Misli Premyer Liqasının 2025/2026 mövsümünün V turunda "Kəpəz"lə matç "Qəbələ"nin futbolçusu Ziya Şəkərxanov üçün əlamətdar olub.
"Report" bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, "Qəbələ" akademiyasının yetirməsi olan 18 yaşlı futbolçu Premyer Liqada debütünü rəsmiləşdirib.
Beləliklə, bu mövsüm "Qəbələ"nin heyətində Premyer Liqada debüt edən futbolçuların sayı 4-ə çatıb. Buna qədər Fərid İsgəndərov, Nuğay Rəşidov və Süleyman Damadayev də elitada ilk oyunlarını keçiriblər.
"Qəbələ" klubu Misli Premyer Liqası Azərbaycan futbolu