top
Zirənin vitse-çempionluğu, illərlə davam edən gümüş uğrunda mübarizə - TARİXƏ NƏZƏR Idman.biz
03 may 2025, 13:03
- ↺ +

"Zirə"nin vitse-çempionluğu, illərlə davam edən gümüş uğrunda mübarizə - TARİXƏ NƏZƏR

Misli Premyer Liqasının gümüş medalını təmin edən "Zirə" tarixində 3-cü dəfə bu mükafata sahib çıxıb.

İdman.biz xəbər verir ki, Bakı klubu 2015/16 və 2023/24 mövsümlərini də 2-ci pillədə başa vurub.

Üçüncü üçqat vitse-çempion

Hesabında üç ikincilik olan qəsəbə təmsilçisi gümüş medalların sayında "Xəzər Lənkəran" və "İnter"ə (indiki "Şamaxı") çatıb. Lənkəran təmsilçisi 2004/05, 2010/11 və 2011/12 illərdə vitse-çempion olub. Bakı klubu isə 2009/10, 2013/14 və 2014/15 mövsümlərinin gümüşünə sahib çıxıb.

Biri tək, ikisi ardıcıl

Maraqlıdır ki, üç dəfə 2-ci yeri tutan komandaların hamısında eyni mənzərə müşahidə olunub. Hər üç komanda ikinci və üçüncü gümüşləri ardıcıl mövsümlərdə əldə edib. "İnter" ilk gümüşdən sonra növbəti eyni əyarlı medalı 4 il gözləyib. Cənublular 6 ildən sonra gümüş seriyasına başlayıb. "Zirə"yə daha çox – 8 il lazım gəlib.

"Zirə" və "Xəzər Lənkəran" ikincidirsə...

Daha bir diqqət çəkən məqam isə "Xəzər Lənkəran"la "Zirə"ni birləşdirir. Cənublular gümüş qazandığı bütün illərdə çempionluq "Neftçi"nin olub. "Qartallar" isə ikinci olanda "Qarabağ"dan geri qalıb.

"Neftçi"nin gümüş rekordu

Ümumiyyətlə isə vitse-çempionluq 15 komandaya nəsib olub. Gümüş sayında bu "üçlük" yalnız "Neftçi" və "Qarabağ"dan geri qalır. "Ağ-qaralar" 5, ağdamlılar 4 dəfə vitse-çempion adını qazanıb. Bu 5 klubdan başqa "Şəmkir", "Qəbələ", Sumqayıt "Xəzər"i və "Bakı" 2, "Kəpəz", "Turan", "Xəzri", "Karvan", AZAL və "Sabah" 1 dəfə ikinci yerlə kifayətlənib.

Altı gümüşü seriya

"Zirə"nin də "Xəzər Lənkəran" və "İnter" kimi gümüş seriyaya malik olduğunu qeyd etdik. Amma bunu bacaran digər klublar da olub. Daha üç klub ardıcıl vitse-çempion adını qazanıb. İlk belə hadisə 1992 və 1993-cü illərə təsadüf edib. Həmin vaxt Sumqayıt "Xəzər"i ardıcıl iki dəfə ikinci olub. "Qəbələ" 2016/17 və 2017/18, "Neftçi" 2018/19 və 2019/20 mövsümlərində gümüşləri sıralayıb.

Dəyişməz cütlük

Daha bir məqam diqqət çəkir ki, gümüş mükafatçı dəyişməz qalanda çempion da adətən eyni komanda olur.

Yalnız Sumqayıt "Xəzər"inin iki dəfə vitse-çempion olduğu illərdə qızılın sahibləri fərqli olub – öncə "Neftçi", sonra "Qarabağ". Digər 5 halda isə 1-ci və 2-ci yerlərin sahibləri dəyişməz qalıb. 2010/11 və 2011/12 mövsümlərində "Neftçi" ilə "Xəzər Lənkəran" zirvədəki ilk iki yeri heç kimə bağışlamayıb. Sonrakı 4 oxşar seriyanın hamısında çempionluq "Qarabağ"ın olub. "İnter" c, "Qəbələ" 2016/17 və 2017/18, "Neftçi" 2018/19 və 2019/20, "Zirə" 2023/24 və 2024/25 mövsümlərində çempionun ən yaxın izləyici mövqeyində iki il duruş gətirib.

Tarix təkrarlanmayacaq

Premyer Liqanın tarixində unikal bir hadisə də yaşanıb. 2013/14 və 2014/15 mövsümlərində nəinki qızılla gümüş, hətta bürünc də sahibini dəyişməyib. "Qarabağ" iki qızıl, "İnter" gümüş, "Qəbələ" bürüncləri sıralayıb. Həmin tarix bu il təkrarlanmayacaq. Çünki ötən mövsümün bürünc mükafatçısı "Sabah" artıq 3-cü yerdən əlini rəsmən üzüb.

Qeyd edək ki, "Zirə" XXXIII turun "Turan Tovuz" üzərindəki 1:0 hesablı qələbə ilə xallarını 67-yə çatdırıb və vitse-çempionluğu təmin edib.

Vüqar Xeyrullayev
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 10:20

Bavariya Atleti­ko ilə oyunu buraxa bilər: Olise zədəsi

Futbol
Bu gün, 10:13

Liverpool sol cinahı gücləndirmək üçün beş namizədin transferini düşünür

Futbol
Bu gün, 10:00

Akinyemi: Neftçi çempionluğa hədəflənir, inamımız böyükdür

Futbol
Bu gün, 09:58

Balakən futbol klubu yenilənən stadionu tamamlamış – video

Futbol
Bu gün, 09:42

Cud Bellinqem Realda 50-ci qolu ilə rekordu qırdı

Futbol
Bu gün, 09:40

Kristal Pelas hücumçusu müqavilə uzadıla bilmədi

Futbol
Bu gün, 09:23

Arsenal'dan qovulan Harry Keyn Qızıl Topu qazandı

Futbol
Bu gün, 09:20

Hakerlər Corinthians saytını hücum etdilər, Lionel Messi transfer iddiası yayımladı

Olimpiada
Bu gün, 09:13

Məryəm Cavadova 100m sərbəst üzmə yarışına Dakar-2026-da başlayır

Futbol
Bu gün, 09:00

Sumqayıt "Şəfa" ilə qarşılaşacaq

Futbol
Bu gün, 08:43

150 milyon avro təklifinə baxmayaraq, Unai Simonun sadiqliyi

Futbol
Bu gün, 08:40

Tottenham qış transfer dövründə fransalı hücumçunu Krouppini komandaya qatmaq istəyir

Futbol
Bu gün, 08:28

Mançester Yunaytedin baş məşqçi vəzifəsi üçün namizədlər açıqlanıb

Futbol
Bu gün, 08:20

Paulo Fonseka “Sportinq” klubunun baş məşqçisinə təyin edildi

Futbol
Bu gün, 08:05

Raul Albiol UEFA B məşqçi lisenziyası alaraq məşqçiliyə başladı

Futbol
Bu gün, 07:50

Ten Haq yenidən Ronalduyu tənqid etdi: Son 7‑8 ildə nəticə vermir

Futbol
Bu gün, 06:43

“Udineze”də baş məşqçi Kosta Runyayç istefa etdi, yeni məşqçi namizədi Paolo Zanetti

Futbol
Bu gün, 05:37

"Sportinq" futbol klubunun baş məşqçisinin vəzifəsindən çıxarılması azarkeşlərin ağ bayraqlı etirazı nəticəsində

Futbol
Bu gün, 03:21

İstanbulda “Fənərbağça” azarkeş lideri Cem Gölbaşına qarşı silahlı hücum planı aşkar edildi, beş nəfər həbs edildi

Formula 1
Bu gün, 02:33

Ferstappen qalib gəldi, Antonelli isə dünya çempionluğunu qazandı

Futbol
Bu gün, 01:35

Valdas Dambrauskas “Sabah” komandasını tərk edib “Fənərbağça” klubuna baş məşqçi ola bilər

Cüdo
Bu gün, 01:18

İbrahim Talıbov, Dakarda Azərbaycan üçün ilk qızıl medal qazandı

Futbol
Bu gün, 01:06

Unay Emeri, Barselona qarşısında oynamağından əvvəl Aston Villa futbolçularına xəbərdarlıq etdi

Futbol
Bu gün, 00:51

Jose Mourinho Real Madrid‑in 3‑0 qələbəsindən sonra açıqlama verdi

Oxşar xəbərlər