AFFA-nın təşkilatçılığı ilə futzal üzrə seleksiya məşqləri keçiriləcək.
\"Report\" xəbər verir ki, bu barədə milli assosiasiyanın mətbuat xidməti məlumat yayıb.
Məşqlər sentyabrın 24-26-da \"Olimpik Star\" İdman Kompleksində təşkil olunacaq.
Saat 14:00-da start götürəcək və iki saat davam edəcək seçim prosesinə 2008-2010 il təvəllüdlü şəxslər qatıla bilərlər.