Portuqaliyalı qolkiper Tyaqo Silva "Zirə"də qalacaq.
İdman.biz Sportal.az-a istinadən xəbər verir ki, 25 yaşlı portuqaliyalının müqavilə müddəti gələn ayın sonunda başa çatacaqdı.
Qəsəbə təmsilçisi onun müqavilə müddətini daha bir illik artırıb.
Qeyd edək ki, Tyaqo Misli Premyer Liqasında cəmi 3 matçda iştirak edib. 25 yaşlı qapıçı 2023-cü il iyulun 19-dan "Zirə"nin qapısını qoruyur. O, əvvəllər "Leykşoeş", "Trofense"nin üzvü olub.
İdman.biz