top
Ədalət Ələkbərov: Araz-Naxçıvan Çempionlar Liqasında növbəti mərhələyə yüksəlmək üçün əlindən gələni edəcək Idman.biz
29 avqust 2025, 13:30
- +

Ədalət Ələkbərov: "Araz-Naxçıvan" Çempionlar Liqasında növbəti mərhələyə yüksəlmək üçün əlindən gələni edəcək

"Rəqibin kimliyindən asılı olmayaraq oyunlara ciddi hazırlaşır, məsuliyyətlə yanaşırıq. Çünki bura gələndə qarşımıza konkret tapşırıq qoyulub".

İdman.biz xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın heyətində Çempionlar Liqasında ilk dəfə çıxış edən Ədalət Ələkbərov Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.

Gənc futzalçı bildirib ki, "Araz-Naxçıvan" növbəti mərhələyə yüksəlməlidir: "Bunun üçün də yaxşı hazırlıq keçmişik. Artıq iki oyunda maksimum xal toplamışıq. Hər iki görüş məhsuldar olub".

Ədalət Ələkbərov debüt etdiyi Çempionlar Liqasının ab-havasından da danışıb: "Komandanın ən gənc üzvlərindən biriyəm. Baş məşqçimiz daim nəzarətdə saxlayır. Hər iki oyunda şans verib. Bu cür yarışlarda qazanılan təcrübə əvəzsizdir. Çalışıram bu şansdan həm komandamın xeyrinə, həm də öz inkişafım üçün istifadə edim. Komandanın dəstəyini hiss edirəm, bu da gənc futzalçı üçün əvəzolunmaz stimuldur".

O, son oyuna da ciddi hazırlaşdıqlarını və qələbə qazanmaq üçün mübarizə aparacaqlarını vurğulayıb: "Hazırda turnir cədvəlində liderik. Sabahkı oyundakı rəqibimiz də bizimlə eyni sayda xal toplayıb. Düzdür, bizi heç-heçə də qane edəcək. Ancaq qələbə qazanıb, qarşıya qoyulan məqsədə çatmaq üçün əlimizdən gələni edəcəyik. Meydan amili, azarkeş dəstəyi onların tərəfində olacaq. Ancaq Bakıda həm fiziki, həm də taktiki-texniki planda yaxşı məşqlər keçirdik. Onun bəhrəsini arxada qalan 2 oyunda gördük".

Qeyd edək ki, UEFA Çempionlar Liqasında çıxış edən "Araz-Naxçıvan" arxada qalan 2 oyunda maksimum xal toplayaraq turnir cədvəlinə başçılıq edir. Təmsilçimiz sabah Avstriya çempionu "Ljuti Krajişnici" klubu ilə gücünü sınayacaq. Bu görüşdə "qırmızı-ağlar"ı heç-heçə də qane edir.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Dünən, 12:27

2026-cı ilin yay transfer pəncərəsi: Milyardlarla dolu, Premyer Liqa liderliyi və yeni coğrafiyalar

Futbol
Dünən, 12:20

Al‑Ittihad və Diriyah klubları Aston Villa ulduzu Leon Bailey‑ni transfer etmək istəyir

Digər
Dünən, 12:15

Şamaxıda karpfişinq üzrə Azərbaycan çempionatı 4‑6 sentyabr tarixində keçiriləcək

Futbol
Dünən, 12:03

Tyerri Anri: Barkola sürəti ilə ciddi silaha çevrilə bilər

Futbol
Dünən, 12:00

Samir Əliyev: Komandaların real gücünü dəyərləndirmək üçün ən azı 7-8 oyun tələb olunur

Futbol
Dünən, 11:40

Everton Jordan Tezeni Monakoya köçürə bilməyəcək

Futbol
Dünən, 11:39

“Sabahın Ulduzları” U-14 Bakı Kubokunda səkkizinci turu 4:1 hesabı ilə tamamladı

Futbol
Dünən, 11:20

Manchester United müdafiəsini gücləndirmək üçün addımlar atır

Futbol
Dünən, 11:10

Aqil Nəsibov “Şəfa”dan ayrıldı, “Şahдаğ Qusar”a yarımmüdafiəçi kimi qatıldı

Futbol
Dünən, 11:00

Karvan‑Yevlax yeni yarımmüdafiəçi ilə müqavilə imzaladı

Futbol
Dünən, 10:41

İkinci Liqada birinci turun son üç matçı bu gün 17:00‑da keçiriləcək

Futbol
Dünən, 10:40

Arsenal, Martin Subimendi'nin Çelseyə keçməsinə “yox” dedi

Futbol
Dünən, 10:20

Liverpool, Chelsea müdafiəçisini icarəyə götürmək istədi, razılaşma əldə olunmadı

Digər
Dünən, 10:14

Avarçəkmə və kanoe çempionatının ilk günü qalibləri müəyyənləşdirildi

Futbol
Dünən, 10:00

Zirə klubu Portuqaliyaya 150 min avro dəyərində transfer planlaşdırır

Digər
Dünən, 09:50

Bakıda Aquatic Palace Mini Su Polosu Festivalı keçirilib: 10 komanda yarışdı

Futbol
Dünən, 09:40

Dani Sebalyos Realdan ayrıldı, Betisə imza atdı

Futbol
Dünən, 09:23

Messi Argentina milli komandası rekordlarını ikiqat artırdı

Futbol
Dünən, 09:23

“Baku Sportinq”dən “Karvan-Yevlax”a İlkin Muradov qoşuldu

Futbol
Dünən, 09:20

Harvi Elliott "Liverpul"dan Valensiyaya keçdi

Futbol
Dünən, 09:08

Barselona iki futbolçusunun Antverpenə və Venesiya’ya keçidi açıqlanıb

Futbol
Dünən, 08:40

Botafogo, Mateus Martinsın transferi üzrə Moskva Dinamo’ya məhkəmə iddiası qaldırır

Futbol
Dünən, 08:20

Avropanın aparıcı liqalarında yay transfer pəncərəsi bağlandı

Futbol
Dünən, 08:00

Manchester City, Enzo Fernández’in 145 milyon avroluq transferini həyata keçirdi

Oxşar xəbərlər