top
Zirənin qapıçısı: Haydukla matçlarda meydanda döyüşçü kimi çıxış etməliyik Idman.biz
20 iyun 2025, 14:06
- ↺ +

"Zirə"nin qapıçısı: "Hayduk"la matçlarda meydanda döyüşçü kimi çıxış etməliyik

"Hayduk"un çox güclü komanda olduğunu bilirik. Lakin hər şey bizim performansımızdan asılıdır".

İdman.biz xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında "Zirə"nin qapıçısı Tiaqo Silva UEFA Konfrans Liqasının ll təsnifat mərhələsində Xorvatiyanın "Hayduk" komandasına qarşı keçirəcəkləri oyunlar barədə danışarkən deyib.

Portuqaliyalı qolkiper Xorvatiya klublarının həmişə çox aqressiv və gərgin oyun oynadıqlarını söyləyib: "Bizi çox çətin iki matç gözləyir. Rəqibimiz keçən mövsüm üz-üzə gəldiyimiz "Osijek" və "Omoniya" kollektivləri ilə demək olar ki, eyni səviyyədədir. "Osijek"lə görüşlərdəki kimi güclü, cəsarətli və diqqətli olsaq, növbəti mərhələyə yüksəlmək şansımız var. Lakin fikrimizi cəmləyə bilməsək, bizim üçün çətin olacaq".

O, "Hayduk"a evdə keçirəcəkləri ilk görüşdə qalib gələrək, Xorvatiyaya üstünlüklə yollanmaq istədiklərini bildirib: "Düşünürəm ki, bu, çox vacibdir. Doğma meydandakı qalibiyyət səfərdə daha rəqabətədavamlı olmağımıza kömək edəcək. Evdə azarkeşlərin çoxluq təşkil etdiyi, möhtəşəm atmosferə malik stadion görmək istəyirik. Yaxşı dəstək gözləyirik. Komandamız tarix yazmağa davam etməli və beynəlxalq miqyasda daha da böyüməlidir".

Qapıçı ilk qarşılaşmaya final oyunu kimi çıxacaqlarını vurğulayıb: "Keçən mövsümdən bəri avrokuboklarda əsas hədəfimizin qrup mərhələsinə yüksəlmək olduğunu bildirmişik. Amma ötən il diqqət yetirmədiyimiz bir şeyə bu dəfə xüsusi fikir verməliyik. Yalnız bir oyuna köklənməliyik. Hər bir matça final kimi yanaşmalıyıq. Qabaqcadan növbəti qarşılaşmaları düşünmək lazım deyil. Hazırda bütün diqqətimiz tamamilə "Hayduk"un üzərindədir. Bütün çətinliklərlə mübarizə aparmalı və oyuna ciddi şəkildə hazırlaşmalıyıq. Meydanda özümüzü təkcə futbolçu kimi yox, döyüşçü kimi göstərməliyik".

Qeyd edək ki, komandalar arasında ilk görüş iyulun 23-də "Neftçi Arena"da, cavab qarşılaşması isə ayın 31-də Split şəhərindəki "Polyud" stadionunda gerçəkləşəcək.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 11:05

Azərbaycan futbol Premyer Liqasında 10-cu turun hakim təyinatları açıqlandı

Futbol
Bu gün, 11:00

29 oktyabr: «Fiorentina» - «Atalanta» və «Everton» - «Nyukasl» qarşılaşmaları da daxil olmaqla Avropa futbolunda günün oyunları

Futbol
Bu gün, 11:00

Amit Quluzadə: Fərdi səhvlər və təcrübəsizlik məğlubiyyətə yol açdı

Tennis
Bu gün, 10:52

Yelena Rıbakina, dünya birinci raketkası olduqdan sonra həyatında baş verən dəyişikliklərdən danışıb

Futbol
Bu gün, 10:43

FIFA U-15 Dünya Çempionatı: Tahir Süleymanov Uşaqların Potensialına Güvənir

Futbol
Bu gün, 10:40

Ceydon Sançonun "Xetafe"yə keçməməsinin səbəbi: Yaxın Şərq klubundan təklif

Basketbol
Bu gün, 10:38

LANDAU Lions basketbolçu Ceyms Freyzer Avropa Kubokunda tarixi 41 xal imzası atdı

Futbol
Bu gün, 10:29

Marafon baş məşqçisi Ceyhun Cavadov: "Çətin oyunlar əlavə təcrübə gətirdi"

Futbol
Bu gün, 10:21

Robert Levandovski 8-ci oyunda qolsuz qalır

Futbol
Bu gün, 10:20

Yaponiya Futbol Assosiasiyasının vitse‑prezidenti FIFA dünya çempionatı kommersiya hüquqları mübahisəsi səbəbindən istefa verdi

Basketbol
Bu gün, 10:02

Gəncə basketbol komandası FIBA Avropa Kubokunda Portuqaliya “Sportinq” ilə qarşılaşacaq

Futbol
Bu gün, 10:00

FIFA 'Kəpəz'dən 152,000 avro ödəniş tələb edir

Voleybol
Bu gün, 09:48

Turan, CEV Çempionlar Liqasında Mladostu qonaqlayaraq cavab oyununu keçirəcək

Futbol
Bu gün, 09:40

Bayern rəhbəri yeni müqavilə üçün Keynlə gərgin danışıqlar aparıldığını açıqladı

Futbol
Bu gün, 09:38

Arsenal Flitvudla oyunda məğlubiyyətə məruz qaldı

Futbol
Bu gün, 09:38

Barselona’nın 20 yaşlı yarımmüdafiəçisi Alaves qarşısında debut edə bilər

Futbol
Bu gün, 09:20

İsmayıl Jakobs milli karyerasını bağladı

Futbol
Bu gün, 09:08

“Çelsi” Estevao Villianın PSJ-yə icarəsi üçün üç şərt təqdim edib

Güləş
Bu gün, 09:04

Azərbaycanın üç güləşçisi Astanada Dünya çempionatına çıxır

Futbol
Bu gün, 09:00

Azərbaycan Kubokunun II təsnifat mərhələsi iki oyunla yekunlaşdırılacaq

Futbol
Bu gün, 08:40

Zenit'in 26 yaşlı mərkəz müdafiəçısı Nuralı Alip Galatasaray'a keçə bilər

Futbol
Bu gün, 08:12

Real Madrid futbolçusunun Valverde'nin sağlamlığına dair narahatlığa son

Futbol
Bu gün, 08:00

Paris Klubu 20 yaşlı əlcəzairli futbolçuya ciddi maraq göstərir

Futbol
Bu gün, 07:13

Karvaxal: Real Madriddə bəzən münaqişələr əlbəyaxa döyüşə qədər yüksəlirdi

Oxşar xəbərlər