top
Zirənin Avropa səyahəti Tovuzdan başlayır Idman.biz
21 aprel 2025, 11:15
- ↺ +

"Zirə"nin Avropa səyahəti Tovuzdan başlayır

Azərbaycanı avrokubokların 2025/26 mövsümündə təmsil edəcək daha bir komandanın adına bu həftə aydınlıq gələ bilər.

İdman.biz xəbər verir ki, "Qarabağ"ın ardından "Zirə" də qitəmiqyaslı turnirlərə vəsiqə əldə edə bilər.

Rəşad Sadıqovun yetirmələri buna Misli Premyer Liqasında mükafatçılar sırasında yerini təmin etməklə nail olmağa yaxındır. 31 turdan sonra hesabında 61 xal olan "Zirə"ni Avropadan bir addım ayırır.

Qəsəbə klubu 4-cü yerdə qərarlaşan "Turan Tovuz"dan 13 xal öndədir. Zirəlilərə avrokuboka vəsiqəni təmin etmək üçün nəinki bu üstünlüyü qorumaq, hətta 12 xal öndə olmaq da yetərrlidir. Çünki Bakı klubu xallar bərabər olacağı halda da əlavə göstəricilərdə Tovuz təmsilçisini üstələyəcək.

Qarşıdakı XXXII turdan sonra 4-cü pillədən 12 xal və ya daha çox öndə olmaq isə Tovuzdakı matçlardan asılıdır. Aprelin 25-də "Turan Tovuz" doğma meydanda "Şamaxı"ni qəbul edəcək. Meydan sahibləri qalib gəlməsə - hətta heç-heçə də etsə, "Zirə" qitə kuboklarına vəsiqə qazanmış olacaq.

"Turan Tovuz" öz stadionunda qalib gəlsə də, ertəsi gün həmin arenaya çıxacaq "qartallar" istəyinə çata bilər. Sadıqov və komandası bunun üçün autsayderlər qrupunda yer alan "Kəpəz"i məğlub etməlidir. Bir sözlə, böyük ehtimalla "Zirə" Avropaya Tovuzdan gedəcək.

Amma bakılıların Avropa Liqası yoxsa, Konfrans Liqasında oynaması özlərindən asılı deyil. Düzdür, hazırda "Zirə"nin Çempionlar Liqası şansı da qalıb. Amma bu imkanlar yalnız kağız üzərindədir və artıq qarşıdakı turda bitəcək.

Komandanın hansı turnirə qatılacağı suala da həftə ərzində keçiriləcək kubok görüşlərində aydınlıq gələ bilər. Çempionluğun astanasında olan "Qarabağ" yarımfinalda "Araz-Naxçıvan" səddini keçə bilməsə və "Qızıl dubl" şansını itirsə, "Zirə" Konfrans Liqasına yollanacaq. Qəsəbə klubunun Avropa Liqasında oynaması isə yalnız çempionun kuboku qazanmasından asılıdır.

Qeyd edək ki, "Zirə" 1-ci pillədəki "Qarabağ"dan 15 xal geri qaldığı üçün çempionluq və Çempionlar Liqası şansı qarşıdakı turlarda (https://www.idman.biz/az/news/football/74066) rəsmən bitə bilər.

Vüqar Xeyrullayev
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 15:40

Lithuanian captain Nikolas Hasler Azərbaycan qarşısında iştirak etməyəcək

Futbol
Bu gün, 15:29

Endrik: 'Karierim üçün əlimdən gələni edəcəyəm', Madriddə qalmaq istədiyi açıqlanır

Futbol
Bu gün, 15:20

İspaniya Çexiya ilə matçda Lamin Yamal olmadan çıxacaq

Futbol
Bu gün, 15:00

Bavariya Loris Kariusa maraq göstərir

Formula 1
Bu gün, 14:59

FIA rəhbəri yaş məhdudiyyətini ləğv etməyi təklif edir

Futbol
Bu gün, 14:43

Özbəkistan Pro Liqasında kütləvi dava: Dörd futbolçu qırmızı kart gördü

Futbol
Bu gün, 14:29

Turan Tovuz futbol akademiyasında 400-ə yaxın uşaq fəaliyyət göstərir

Futbol
Bu gün, 14:23

U-20 Milli Qrupda Kadr Değişikliyi: Rüstəm Yarəhmədov Cəlb Edildi

Futbol
Bu gün, 14:15

İnzaqi ‘Əl‑Hilal’dan ayrılacaq: 26 milyon avrodan imtina etdi

Qarabağ FK
Bu gün, 14:11

AFFA Region Liqası 2026/2027 mövsümü yeni formatda başladı

Qarabağ FK
Bu gün, 14:00

Nəriman Axundzadənin gələcəyi: agenti səbirli gözləməyi məsləhət görür

Futbol
Bu gün, 13:50

AFFA və BFF-nin birgə təşkilatçılığı ilə D kateqoriyalı məşqçi kursu Bayıl stadionunda başladı

Qarabağ FK
Bu gün, 13:44

Mahir Emreli həftənin simvolik heyətində - FOTO

Futbol
Bu gün, 13:20

Barselona Conatan Ta ilə 2029-cu ilədək müqavilə təklif edir

Futbol
Bu gün, 13:20

II Liqada 10-cu turun yekun oyunları bu gün keçir

Futbol
Bu gün, 13:00

Van Deyk yeni “Matrix” görünüşü ilə milli düşərgəsinə gəldi, amma eyni gündə ayrıldı

Qarabağ FK
Bu gün, 13:00

Vaqif Sadıqov: Neftçi əvvəlki mövqeyini bərpa edərək Premyer Liqada rəqabəti artır

Futbol
Bu gün, 12:45

Joan Laporta “Golden Boy” mükafatının “İlin ən yaxşı prezidenti” seçildi

Futbol
Bu gün, 12:40

Roberto D'Aversa Sassuolo klubunun yeni baş məşqçisi oldu

Futbol
Bu gün, 12:20

Georgi Mamardaşvili Liverpuldan ayrılacaq

Futbol
Bu gün, 12:15

Batrakov Galatasaray bonus ödənişlərindən imtina etdi

Futbol
Bu gün, 12:00

Sponsorsuzluq səbəbindən Göyəzən futbol komandası ev oyunlarını keçirə bilmir

Futbol
Bu gün, 12:00

Rizespor 'Sabah'ın hücumçusuna maraq göstərdi

Cüdo
Bu gün, 11:48

Tramp, UFC rəhbəri Dana White‑ı Ağ Evdə jurnalistlərin suallarını cavablandırmağa dəvət etdi

Oxşar xəbərlər