Yeni mövsümə hazırlıqlarını Türkiyədə davam etdirən "Zirə" bu gün növbəti yoxlama matçını keçirəcək. Sport24.az xəbər verir ki, "qartallar" İordaniya təmsilçisi "Əl-Hüseyin" ilə üz-üzə gələcək.
"Fanatik Tur Meydançaları"nda baş tutacaq matçın start fiti Bakı vaxtı ilə saat 18:00-da səslənəcək. saat
Qeyd edək ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv daha əvvəl Bakıda "Qarabağ"a qarşı keçirdiyi yoxlama matçında 0:4 hesabı ilə məğlub olub. Türkiyədə isə "Ankara Keçiörengücü"nü 2:1 hesabı ilə yenib.
"Zirə" Konfrans Liqasının II təsnifat mərhələsində "Hayduk"la üz-üzə gələcək. Komandalar arasında ilk matç iyulun 23-də, saat 19:30-da "Bakcell Arena"da cavab görüşü isə 31-də, Bakı vaxtı ilə saat 23:00-da "Polyud Stadium"da start götürəcək.