top
“Zirə”nin mərhələ keçmək şansı – TƏHLİL İdman.biz
13 iyul 2024, 14:20
- ↺ +

“Zirə”nin mərhələ keçmək şansı – TƏHLİL

"Zirə" avrokubok mövsümünə səfər qələbəsi ilə başlayıb.

İdman.biz xəbər verir ki, Moldovada "Şerif"in qapısından cavabsız qol keçirən Bakı klubu tarixində ilk dəfə ikioyunluq duelə belə nəticə ilə start verib.

Azərbaycan futbolunda isə 9-cu dəfə belə hadisə yaşanıb. Bunadək 8 dəfə təmsilçilərimiz duelin rəqib meydanındakı ilk görüşündə 1:0 hesabına sevinib.

Finlandiyadakı ilk

İlk oyunda səfərdə bir qolla qalib gələn birinci klubumuz "Qarabağ" olub. Ağdam təmsilçisi 2009-cu ildə Finlandiyadan sevinclə dönüb. Qurban Qurbanovun komandası "Honka"nı Bakıda da məğlub edə bilib.

Sadıqovun "Qarabağ"da yaşadıqları

Ümumiyyətlə isə "Qarabağ" hamıdan çox – 6 dəfə cütün ilk matçında meydan sahiblərini 1:0 hesabı ilə məğlub edib. "Zirə"nin baş məşqçisi Rəşad Sadıqovun uzun illər şərəfini qoruduğu Ağdam klubunun bu qələbələrinin hamısına şahid olub. Sadiqovun da heyətində olduğu komanda səfərdə 1 qolla üstələdiyi bütün rəqiblərini Bakıda mübarizədən kənarlaşdırıb. Bunların ikisi Çempionlar Liqası, dördü Avropa Liqasında baş verib. "Qarabağ" altı rəqibdən 5-ni Bakıda da məğlub edib. Yalnız "Olimpiya" ölkəmizi məğlubiyyətsiz tərk etsə də, ilk oyundakı qələbə çempionumuza yetərli olub.

5 il sonra

Amma uzun müddət idi ki, Azərbaycan klubları ilk matçda belə nəticə əldə etmirdi. Bunu bacaran son komanda "Neftçi" idi. Bakılılar 5 il əvvəl Rusiyada "Arsenal"ı üstələyib. Paytaxtda isə qonaqlar üç cavabsız qolla darmadağın olub. 5 il sonra "Zirə" səfərdə 1:0 hesabı ilə qələbəyə sevinib.

Üç darmadağın

Ümumiyyətlə isə üç dəfə Azərbaycan komandaları səfərdəki 1:0-dan sonra evdə rəqibini darmadağın edib. Buna ilk dəfə "Qarabağ" nail olub. Qurban Qurbanovun yetirmələri Malta "Valletta"sını Çempionlar Liqasında 4 qola qonaq edib. "Yanq Boyz" da ağdamlılardan "üç sillə yeyib". Sonuncu darmadağın isə "Neftçi"nin "Arsenal"ı keçməsidir.

Yeganə istisna

Rəqib meydanında bir topla qalib gələn, amma mərhələ keçə bilməyən yeganə Azərbaycan klubu "İnter"dir. İndiki "Şamaxı" İsveçdə yendiyi "Elfsborq"u keçməyib. Bakıda eyni hesabla uduzan təmsilçimiz penaltilər seriyasında üzülüb.

"Zirə" üçün 87,5 faiz

Göründüyü kimi əvvəlki 8 belə hadisədən 7-də mərhələni Azərbaycan klubu keçib. Bu, 87,5 faiz deməkdir. "Şerif"in "Elfsborq" kimi uğur əldə etməsi 12,5 faizə bərabərdir. Bir sözlə, Rəşad Sadıqovun yetirmələrinin mərhələ keçmək şansı 7 dəfə çoxdur. Əvvəlki 8 belə hadisədə cavab oyunlarının nəticələrinə baxsaq, 6 qələbə, 1 heç-heçə və 1 məğlubiyyət qeydə alınıb. Yəni "Zirə"nin qələbə ilə mərhələ keçmək şansı 75, heç-heçə ilə tur adlaması 12,5 faiz sayılır.

Səfərdə 1:0-a sevinən Azərbaycan klublarının cavab oyunları:

2009/10 mövsümü
Avropa Liqası

"Qarabağ" – "Honka" – 2:1
2010/11 mövsümü
Avropa Liqası

"Qarabağ" – "Visla" - 3:2
2013/14 mövsümü
Avropa Liqası

"Qarabağ" – "Metalurq" – 1:0
2014/15 mövsümü
Çempionlar Liqası

"Qarabağ" – "Valletta" – 4:0
Avropa Liqası
"İnter" – "Elfsborq" – 0:1, p. 3:4
2015/16 mövsümü
Avropa Liqası

"Qarabağ" – "Yanq Boyz" – 3:0
2018/19 mövsümü
Çempionlar Liqası

"Qarabağ" – "Olimpiya" – 0:0
2019/20 mövsümü
Avropa Liqası
"Neftçi" – "Arsenal" – 3:0

Vüqar Xeyrullayev
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 18:56

Bernaldan “Real Madrid”ə mesaj: “Avropanın ən yaxşı komandası Barcelona‑dır”

Futbol
Bu gün, 18:41

Ayxan Abbasovun Lixtenşteyn və Andorra oyunlarına hazırlıqda mətbuat konfranslarının vaxtı müəyyənləşdi

Futbol
Bu gün, 18:31

Kilian Mbappe, Fransa milli komandası İtaliya ilə qarşılaşmasını atlayacaq

Futbol
Bu gün, 18:28

Rəhim Həsənov 11-ci tur epizodlarına şərh verdi

Futbol
Bu gün, 18:26

Kerem Aktürkoğlu mövsüm sonunda Fənərbaxçadan ayrılaraq Avropaya qayıtmağı planlayır

Futbol
Bu gün, 18:16

22 yaşlı futbolçu Vanis Onsor məşq zamanı vəfat etdi

Futbol
Bu gün, 18:09

Öz futbolumuzu inkişaf etdirməliyik: Azərbaycan millisi Mərakeş deyil

Futbol
Bu gün, 18:00

Endrik Braziliya milli komandada oynamağın onun üçün ən böyük sevincidir

Qarabağ FK
Bu gün, 17:56

Veteran futbolçu: “Neftçi” bu mövsüm çempion olacaq”

Qarabağ FK
Bu gün, 17:41

“Qarabağ” qış fasiləsində iki yeni transfer həyata keçirməyi hədəfləyir

Basketbol
Bu gün, 17:36

İoannis Diamantakos: Gənc qadın basketbol komandamız üçün əsas məqsəd təcrübə toplamaqdır

Digər
Bu gün, 17:31

Fransa klubunun futbolçusu Vanis Onsor məşq zamanı vəfat edib

Cüdo
Bu gün, 17:30

Eşitmə məhdudiyyətli idmançılar üçün cüdo Avropa çempionatı Azərbaycanda keçirilməsi qürurvericidir

Futbol
Bu gün, 17:26

Sabiq baş məşqçi Ədəhim Niftəliyev “Mingəçevir”in maliyyə böhranına baxmayaraq fəaliyyətini davam etdirəcəyinə inandığını bildirib

Futbol
Bu gün, 17:23

Azərbaycan İkinci Liqasının 11-ci tur təqvimine baxış

Futbol
Bu gün, 17:20

Fənərbaxça Lukas Hoqsberq transferinə maraq göstərir

Futbol
Bu gün, 17:19

Zambiya yığmasının Bakıdakı U-15 dünya çempionatından sonra mükafat pulu uğrunda Federasiyaya ittihamları

Futbol
Bu gün, 17:12

Elmar Baxşıyev: Milli takımın Lixtenşteynlə qarşılaşmasına dair fikirləri

Basketbol
Bu gün, 17:07

Çerри Блейкс: «Трабзонспор» яға қаләбә єлә təсдіқ etdiyimizi sübuta vetirdik

Futbol
Bu gün, 17:00

Aleks de Souza "Fortaleza"nın baş məşqçisi ola bilər

Cüdo
Bu gün, 16:49

Bakıda eşitmə məhdudiyyətli cüdoçular arasında Avropa çempionatı start alıb

Boks
Bu gün, 16:46

Azərbaycan boksçusu Gülər Hüseynova Dakar-2026 IV Gənclər Yay Olimpiya Oyunlarının finalına yüksəldi

Futbol
Bu gün, 16:40

Aslan Kərimov: D kateqoriyalı məşqçilər kursunda təcrübə bölüşməsi

Futbol
Bu gün, 16:38

Romelu Lukaku yaralanma səbəbindən Türkiyə ilə oynanacaq UEFA Liqası matçında iştirak etməyəcək

Oxşar xəbərlər