top
Zirənin yeni transferi Eren Aydın: Müharibə, transfer və gələcək planlar Idman.biz
21 fevral 2026, 12:00
- ↺ +

"Zirə"nin yeni transferi Eren Aydın: Müharibə, transfer və gələcək planlar

"Həqiqətən burada olduğum müddətdə əlimdən gələni edəcəyəm. Sonra necə olacağını birlikdə görəcəyik".

Bunu "Zirə"nin yeni transferi Eren Aydın sport24.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- Misli Premyer Liqasının 21-ci turunda "Turan Tovuz"a uduzdunuz. Bu nəticəyə səbəb nə oldu?

- ⁠Qələbə qazanmaq istəyirdik. Təəssüflər olsun ki, 0:2 hesabı ilə məğlub olduq. Düşünürəm ki, erkən qollar buraxdıq. İkinci hissədə yaxşı oyun sərgilədik. Qol epizodlarımız da oldu. Amma yararlana bilmədik. Növbəti qarşılaşmalarda əlimizdən gələni edərək qələbə qazanmaq istəyirik.

- "Zirə"yə keçidinizlə bağlı nə deyə bilərsiniz? Transfer necə baş tutdu?

- ⁠Bu komandaya transferim bir gündə gerçəkləşdi. Buraya gəldiyim üçün çox xoşbəxtəm. Dörd aylıq müqaviləm var. Bu müddət ərzində əlimdən gələni edəcəyəm və yaxşı performans göstərməyə çalışacağam.

- "Veres" klubundan Ukraynadakı müharibəyə görə ayrıldınız?

- ⁠Orda həyatı təhlükəm yüksək idi. Elektrik kəsintisi ilə həyatıma davam edirdim. Ayrılmaq üçün klubdan icazə istədim. Onlar da bütün transferlərimə mane oldular. Portuqaliya və Türkiyə Super Liqasından təkliflərim var idi. Mən də həyatı təhlükəm olduğunu anladım. Bu səbəbdən oradan ayrıldım. Sonra hər yerdə tranafer dönəmi bağlı idi. "Zirə" mənə sahib çıxdı. Mənə inandılar. Burada əlimdən gələni edəcəyəm.

- Dörd aylıq sözləşməniz var. Özünü göstərərək müqavilənin müddətini artırmaq istəyərsinizmi?

- ⁠Həqiqətən burada olduğum müddətdə əlimdən gələni edəcəyəm. Sonra necə olacağını birlikdə görəcəyik. Hər şey ola bilər. Burada qala bilərəm. Bəlkə daha yaxşı yerlərə gedəcəyəm. Bunu mövsümün sonunda görəcəyik.

- Son vaxtlar Azərbaycanda türkiyəli futbolçuları az görürük. Ölkəmizdə oynayan türkiyəli futbolçular haqqında məlumatınız var?

- ⁠Türk futbolçuları bilmirəm. Azərbaycanlı 2-3 dostumun daha əvvəl bu çempionatda oynadığını bilirəm. Məsələ, Vüsal İsgəndərliyini tanıyıram.

- Məsələn, Oktay Dərəlioğlu, Ahmet Dursun daha əvvəl ölkəmizdə çıxış ediblər.
- ⁠Onu bilirəm. Keçmişdə oynayıblar. Mənim o vaxtlar üçün yaşım azdır (gülür).

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 10:20

Manchester United 73‑illik antirekordu təkrarladı

Futbol
Bu gün, 10:11

Messi'nin Florida həyat tərzi: Fort Lauderdale'də 10,75M dollarlıq villa və ailə həyatı

Futbol
Bu gün, 10:06

40 yaşlı Vozinya Çili çempionatında həlledici seyvi ilə qalib gəldi

Qarabağ FK
Bu gün, 10:00

“Neftçi – Kəpəz” matçı turun ən çox izlənən qarşılaşması oldu

Digər
Bu gün, 09:46

İkiqat Olimpiya çempionu evindəki yanğın nəticəsində yanıq xəsarətləri aldı

Futbol
Bu gün, 09:40

Ronald Arauxo hələ gələcəyinə qərar vermədi

Futbol
Bu gün, 09:33

Mançester Yunayted, 2027 yay transferi üçün Murilloni araşdırır

Futbol
Bu gün, 09:33

Şamaxı futbolçusu Uğur Cahangirov müdafiə problemlərini vurğuladı

Minifutbol
Bu gün, 09:20

İspaniya "Futsal Finalissima" turnirində Braziliyanı 3:0 məğlub edərək qalib gəldi

Futbol
Bu gün, 09:00

Pyer Saj bu mövsümdə Premyer Liqada istefaya göndərilən ilk baş məşqçi ola bilər

Futbol
Bu gün, 08:40

Manuel Noyer ən azı ilin sonuna qədər meydandan uzaq qalacaq

Boks
Bu gün, 08:35

Gülər Hüseynova Dakar-2026 Yeniyetmələr Olimpiya Oyunlarının 1/4 finalında Panama boksçusuyla üz-üzə gələcək

Futbol
Bu gün, 08:20

Bayern prezidenti Uli Hönes: Musialanın xəstəliyi tam sağala bilməyəcək

Futbol
Bu gün, 08:00

Sassuolo baş məşqçisi Alberto Aquilani vəzifəsindən ayrıldı

Futbol
Bu gün, 06:33

“Manchester United”un möhtəşəm dönüşü Carrickin gələcəyini dəyişə bilər

Futbol
Bu gün, 05:27

Zidane, Qızıl topun həqiqi sahibi Mbappe olduğunu bildirib

Formula 1
Bu gün, 05:21

Hamilton Leclerc ilə gərginliyi aradan qaldıran görüşün detallarını açıqladı

Futbol
Bu gün, 03:38

Ağadadaş Salyanski: Milli komanda dəvəti gözləyirdim – Müsahibə

Formula 1
Bu gün, 02:45

Neymar Formula-1 yarışında San-Paulu Grand Prix-də diqqət mərkəzinə girdi

Futbol
Bu gün, 02:23

Barselona La Liqada 2-1 qələbə qazanaraq Atletico'yi məğlub etdi;

Futbol
Bu gün, 02:23

Manchester United və digər Premier Liqa klubları Vitor Rokenin transferinə maraqlanır

Futbol
Bu gün, 02:03

“Qalatasaray”ın məşhur futbolçusu Cevad Prekazi vəfat edib

Futbol
Bu gün, 01:41

Kivu: Qələbədən sonra futbolçulara daha çox səy göstərmələri üçün xəbərdarlıq edir

Olimpiada
Bu gün, 01:29

Azərbaycanlı sprinter Şuvayev 100 metr finalında yerini tutdu

Oxşar xəbərlər