top
“Araz-Naxçıvan”ı nə gözləyir? İdman.biz
10 may 2024, 15:12
- ↺ +

“Araz-Naxçıvan”ı nə gözləyir?

Azərbaycan çempionu "Araz-Naxçıvan"ın da iştirak edəcəyi futzal üzrə Çempionlar Liqasının 2024/25 mövsümünün formatı və oyun günləri bəlli olub.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti açıqlayıb.

"Dördlər final"ına gedən yol ilkin, əsas və elit raunddan keçəcək.

Reytinq cədvəlində ilk "dördlükdə" qərarlaşan ölkələrin (Portuqaliya, İspaniya, Qazaxıstan və Xorvatiya) hər biri 2, digər federasiyalar 1 klubla (Rusiya ümumiyyətlə yarışda təmsil olunmayacaq) təmsil olunacaq.

Çempionlar Liqasının son qalibi "Palma" (İspaniya) və reytinq cədvəlinin 1-11 və 16-19-cu pillələrində yer alan klublar əsas mərhələnin A, digərləri isə B yolunda mübarizə aparacaqlar.

İlkin mərhələdə reytinq cədvəlinin aşağı pillələrində yer alan komandalar mübarizə aparacaq. İştirakçılar hər birində 4 klub olmaqla (saydan asılı olaraq 3 də ola bilər) qruplara bölünəcəklər. Püşkatma vaxtı oyunların keçiriləcəyi ölkə də müəyyənləşəcək. Buradan qrup qalibləri və saydan asılı olaraq bir və ya bir neçə ən yaxşı göstəriciyə malik ikinci pilləni tutan kollektiv əsas mərhələyə vəsiqə qazanacaq.

Əsas mərhələ oktyabrın 22-27-də keçiriləcək. A yolunda 16 klub mübarizə aparacaq. Hər qrupda 4 komanda olacaq, onlardan 3-ü elit-raunda vəsiqə qazanacaq.

B yolunda isə reytinq cədvəlində 12-15 və 20-ci sıra ilə sonrakı pillələrdə yer alan bir neçə komanda, eləcə də ilkin mərhələdən əsas mərhələyə yüksələcək kollektivlər yer alacaq. Ümumilikdə 16 komanda olacaq və onlar da hər birində 4 klub olmaqla 4 qrupa bölünəcəklər. Buradan isə ancaq qrup qalibləri elit-raunda yüksələcək.

Elit-raund noyabrın 26-dan dekabrın 1-dək keçiriləcək. Burada ümumilikdə 16 komanda iştirak edəcək. Oktyabrın 31-də qruplar müəyyənləşəcək. Yekunda 4 qrup qalibi "Dördlər finalı"nda oynamaq hüququ qazanacaq. Final mərhələsi isə mayda keçiriləcək. Əvvəlcə yarımfinal matçları baş tutacaq. Qaliblər finalda, məğlublar isə bürünc medal uğrunda yarışacaqlar.

Oyun günləri və püşkatma tarixləri:
İlkin və əsas mərhələnin püşkü: 4 iyul
İlkin mərhələnin oyun günləri: 20-25 avqust
Əsas mərhələnin oyun günləri: 22-27 oktyabr
Elit raundun püşkatması: 31 oktyabr
Elit raundun oyun günləri: 26 noyabr – 1 dekabr
Final mərhələsinin püşkü: Hələ müəyyənləşməyib
Final mərhələsinin oyun günləri: 1 və ya 2 – 3 və ya 4 may

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 08:00

Dortmundun əsas sponsoru Rheinmetall ilə əməkdaşlığı dayandırıldı

Futbol
Bu gün, 07:09

“Atletiko”nun 11-ci forma rəqəmi Lukmanda da gözlənilən məhsuldarlığı verə bilmir

Futbol
Bu gün, 06:13

Real Madrid 18 yaşlı braziliyalı müdafiəçi Vitaonu transfer etmək istəyir

Futbol
Bu gün, 05:21

“Arsenal”ın 16 yaşlı ulduzu Maks Dauman İngiltərə U‑21‑də rekord qırdı

Futbol
Bu gün, 04:12

Şirer “Arsenal”ın əsas rəqibi “Brayton” olduğunu bildirdi

Futbol
Bu gün, 04:08

Azərbaycan milli komandası D Liqasının qrupunu lider olaraq başa çatdırdı

Futbol
Bu gün, 03:24

Azərbaycanda milli komanda Liechtensteinə 1:0 qalib gəldi

Futbol
Bu gün, 03:18

Andorra qapıçısı Xesus Ovono, futbolçu ölümünə səbəb olan toqquşma üçün 12 oyunluq diskvalifikasiya aldı

Futbol
Bu gün, 02:53

Ayxan Abbasov: "Bu qələbədə hücumda kəsərli deyilik"

Futbol
Bu gün, 02:34

“Mançester Yunayted” rəhbərliyi məşqçi seçimi səhvlərini etiraf edib, yeni seçimləri müzakirə edir

Futbol
Bu gün, 01:49

Mbappə zədədən sonra Fransa milli komandası məşqlərinə geri döndü

Futbol
Bu gün, 01:42

Niderland 7-0 Yunanıstanı məğlub etdi, Almaniya Serbiya ilə 3-1 qazandı – Qırmızı vərəqələr

Qarabağ FK
Bu gün, 01:06

Qarabağın futbolçusu Bruno Lanqa 90 dəqiqə oynadı, Mozambik evdə 1:0 məğlubiyyətə uğradı

Futbol
Bu gün, 00:41

İspaniya 2030 Dünya Çempionatı finalını ölkədə saxlamaq istəyir

Futbol
Bu gün, 00:16

Bernardu Silva Kriştianu Ronaldunun milli komandadakı son dönəmi və kapitanlıq məsuliyyəti haqqında danışdı

Digər
Dünən, 23:42

Azarkeşlərin etirazı nəticəsində "Borussiya Dortmund" "Rheinmetall" ilə sponsorluq müqaviləsini uzatmamaq qərarına gəlib

Futbol
Dünən, 23:31

Makron Arsen Vengerin FIFA prezidentliyinə dəstək verir

Basketbol
Dünən, 23:24

"Sabah"ın Cerri Bleyks FIBA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu seçildi

Futbol
Dünən, 23:14

Denzel Dumfris Real Madrid‑də əsas heyətdəki yerini itirdi

Futbol
Dünən, 22:31

Messi 2027-ci ildə Argentina’da River Pleytdə rəqibini görəcək

Futbol
Dünən, 22:17

Pochettino Manchester Unitedə keçidini danışarkən göz yaşlarını saxlamadı

Futbol
Dünən, 21:56

De Zerbi "Tottenhem"i sonuncu pillədən xilas etdiyi oktyabr ayından sonra Premyer Liqanın ən yaxşı məşqçisi seçildi

Futbol
Dünən, 21:43

Azərbaycanın 21 yaşadək futbol millisi noyabrın 14 və 17-də Omana qarşı iki yoxlama oyunu keçirəcək

Boks
Dünən, 21:42

Anar Məmmədov Superlek'i ilk raundda nokautla məğlub etdi

Oxşar xəbərlər