top
Elşad Quliyev: Avropa çempionatında sıx qrafik və istirahət imkanı olmayan Azərbaycan millisi Report.az
01 aprel 2026, 17:01
- ↺ +

Elşad Quliyev: Avropa çempionatında sıx qrafik və istirahət imkanı olmayan Azərbaycan millisi

Azərbaycanın minifutbol millisinin mayda təşkil olunacaq Avropa çempionatında dincəlmək imkanı olmayacaq.

Bunu "Report"a açıqlamasında yığmanın baş məşqçisi Elşad Quliyev deyib.

O, qitə birinciliyində sıx qrafikdən narazılığını bildirib:

"Əslində, çox çətin oyun qrafikimiz var. Qrup oyunlarımız mayın 28, 29 və 30-da keçiriləcək. Üstəlik, qrupdan çıxsaq, fasilə verilmədən növbəti gün 1/8 final matçını keçirməliyik. Bu məsələni qaldırdıq, lakin bizə bildirdilər ki, ilk oyuna ayın 28-də çıxacağımız üçün təqvim belə qurulub. 2024-cü ildə də 6-cı, yəni F qrupuna düşmüşdük. Bəzi qruplarda isə komandalar ayın 27-si başlayıb, 30-u istirahət etmək imkanı qazanırlar, biz isə dincəlməyəcəyik. Yarışın ortasında bir gün istirahət etmək komandaya böyük kömək olardı. Buna baxmayaraq, qrupdan yaxşı nəticə ilə çıxmaq istəyirik. Buna uyğun hazırlaşmağa çalışacağıq. Bilirik ki, fasilə yoxdur. Amma hazırkı vəziyyətdə futbolçuların bərpasına daha çox diqqət yetirməli olacağıq. Hətta komandaya əlavə iki-üç həkim götürməyi planlaşdırırıq ki, bərpa prosesini sürətləndirək".

Təcrübəli mütəxəssis komandanın hazırlıq proqramı və nəzərdə tutulan beynəlxalq toplanışın detalları barədə məlumat verib:

"Hazırlıq planımızda dəyişiklik yoxdur, aprelin 6-da məşqlərə başlayırıq. Bakıda gündə iki dəfə olmaqla aprelin 20-nə qədər güc məşqləri keçəcəyik. Ayın 27-də isə Monteneqroya yollanırıq. Orada həm təlim-məşq toplanışımız olacaq, həm də beynəlxalq mini-turnirdə iştirak edəcəyik. Mayın 8-də Bakıya dönəcəyik və Avropa çempionatına qədər olan son 15 günü qapalı şəraitdə hazırlıqla tamamlayacağıq. Bakıdakı son mərhələdə yoldaşlıq görüşü keçirməyəcəyik, əsas diqqəti taktika, standart vəziyyətlər və sürət üzərində cəmləyəcəyik".

Elşad Quliyev Monteneqrodakı hazırlıq turnirində qarşılaşacaqları rəqiblərin adlarını açıqlayıb:

"Monteneqroda 6 komandalı turnir olacaq. Orada meydan sahibləri ilə yanaşı, Türkiyə, Qazaxıstan, Bosniya və Herseqovina kimi komandalar iştirak edəcəklər. Turnir oyunlarından əlavə, bir və ya iki yoldaşlıq görüşü də keçirmək fikrindəyik. Həmişə olduğu kimi, başlanğıcda Monteneqro ilə yoldaşlıq görüşü nəzərdə tutulub. Turnirdən sonra isə daha bir görüş keçirməyi planlaşdırırıq. Ümumilikdə 6 oyun nəzərdə tutmuşuq ki, bu da bizim üçün kifayət qədər yaxşı sınaq olacaq".

Baş məşqçi sonda heyətlə bağlı məsələlərə toxunub:

"Heyətdə köklü dəyişiklik etməmişik, lakin bəzi yeni və geri dönən simalar var. Cəfər Cəfərovu yenidən heyətə cəlb etmişik. Həmçinin "Aznur"dan Tural Məmmədrzayev, "Sumqayıt"dan gənc qapıçı Elcan Sarıyev, eləcə də İsa Atayev və Ruslan Ağalarov komandaya dəvət alıblar. Millimiz əsasən "Birbaşa Bakı", "Zirə", "Aznur" və "Sumqayıt" klublarının oyunçularından təşkil olunub. Demək olar ki, heyəti müəyyənləşdirmişik. Ona görə də minifutbol üzrə Azərbaycan çempionatının son oyunlarının seçimimə çox təsir edəcəyini düşünmürəm. Bəzi futbolçularda yüngül zədələr olsa da, inanıram ki, aprelin 6-na kimi hamı hazır olub komandaya qoşulacaq".

Qeyd edək ki, minifutbol üzrə Avropa çempionatı mayın 27-dən iyunun 4-dək Slovakiyanın paytaxtı Bratislavada təşkil olunacaq. Azərbaycan yığması F qrupunda Avstriya, İtaliya və Fransa ilə mübarizə aparacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 03:21

Rəşad Sadıqov: Komandanın çətin vəziyyəti gizlənə bilməz

Futbol
Bu gün, 03:08

Arsenal İngiltərə Liqa Kubokunun 1/8 finalında Flitvud'a məğlub oldu;

Futbol
Bu gün, 02:41

Futbolçu iki sarı vərəqə almasına baxmayaraq meydandan çıxmadı

Futbol
Bu gün, 02:21

“Arsenal” dördüncü liqa “Flintwood Town” qarşısında penaltilərdə məğlub olaraq İngiltərə Liqa Kubokundan çıxdı – oyun zamanı naməlum uçan obyektlə dayandırıldı

Futbol
Bu gün, 01:31

Rodri: Real Madrid bizdən güclüdür, bunu qəbul etməliyik

Basketbol
Bu gün, 00:55

Nanter 92 baş məşqçisi oyunu məğlubiyyətinin səbəblərini izlədi

Qarabağ FK
Bu gün, 00:40

Abbas Hüseynova təşəkkür, gələcək karyerasında uğurlar arzulayırıq

Futbol
Bu gün, 00:29

Qranit Caka və Brel Embolo yenidən İsveçrə milli komandasında iştirak edəcək

Voleybol
Dünən, 23:58

DH Volley klubu CEV Çelenc Kubokunun 1/32 final mərhələsində ilk oyununu 3:1 hesablı qələbə ilə bağladı

Futbol
Dünən, 23:49

«Лацио» – «Сассуоло» 6:2

Futbol
Dünən, 23:47

Cəlal Hüseynovun komandası Rumıniya Kubokunda 6:0 hesabı ilə qalib gəldi

Futbol
Dünən, 23:39

Cəlal Hüseynovun çıxışı ilə "Petrolul" komandası 6-0 böyükhesablı qələbə qazandı

Futbol
Dünən, 23:38

İtaliya A Seriyasında "Latsio" səfərdə "Sassuolo"nu 6:2 hesabı ilə darmadağın edib

Qarabağ FK
Dünən, 23:25

Qarabağın əvəzedici komandaya göndərilən futbolçu klubdan ayrıldı

Basketbol
Dünən, 23:17

Lazar Spasiç: “Sabah” klubunun beynəlxalq arenada belə görünməsi lazımdır

Futbol
Dünən, 22:59

PSJ "Çelsi"nin 80 milyon avroluq cinah hücumçusu Estevaonu icarəyə götürmək istəyir

Futbol
Dünən, 22:47

Qəbələ 3:0 Qələbəsi: Bekiri 90 dəqiqədə oyuna nəzarət etdik

Futbol
Dünən, 22:44

Çelsi hücumçusu Joao Pedro bir neçə həftə yaralanma səbəbindən meydanlardan kənar qalacaq

Futbol
Dünən, 22:40

Şəfa Baku Arena’da ev oyunlarını yenidən keçirə bilər

Futbol
Dünən, 22:28

Real Madrid Liverpulun yarımmüdafiəçisi Aleksis Mak Allisteri transfer etmək istəyir

Futbol
Dünən, 22:09

Barselona yayda Harri Keyni transfer etmək istəsə də, Bavariya ilə yeni razılaşmaya gedir

Futbol
Dünən, 21:56

Betis İkardi 'La Liga'da Qəbulu Üçün Hərəkətə Keçdi

Futbol
Dünən, 21:49

Fənərbağça İsmail Kartalın təhvilinə dair yeni iddialar

Futbol
Dünən, 21:47

İsmayıl Kartalla ilə Fənərbağça müqavilə bitdi

Oxşar xəbərlər