"Zirə" UEFA Konfrans Liqası II təsnifat mərhələsinin cavab matçında "Hayduk"un qonağı olacaq.
İdman.biz xəbər verir ki, komandamız Xorvatiyada mərhələ adalamağa çalışacaq.
Bakıda keçirilən ilk oyunda heç-heçə qeydə alınıb. Güclü rəqiblə mübarizədə "Zirə" səfər görüşündə qələbə qazanmaq gücündədir.
UEFA Konfrans Liqası
II təsnifat mərhələsi, cavab oyunu
31 iyul
23:00 "Hayduk" (Xorvatiya) - "Zirə" (Azərbaycan) - 1:1
Qollar: Filip Krovinoviç, 19 - İssa Cibrilla, 90+3
Baş hakim: Luka Pairetto (İtaliya)
"Hayduk": 1. İviça İvanuşiç, 29. Fran Karaçiç, 22. Branimir Mlaçiç, 31. Zvonimir Şarlija, 32. Simun Hrqoviç, 7. Antoni Kalik, 4. Adrion Pajaziti, 23. Filip Krovinoviç, 28. Rako Brajkoviç, 37. Noa Skoko, 10. Marko Lovaya (k)
Baş məşqçi: Qonsalo Qarsiya
"Zirə": 97. Tiaqo Silva, 20. İssa Cibrilla, 4. Ruan Renato, 26. Stefan Aka, 32. Qismət AAlıyev (k), 17. Ayron Qomis, 8. İsmayıl İbrahimli, 30. Quima, 11. Martins Junior, 7. Rövlan Muradov, 87. Abdul Batibie
Baş məşqçi: Rəşad Sadıqov
Split. Polyud stadionu.
İlk oyun - 1:1
Qeyd edək ki, "Zirə" - "Hayduk" (Xorvatiya) cütünün qalibi "Atletik Klub Eskaldes" (Andorra) - "Dinamo Siti" (Albaniya) duelinin güclüsü ilə qarşılaşacaq.
İdman.biz