top
Araz-Naxçıvanın qapıçısı Rövşən Hüseynli Çempionlar Liqasındakı çıxışı dəyərləndirib Idman.biz
04 noyabr 2025, 13:17
- ↺ +

"Araz-Naxçıvan"ın qapıçısı Rövşən Hüseynli Çempionlar Liqasındakı çıxışı dəyərləndirib

"Araz-Naxçıvan"ın üzvləri UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinə vəsiqə qazanacaqlarını inanırdı.

Naxçıvan klubunun qapıçısı Rövşən Hüseynli turnirin əsas mərhələsində keçirdikləri oyunları dəyərləndirib:

"Artıq bir mərhələni də yaxşı nəticə ilə tamamladıq. Növbədə 1/8 finaldır. Hələ əsas mərhələdə rəqiblər bilinəndə komandada özünəinam var idi. 1/8 finala vəsiqə qazanacağımıza inanırdıq və bunu bacardıq. Oyunlar, təqvim ağır, rəqiblər güclü idi. İlk görüşü ev sahibinə qarşı keçirdik. Rumıniyaya bir qədər gec çatdığımız üçün az istirahət etmişdik. Buna baxmayaraq, qələbə qazandıq. Digər rəqib Lüksemburq təmsilçisinin oyun üslubu fərqli idi. Heyətlərində legionerlərin yer almasına baxmayaraq, qrup sonuncusu oldular. Onları rahat məğlub edə biləcəyimiz düşünülürdü. Lakin ilk oyunda çox güc itirmişdik deyə, matç ağır keçdi. Sonda mübarizliyimiz və komanda ruhu 2:2 hesablı bərabərliyi gətirdi. Ümumilikdə isə biz daha üstün oynamışdıq", - deyə "Report"a açıqlamasında deyib.

Qolkiper Niderland klubu ilə həlledici görüş barədə də danışıb: "Sonuncu matç Niderland çempionuna qarşı idi. Gözəl oyun göstərirdilər, ev sahiblərini böyük hesabla məğlub etmişdilər. Oyuna istədiyimiz kimi başlasaq da, sonra hesabda geriyə düşdük. Buna baxmayaraq, sona qədər mübarizə apardıq. Bilirsiniz ki, ölkə çempionatında işlərimiz o qədər də yaxşı getmir. Lakin məqsədimiz UEFA Çempionlar Liqasında 1/8 finala yüksəlmək idi. Hazırlıqlar, baş məşqçinin tapşırıqları və komanda ruhu sayəsində son saniyələrdə qol vurub istəyimizə nail olduq".

R.Hüseynli 1/8 finalda bütün rəqiblərin güclü olduğunu söyləyib: "Qısa müddət istirahət edəcəyik. Noyabrın 6-da keçiriləcək püşkatmanın nəticəsini gözləyəcəyik. Turnirdə ilk dəfə belə reqlament olacaq. Əvvəllər qrup mərhələsi idi, indi komandalar 1/8 finalda mübarizə aparırlar. Tarix yazmağı bacardıq və bunun davamını gətirmək istəyirik. Növbəti mərhələ barədə indidən nəsə demək çox tezdir. Rəqib bəlli deyil, heyətdə cəzalı və zədəli oyunçularımız var. İstənilən halda yaxşı hazırlaşmalı və uğurlu nəticələrin davamını gətirməliyik".

Qeyd edək ki, "Araz-Naxçıvan" UEFA Çempionlar Liqasının əsas mərhələsində "Yunayted Qalati" (Rumıniya), "Differdanje 03" (Lüksemburq) və Tigers Roermond (Niderland) klubları ilə birlikdə yer aldığı VII qrupu lider başa vuraraq 1/8 finala vəsiqə qazanıb. Bu qrupun oyunları Rumıniyada təşkil olunub.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:20

Mançester Yunayted azarkeşləri Roma oyununda etiraz aksiyası keçirdi

Digər
Bu gün, 11:14

Fərid Qayıbov: “İdmanda davamlı uğurları və infrastrukturu gücləndirməyi məqsəd qoyuruq”

Voleybol
Bu gün, 11:05

AZERRAIL və Ordu komandaları arasında kişi voleybolu Super Liqası üçüncü turu dueli

Qarabağ FK
Bu gün, 11:00

«Qarabağ»ın səviyyəli oyunçusu Aleksey Kaşuk ukrayna millisinə ilk dəfə dəvət olunub

Voleybol
Bu gün, 10:59

CEV Turan'ı Azərbaycanın ən uğurlu voleybol klubları ilə müqayisə etdi

Qarabağ FK
Bu gün, 10:44

Qarabağ hücumçusu Kaşuk ilk dəfə Ukrayna milli komandasına çağırıldı

Futbol
Bu gün, 10:28

Əşrəf Hakimi: Messi gəlməsi oyun stilimi dəyişdi, zövq ala bilmədim

Minifutbol
Bu gün, 10:07

İtalyan hakimlər komandası Azərbaycan‑Çexiya futsal matçını idarə edəcək

Futbol
Bu gün, 10:02

Maykl Karrik, Şi Leysin çıxışını tərifləyir: “Meydanda hamını ruhlandırdı”

Voleybol
Bu gün, 10:00

Turan Tovuzun Voleybol Qələbəsi Avropada, Futbol Takımının Gözləmələri

Futbol
Bu gün, 09:58

UEFA Avropa Liqası: Renn evində Olimpiakosla qarşılaşacaq

Futbol
Bu gün, 09:49

Luis Enrike PSJ-də 127 qələbə ilə ən çox qələbə qazanan məşqçi oldu

Qarabağ FK
Bu gün, 09:47

UEFA Gənclər Liqası: Sabah və Qarabağ U-19 komandaları bu gün Norveç və Xorvatiyada qarşılaşacaqlar;

Futbol
Bu gün, 09:43

UEFA Çempionlar Liqası: Real, Fənərbağça və Manchester City qarşılaşacaq

Futbol
Bu gün, 09:40

Qalatasaray rəhbərliyi rusiyalı futbolçunun müqaviləsində 55M avrolu sərbəst qalma bəndini dəyişdirmək istədi

Futbol
Bu gün, 09:23

‘Sabah’ futbolu ‘Vikinq’in qonağına çıxacaq

Basketbol
Bu gün, 09:22

LANDAU Lions, FIBA Avropa Kubokunda Benfika ilə Qarşılaşacaq

Futbol
Bu gün, 09:20

Karlos Visens Barcelona üçün yeni baş məşqçi ola bilər

Futbol
Bu gün, 09:08

Mourinyo Real Madridin Yunanıstandakı 1/8 qalibiyyətini açıq şəkildə qeyd etdi

Basketbol
Bu gün, 09:07

«Neftçi» basketbol komandası FIBA Avropa Kubokunda beşinci oyununu Plovdivda Lokomotiv (Bulgariya) ilə oynayacaq

Futbol
Bu gün, 09:00

ÇL: "Sabah" "Vikinq"də qonaq olacaq

Futbol
Bu gün, 08:40

Skott Parker, Vest Hem-in yeni baş məşqçisi oldu

Futbol
Bu gün, 08:05

"İnter" Ikardi üçün transfer planında deyil - Marotta açıqlaması

Futbol
Bu gün, 08:00

İngiltərə klubu Said El-Malanı və qardaşı Malek El-Malanı transfer etmək istəyir

Oxşar xəbərlər