top
Zirənin 4-cü mükafatı, Rəşad Sadıqovun isə 3-cü mükafatı Idman.biz
26 aprel 2025, 09:18
- ↺ +

"Zirə"nin 4-cü mükafatı, Rəşad Sadıqovun isə 3-cü mükafatı

Misli Premyer Liqasının daha bir mükafatçısı bəlli olub.

İdman.biz xəbər verir ki, "Zirə" ilk "üçlük"də yerini təmin edərək avrokuboklara da vəsiqə qazanıb.

Sağ olsun "Şamaxı"
"Zirə"nin buna XXXII turda Tovuzda keçiriləcək oyunlardan birində nail ola biləcəyi öncədən (https://www.idman.biz/az/news/football/74090) bəlli idi. Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda "Kəpəz"lə bugünkü matça çıxmadan mükafata sahib çıxıb. Buna 4-cü pillədəki "Turan Tovuz"un xal itirməsi səbəb olub. "Şamaxı" səfərdəki 1:1 hesablı heç-heçə ilə "Zirə"yə medal və Avropaya bilet qazandırıb. 61 xalı olan qəsəbə klubu 4-cü yerdən 12 xal uzaqlıqdadır. Sona 4 tur qalmış "Turan Tovuz" xallara görə "Zirə"yə çatmaq imkanını qorusa da, əlavə göstəricilərdə bakılılar öndə olacaq.

4-cü medal
"Zirə" tarixində 4-cü dəfə Premyer Liqanın medalını qazanıb. 2015/16 və 2023/24 mövsümlərində gümüşə sahib çıxan paytaxt təmsilçisi 2021/22 mövsümündə bürünclə kifayətlənib. "Qartallar"ın hazırda hətta qızıla nəzəri şansları qalıb. Amma bu ehtimal yəqin ki, bu turda bitəcək. Gümüşlə bürünc arasında qalacaq komandanın növbəti turlarda ikinciliyi təmin etməsi gözləniləndir.

Sadıqovdan het-trik
"Zirə" 4 mükafatdan üçünü Rəşad Sadıqovla qazanıb. 2021/22 mövsümündə ilk bürüncünə, ötən çempionat gümüşə qovuşan gənc mütəxəssis 2020-ci ilin yayından çalışdığı komandanı 3-cü dəfə "üçlüy"ə qaldırıb.

4-cü Avropa səfəri
4-cü mükafat avrokuboklara 4-cü vəsiqə olub. Düzdür, 2015/16 mövsümündəki gümüş lisenziya qalmaq və UEFA turnirinə qatılmağa yetərli ola bilməyib. Əvəzində 2017/18 mövsümündə debüt getçəkləşib. Avropa Liqasındakı debütdən 5 il sonra komanda Konfrans Liqası həyəcanı da yaşayıb. 3-cü – ötən ildəki cəhd Avropa Liqasında başlayıb və Konfrans Liqasına qədər davam edir. Çempionlar Liqası xəyalı möcüzə olan "Zirə"nin digər iki turnirdən hansına gedəcəyi kubokun mayın 31-dəki finalından asılı olacaq.

Qeyd edək ki, bu gün keçiriləcək "Kəoəz" – "Zirə" matçı Tovuzda baş tutacaq.

Vüqar Xeyrullayev
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Formula 1
Bu gün, 05:16

Norris: Çempionluq mübarizəsi üçün hələ tam hazır deyilik

Futbol
Bu gün, 04:54

Manchester United baş məşqçisi Michael Kerrickin vəzifəsindən uzaqlaşdırılması mümkündür

Futbol
Bu gün, 04:12

Flik Barselona üçün iki əsas mövqedə yeni oyunçu axtarır

Futbol
Bu gün, 03:12

Arsenalın Martin Subimendi Atletico Madrida transfer ola bilər

Futbol
Bu gün, 02:32

Karlos Visens “Lion” klubunun baş məşqçisi təyin edildi

Cüdo
Bu gün, 02:02

Zaur Hacıyev ACA 211-də Artem Reznikovla 2026-cı ilin əsas revanşına çıxacaq

Güləş
Bu gün, 01:45

Azərbaycan gənc sərbəst güləşçilərinin Xasavyurt turnirində iştirakı gözlənilir

Güləş
Bu gün, 01:24

Tunar Quliyev və Elgün Kərimlinin qızıl medal qazanması və Zəfər Günü mesajları

Olimpiada
Bu gün, 01:11

Nihad Xudoyev Dakar 2026 Yay Olimpiya Oyunlarında fərdi ötüşmə yarışına qatılacaq

Cüdo
Bu gün, 01:01

Azərbaycanın cüdo dünya çempionatı üçün ilkin heyəti məlum oldu

Futbol
Bu gün, 00:28

Konate Rinerin prezidentlik namizədliyi və idmançıların ictimai rolu haqqında danışdı

Futbol
Dünən, 23:44

Mbappe Oktyabr ayında La Liqada ən yaxşı oyunçusu seçildi

Futbol
Dünən, 23:33

Raul Qonsales Real Madrid’in əfsanəsi olaraq Ovyedo ilə müqavilə imzaladı

Futbol
Dünən, 23:29

İnтер və Milan yeni Generali Stadium üçün 25 illik 650 milyon avroluq razılaşma imzalayıb

Futbol
Dünən, 23:15

Kapello: Kenan Yıldız İtaliyanın Lamin Yamalıdır

Digər
Dünən, 22:58

Aleksandr Plyuşenko Azərbaycanı təmsil edərkən Belarus variantını da nəzərdən keçirir

Basketbol
Dünən, 22:40

Trabzonspor Bakıda Sabahla qarşılaşacaqdı

Futbol
Dünən, 22:31

Batrakov agenti Qalatasaraydan ayrılma iddialarını rədd etdi

Futbol
Dünən, 22:26

Virgil van Dijkin zədəsi Niderland millisini zərər verir

Futbol
Dünən, 22:17

Messinin oğlu Tiaqo Pedro’nun formasını seçdi

Futbol
Dünən, 21:56

“Bavariya”da Manuel Noyerin karyerasını başa vurmaq və zədəsi ilə bağlı son vəziyyət

Futbol
Dünən, 21:43

Qızıl top laureatı FIFPro rəmzi komandadan kənarda qaldı

Digər
Dünən, 21:33

Azərbaycan milli karate komandasının üzvü Turqut Həsənov Astarxanda seminar keçirib

Voleybol
Dünən, 21:17

Ziya Rəcəbov: Turanın Döyünən Ürəyinin Rolunu Açır

Oxşar xəbərlər