətə malik olduğunu vurğulayıb:

"Görüş ağır keçdi, çünki qrupun favoritinə, eyni zamanda meydan sahibinə qarşı oynayırdıq. Böyük azarkeş dəstəyi var idi. Deyərdim ki, mövsümün ən ağır matçı idi. Məşqçilər rəqibi təhlil etmişdilər. Heyətləri braziliyalı futzalçılardan, Rumıniya yığmasının üzvlərindən təşkil olunmuşdu. Çətin olsa da, qələbə qazandıq. Komandanı, Azərbaycan futzal camiəsini təbrik edirəm. Həqiqətən möhtəşəm oyun idi".

Təcrübəli futzalçı turnirdə ən güclü 8 komanda arasında yer almağı hədəflədiklərini söyləyib:

"Qarşıda iki matçımız var. Bu gün Lüksemburq komandası ilə görüşəcəyik. Noyabrın 1-də isə Niderland təmsilçisinə qarşı oyunumuz olacaq. Ancaq hələ ki, bu görüş haqqında düşünmürük. Məqsəd ən güclü 8 komanda arasında yer almaqdır. 11 illik sindromu qırıb pley-off mərhələsinə vəsiqə qazanmaq istəyirik".

Qeyd edək ki, "Araz-Naxçıvan" Rumıniya təmsilçisini 2:1 hesabı ilə məğlub edib. Komanda növbəti görüşünü bu gün Lüksemburq çempionu "Differdanje 03"ə qarşı keçirəcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 10:40

Lionel Messi 2028-ci il Copa America’da Argentina milli komandası mentoru olacaq

Futbol
Bu gün, 10:28

Poçettino, Mərqəbuun Unikal Yolunu Təkrarladı

Boks
Bu gün, 10:23

Həbib Nurməhəmmədov BƏƏ-də Mercedes‑Benz G‑Class idarə edərkən gülümsədi

Futbol
Bu gün, 10:20

Bavariya Maykl Olise üçün 200 milyon avrodan çox transfer qiyməti təyin etdi

Futbol
Bu gün, 10:08

Holanda 1/4 final mübarizəsində, Portuqaliya Ronaldusuz qələbə axtarır, Dyokeresh qol seriyasını uzatmağa çalışır

Futbol
Bu gün, 10:03

Bavariya futbolçusu Alfonso Deyvis sol budun arxa əzələsində yaralanma yaşadı

Futbol
Bu gün, 10:00

Elgiz Abbasov: Dünya təcrübəsini Azərbaycan futboluna inteqrasiya etmək planı

Futbol
Bu gün, 09:53

Luis Figo FIFA prezidenti seçkilərində Infantinoya rəqib ola bilər

Futbol
Bu gün, 09:40

Milan və Juventus Baloqun transferini hədəfləyir

Futbol
Bu gün, 09:38

Arsenal, David Raya və Piero Inka ilə müqavilə uzatmaq üzərindədir;

Basketbol
Bu gün, 09:23

Qadın basketbolçuları İslandiya ilə ikinci turda qarşılaşacaq

Futbol
Bu gün, 09:20

Mançester Yunayted, Newcastle müdafiəçisi Luis Holu ilə qış transferinə maraq göstərdi

Futbol
Bu gün, 09:08

Flik böyük oyunlarda Gordonu seçir, Adeyemi kölgədə qalır

Futbol
Bu gün, 08:40

Endrü Robertson Şotlandiya millisinin rekord oyunçu sayını yenilədi

Futbol
Bu gün, 08:07

İngiltərə Fabian Ruizun yeddi illik məğlubiyyətsiz seriyasını dayandırdı

Futbol
Bu gün, 08:00

İngiltərə Premyer Liqa klubları Leonard Preskott ilə maraqlanır

Futbol
Bu gün, 07:18

“Atletiko”da iki milli futbolçunun zədəsi: Ademola Lukman dizindən, Mark Pubil topuqdan

Tennis
Bu gün, 06:13

Yannik Sinner və Paolo Maldini ortaq diz problemləri barədə danışdı

Futbol
Bu gün, 05:07

Qalatasaray Batrakov üçün maaş artımı yerinə performans bonusları təklif edir

Basketbol
Bu gün, 04:13

Şakil O’Nil ən böyük NBA oyunçusunun Michael Jordan olduğunu açıqladı

Futbol
Bu gün, 03:12

Barselona, Kamp Nou Stadionunun Yenidən Qurulması üçün 300 Milyon Avro Ayrır

Futbol
Bu gün, 02:46

“Atalanta” Lorenso Bernaskoni ilə müqaviləni uzatdı, transfer səsi sona çatdı

Futbol
Bu gün, 02:15

Benin 1:0 qalib, Neftçi legioneri D'Almeydan kömək etdi

Futbol
Bu gün, 01:59

Serxio Ramos ‘Malaqa’ klubuna transfer ola bilər

Oxşar xəbərlər