top
Araz-Naxçıvanın kapitanı Benfika ilə oyundan danışdı: Mübarizə aparacağıq Idman.biz
06 noyabr 2025, 21:16
- ↺ +

"Araz-Naxçıvan"ın kapitanı "Benfika" ilə oyundan danışdı: "Mübarizə aparacağıq"

Futzal üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində "Araz-Naxçıvan"ın qarşılaşacağı rəqib çox güclüdür.

İdman.Biz bildirir ki, bu barədə Naxçıvan təmsilçisinin kapitanı Emin Kürdov Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.

O, 11 ildən sonra 1/8 finala vəsiqə qazanmalarının önəmini qeyd edib:

"11 ildən sonra bu mərhələyə vəsiqə qazandıq. Bu dəfə yarış fərqli formatda keçiriləcək. İndi elit-raund deyil, 1/8 final mərhələsi tətbiq olunur. Səbətdə yer alan komandalar arasında zəif iştirakçı yox idi, buna görə də çətin olacağını bilirdik. Ancaq püşk üzümüzə gülsəydi, hazırkı rəqibimizlə müqayisədə nisbətən zəif komanda ilə qarşılaşmaq da mümkün idi".

Kürdov "Benfika"nın güclü rəqib olduğunu etiraf etsə də, komandasının mübarizə aparacağını bildirib:

"Bu dəfə reytinq cədvəlinin ikinci pilləsində qərarlaşan "Benfika" ilə üz-üzə gələcəyik. Heyətlərində keyfiyyətli, güclü futzalçılar yer alıb. Buna baxmayaraq, biz mübarizə aparacağıq. Təəssüf ki, heyətimiz tam optimal deyil. Əsas mərhələdən sonra iki futzalçımız cəzalı duruma düşüb, bir oyunçumuz isə Rumıniyadakı qarşılaşmalarda zədələnib".

Futzalçı ev oyununda azarkeş dəstəyinə güvəndiklərini də vurğulayıb:

"Oyuna hazırlaşacağıq, məşqçilər korpusunun da təlimatlarını alacağıq. Evdə oynadığımıza görə, azarkeşlərin arenaya gələcəklərinə və nəticədən asılı olmayaraq komandamıza dəstək olacaqlarına inanırıq. Noyabrın 24-dək vaxtımız var və bu müddətdən maksimum istifadə etməyə çalışacağıq".

Qeyd edək ki, "Araz-Naxçıvan" UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində Portuqaliyanın "Benfika" klubu ilə qarşılaşacaq. Komanda 1/4 finala vəsiqə qazanacağı təqdirdə isə AEK (Yunanıstan) – "Sportinq" (Portuqaliya) cütünün qalibi ilə üz-üzə gələcək. Komandalar arasında 1/8 finalın ilk görüşü noyabrın 24-də Bakıda, cavab matçı isə dekabrın 5-də rəqib meydanında keçiriləcək.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər