top
Zirə Rafael Utziqin yoxa çıxması ilə əlaqədar FİFA-ya şikayət edib Idman.biz
14 iyul 2025, 15:21
- ↺ +

"Zirə" Rafael Utziqin yoxa çıxması ilə əlaqədar FİFA-ya şikayət edib

"Zirə" FİFA-ya müraciət edib.

İdman.biz Sportinfo.az-a istinadən xəbər verir ki, Premyer Liqanın gümüş medalçısı dünya futbol qurumuna məktub ünvanlayaraq, Rafael Utziqlə bağlı şikayət edib.

"Qartallar" braziliyalı hücumçunun klub qarşısında götürdüyü öhdəliyi yerinə yetirməməsi barədə təşkilatı məlumatlandırıb.

Bildirilib ki, "sambaçı" mayın sonunda Azərbaycandan ayrılıb və komanda bir neçə həftədir yeni mövsümün hazırlıqlarına start versə də, o, hələ düşərgəyə qayıtmayıb.

Qəsəbə təmsilçisi cənubi amerikalı legionerlə bağladığı müqavilənin surətini, həmçinin onun qeyri-müəyyən səbəblərdən burada olmamasını sübuta yetirən sənədləri FİFA-ya göndərib.

Utziq maydan bəri "Zirə"nin baş bəlasına dönüb. Mövsümün bitməsinə 1 qalmış klub rəsmiləri ilə görşən braziliyalı 2026-cı ilin yayınadək qüvvədə olan müqaviləsini qarşılıqlı razılıq əsasında pozmaq istədiyini bildirib.

Bunu da Avropa və Asiyadan bir sıra sərfəli təkliflər almasıyla əlaqələndirib. Vəziyyəti düzgün qiymətləndirən funksionerlər Utziqi transferə çıxarıb.

Onu almaq istəyən klublar 200 min dollara yaxın təzminat ödəməlidir. Fəqət, günü bugünədək bir real müştəri sinəsini qabağa verərək, iddiasını ortaya qoymayıb.

Amma intizamsız legioner yenə nə sənə, nə mənə - gəlmir. Hərçənd təlim-məşq toplanışının nə vaxt başlayacağına dair öncədən informasiya alıb.

İdarəçilər komandanın digər üzvləri kimi, ona da bununla bağlı vaxtında xəbərdarlıq edib.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 03:22

Flik Barselona komandasının Real Madrid qarşısındakı 1-2 məğlubiyyəti haqqında şərh etdi

Futbol
Bu gün, 03:05

Mourinyo Real Madrid-in Barcelona qarşısındakı qələbəsindən sonra VAR-ı sərt tənqid etdi

Futbol
Bu gün, 02:48

Arturo Vidal “Juventus”a məşqçi kimi qayıdacağını açıqladı

Futbol
Bu gün, 01:48

“Çelsi”də futbolçunun zədəsi barədə məlumat sızması müzakirə edilir

Futbol
Bu gün, 01:25

Leonel Xayme rəqibinə kömək edərək ağladı, komanda yoldaşları və azarkeşlər tərəfindən tənqid edildi

Futbol
Bu gün, 01:04

Roma yıldızının yaralanmasından müsbət xəbər

Futbol
Bu gün, 00:49

Real Madrid və Barselona futbolçuları üçün El-Klasiko xüsusi butslar hazırlanıb

Digər
Bu gün, 00:32

Baku Flames Batumi'de Batumi Sharks'a 13-4 üstünlük qazandı

Futbol
Bu gün, 00:18

Fiorentina müdafiəçisi Dodo-nun gələcək transferi barədə açıqlama

Qarabağ FK
Bu gün, 00:05

Canni İnfantino və Arsenal məşqçisi Arsen Venger ‘Sabah – Qarabağ’ matçı izləyiblər

Futbol
Dünən, 23:52

“Qalatasaray”ın yeni transferləri “Fənərbağça” derbisində debutə hazırlaşır

Qarabağ FK
Dünən, 23:30

"Qarabağ" Sabaha qonaq gələrək çempionu müəyyən edəcək: Həsi Fotolar

Futbol
Dünən, 23:30

Real Madrid TV “El-klasiko” öncəsi La Liqa hakimlərini təəssübkeşliklə ittiham edib

Tennis
Dünən, 23:24

Çində Ninqbo WTA 500-də Yelena Rıbakina Şampiyonluğunu Qoruyub

Güləş
Dünən, 23:05

Eldəniz Əzizli: Beşinci Dünya Çempionu Olarkən Himni Səslənəndə Gözümdən Yağış Çəkdi

Futbol
Dünən, 23:05

Qari Nevill Manchester United-un uğursuz performansına tənqid etdi

Futbol
Dünən, 22:51

Qavi: Mourinyo və Flikin oyun yanaşmalarını bəyəndiyini açıqladı

Qarabağ FK
Dünən, 22:50

Qurban Qurbanov: “Maraqlı oyun, temp sonadək yüksək səviyyədə idi”

Futbol
Dünən, 22:28

Renat Dadaşovun komandası 0-0 ilə başa çatdı

Futbol
Dünən, 22:13

Toral Bayramovun Bursaspor komandası 4:2 qalib gəldi

Futbol
Dünən, 21:59

İmişli, Şamaxını 2:1 hesabına məğlub etdi - Video icmalı

Qarabağ FK
Dünən, 21:59

Kadi Borges: “Sabah” komandası son bir ildə gördüyüm ən yaxşı komandalar arasındadır

Güləş
Dünən, 21:35

Sənan Süleymanov 15 illik gözləntini bitirdi: Azərbaycan olimpiya çəkisində qızıl medal qazanır

Futbol
Dünən, 21:10

Azər Bağırov: "İmişli"yə məğlubiyyətdə penalti qərarı təssüf doğurduq, amma dərin təhlil etməkdən çəkinirik

Oxşar xəbərlər