top
Elşad Quliyev: Prezident İlham Əliyev görüş zamanı bizə bildirdi ki, bu uğurun davamını gətirmək lazımdır Idman.biz
02 iyun 2025, 18:02
- ↺ +

Elşad Quliyev: "Prezident İlham Əliyev görüş zamanı bizə bildirdi ki, bu uğurun davamını gətirmək lazımdır"

"Dövlətimizin başçısı idmana daim böyük diqqət göstərir. İş qrafiki çox sıx olmasına baxmayaraq, çalışdı ki, bizi tez bir zamanda qəbul etsin. Biz də öz növbəmizdə dövlətimizin başçısına minnətdarlığımızı bildirdik".

İdman.biz xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Bakıda keçirilmiş minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının baş məşqçisi Elşad Quliyev deyib.

Mütəxəssis bildirib ki, yenidən Prezident İlham Əliyevin qəbulunda olmaq çox qürurverici hissdir: "2021-ci ildə Avropa çempionu olduğumuz zaman da dövlətimizin başçısı bizimlə görüşmüşdü. Düşünürəm ki, bundan möhtəşəm gün ola bilməz. Prezident İlham Əliyev komandamızın bütün oyunçularını tanıyır. O, mundialda keçirdiyimiz dörd matçın hamısını izlədiyini və hər bir görüşümüzün olduqca maraqlı alındığını söylədi. Bu, bizim üçün doğrudan da çox xoşdur. Çox sağ olsun ki, hər zaman qayğısını hiss etdirir".

Milli Gimnastika Arenasında keçirilən turnirin təşkilatçılığına da toxunan Quliyev hər şeyin yüksək səviyyədə olduğunu vurğulayıb: "Ev sahibi olaraq qürur hissi keçirdik. Tamaşaçılar oyunlarımıza rəng qatırdılar. Şükürlər olsun ki, meydança baxımından da hansısa problem yaşamadıq".

Baş məşqçi komandanın növbəti hədəflərindən də söz açıb: "Prezident İlham Əliyev görüş zamanı bildirdi ki, bu uğurun davamını gətirmək lazımdır. Təbii ki, dayanmaq olmaz. Fikirləşirik ki, bünövrəmiz möhkəm və sağlam qurulduğu üçün axıra qədər getməyə gücümüz var. Gələn il Avropa çempionatı keçiriləcək. Yəqin ki, bir neçə aydan sonra məşqlərə başlayacağıq. Bu turnirdə də əlimizdən gələni edəcəyik. Ümid edirəm ki, xeyirlisi olar".

Qeyd edək ki, Azərbaycan millisi finalda Macarıstana 4:2 hesabı ilə qalib gələrək dünya çempionu olub.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Cüdo
Bu gün, 12:57

Jüdo dünya çempionu Sansiro Murao: “Azərbaycan çox gözəl və qonaqpərvərdir”

Cüdo
Bu gün, 10:56

Cüdo üzrə Olimpiya çempionumuz Zelim Kotsoyev dünya çempionatının 1/32 finalına çıxır - YENİLƏNİR + FOTO

Boks
Bu gün, 10:55

Avropa U‑17 boks çempionatında Azərbaycanlı səkkiz boksçumuz yarımfinala yüksəldi

Basketbol
Bu gün, 10:39

ABL ikinci turda Sumqayıt Naxçıvanı ev sahəsində qarşılayacaq

Futbol
Bu gün, 09:56

Neftçi – Sabah qarşılaşması Misli Premyer Liqasının 7-ci turunda Palms Sports Arena’da

Futbol
Bu gün, 05:14

Ançelotti Braziliya millisində rekord qıraraq ən aşağı qələbə faizini əldə etdi

Futbol
Bu gün, 01:58

İnтерin yarımmüdafiəçisi Curtis Cons zədələnib, Milan derbisini də qaçıracaq

Futbol
Bu gün, 00:45

Arsenal və Tottenham Kenan Yıldızın İngiltərə Premyer Liqasına keçidi ilə maraqlanır

Olimpiada
Dünən, 23:28

Lindsey Vonn ağır zədədən sonra 2026/27 mövsümündə ABŞ millisinin heyətinə daxil olub

Futbol
Dünən, 22:59

Barcelona müdafiəçisi Xavi Esparta ilə müqaviləsini 2030-cu ilə qədər uzatdı

Cüdo
Dünən, 22:46

Bakıda keçirilən cüdo dünya çempionatı: Azərbaycan üçüncü yerdə

Futbol
Dünən, 22:33

PSJ iki oyunçusuna əlavə istirahət verdi

Futbol
Dünən, 21:23

AFFA rəhbərinə UEFA-dan Qadınlar Dünya Çempionatı 2027 seçmə matçı üçün təyinat

Futbol
Dünən, 19:25

“İmişli” PFK‑da Zamir Həsənov və Rəsul Allahverdiyevlə yollar ayrıldı

Basketbol
Dünən, 16:57

“Neftçi”nin basketbolçusu: “FIBA Avropa Kubokunda mərhələ keçmək üçün şansımız var”

Basketbol
Dünən, 12:14

Sumqayıtın basketbolçısı Teyvion Kirk: ‘Play‑offun dörd ən güclü komandası arasında olmaq istəyirik’

Futbol
Dünən, 11:26

“Neftçi” Matheus Davonu qış transferində heyətinə qatmaq istəyir

Futbol
Dünən, 10:41

“Səbail” “Sərtan Taşkın”ı transfer etdi

Futbol
Dünən, 10:11

Ronaldın çıxışı sonrası Portuqaliya milli komandası FIFA reytinqində beşinci yerə yüksəldi

Futbol
Dünən, 09:41

Azərbaycan Kubokunun birinci mərhələsində bu gün üç yeni qarşılaşma baş tutacaq

Qarabağ FK
Dünən, 06:23

“Qarabağ”ın 18 yaşlı hücumçusu Əli İbrahim “Olimpiakos” B komandasında baxışa yollanacaq

Futbol
Dünən, 04:14

Benin məşqçisi: Argentina oyunçularından Messi'nin fotosunu və formasını ala bilmədik

Basketbol
07 oktyabr 2026, 23:54

LANDAU Lions FIBA Avropa Kubokunda 83-105 ilə “Lions de Geneve”yə məğlub oldu

Futbol
07 oktyabr 2026, 23:38

Luka Modriç Messi’nin milli karyerasını başa vurmasına təəssüfünü bildirir: “O, unikal futbolçudur”

Oxşar xəbərlər