Misli Premyer Liqasının 7-ci turunun "Zirə" - "Neftçi" oyunu başa çatıb.
İdman.biz bildirir ki, qarşılaşma heç-heçə bitib - 2:2.
Bu oyundan sonra "Neftçi" 8 xalla 8-ci yerdə qərarlaşıb. "Zirə" isə 13 xalla ikinci yerdədir.
21:24
"Neftçi" - "Zirə" ilə oyununda hesab bərabərləşib.
90+8-ci dəqiqədə Ruan Renato penaltidən hesabda tarazlığı bərpa edib.
21:15
"Neftçi" "Zirə" ilə oyunda hesabda irəli çıxıb.
İdman.biz bildirir ki, 87-ci dəqiqədə Bassala Sambu klubunu irəli çıxarıb.
20:52
"Zirə" - "Neftçi" oyununda hesab bərabərləşib.
İdman.biz bildirir ki, Varqas 66-cı dəqiqədə Farajın ötürməsindən sonra "Neftçi"nin bərabərlik qolunu vurub.
20:32
"Zirə" - "Neftçi" oyununda ikinci hissə start götürüb.
İdman.biz xəbər verir ki, 45 dəqiqədən sonra qəsəbə klubu 1:0 hesabı ilə irəlidədir.
20:19
"Zirə" - "Neftçi" oyununda ilk hissə başa çatıb.
İdman.biz xəbər verir ki, 45 dəqiqədən sonra "Zirə" hesabda irəlidədir - 1:0.
19:59
"Zirə" "Neftçi" ilə oyunda hesabı açıb.
İdman.biz bildirir ki, 28-ci dəqiqədə Giorgi Papunaşvili fərqlənib.
19:30
Misli Premyer Liqasının 7-ci turunun "Zirə" - "Neftçi" oyunu start götürüb.
İdman.biz xəbər verir ki, qarşılaşmanı hakim Kamal Umudlu idarə edir.
19:09
Misli Premyer Liqasının 7-ci turunda "Zirə" doğma meydanda "Neftçi"ni qəbul edir.
İdman.biz xəbər verir ki, komandalar saat 19:30-da start götürəcək matçda meydana aşağıdakı heyətlərlə çıxacaq:
"Zirə": 97. Tiaqo Silva 32. Qismət Alıyev (k) 8. İsmayıl İbrahimli 4. Ruan Renato 25. Enrike Kustodio 10. Giorgi Papunaşvili 93. Brahim Konate 5. Ange Mutsinzi 11. Junior Martins 17. Ayron Qomis 77. Yeqor Boqomolski
Ehtiyat oyunçular: 13. Aydın Bayramov 41. Anar Nəzirov 70. Namik Ələskərov 21. Hacıağa Hacılı 7. Rövlan Muradov 16. Fuad Bayramov 14. Elçin Əlicanov 29. Ceyhun Nuriyev 26. Stefan Aka 30. Rikardo Martins 6. Eldar Quliyev
Baş məşqçi: Rəşad Sadıqov
"Neftçi": 13. Kenan Piriç 8. Emin Mahmudov (k) 15. Elvin Bədəlov 17. Murad Xaçayev 19. Ağadadaş Salyanski 77. Falaye Sako 6. Sessi Dalmeyda 5. İqor Ribeyro 11. İmad Faraj 10. Freddi Varqas 23. Cordan Rezabala
Ehtiyat oyunçular: 1. Emil Balayev 93. Rza Cəfərov 4. Elvin Camalov 7. Emil Səfərov 47. Murad Məmmədov 14. Edvin Kuç 24. Mustafa Sek 9. Bassala Sambu 27. Kristian Kostin 22. Luis Ortis 28. Alessio Kurçi
Baş məşqçi: Samir Abasov
09:31
Bu gün Misli Premyer Liqasında VII tura start veriləcək.
İdman.biz xəbər verir ki, turun ilk günündə ikinci qarşılaşma Bakıda keçiriləcək.
"Zirə" öz meydanında "Neftçi"ni qəbul edəcək. 6 turdan sonra "qartallar" turnir cədvəlində 12 xalla 2-ci, "ağ-qaralar" 7 xalla 8-ci pillədə yer alıb.
Misli Premyer Liqası
VII tur
3 oktyabr
19:30. "Zirə" – "Neftçi"
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, Elvin Bayramov
VAR: Rəşad Əhmədov
AVAR: Kamran Əliyev
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Elman Musayev
Zirə İdman Kompleksinin stadionu
Qeyd edək ki, turun növbəti oyunları oktyabrın 4 və 5-də keçiriləcək.