Bu gün Azərbaycan kubokunda 1/8 final mərhələsinə start verilir. Sport24.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
I Liqada mübarizə aparan "Şahdağ Qusar" "Turan Tovuz"u sınağa çəkəcək. Qusar klubunun ev oyunlarını keçirdiyi Şamaxı Olimpiya İdman Kompleksinin stadionu kubokun 1/8 final mərhələsinin matçlarını qəbul etmək üçün yararlı olmadığından bu görüş Sumqayıtdakı "SOCAR Polymer Arena"da baş tutacaq.
Günün ikinci qarşılaşması isə Zirədə baş tutacaq. Bu mərhələnin mərkəzi oyununda qəsəbənin eyniadlı təmsilçisi "Neftçi"ni qonaq edir.
Qeyd edək ki, 1/8 final mərhələsi bir oyundan ibarətdir. Bu mərhələdə yalnız Misli Premyer Liqasının iştirakçılarının bir-biri ilə oynadığı görüşlərdə VAR sistemi tətbiq olunacaq.
Azərbaycan kuboku
1/8 final
2 dekabr
15:00. "Şahdağ Qusar" - "Turan Tovuz" 1:2
Qollar: Ayxan Hüseynov, 4-pen, Aleks Souza, 64, F.Camalov , 76
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Kərim Zeynalov, Kamran Əliyev
Sumqayıt. "SOCAR Polymer Arena"
"Şahdağ Qusar": 1. Müşfiq Nadirov 19. Ruslan Voronsov 9. Famil Camalov (k) 29. Elşən Veysov 44. Seymur Əliyev 55. Firuz Əhmədov 4. Cavad Qurbanlı 5. Ramin Abdullayev 10. Vüsal Əliyev 17. Yelmar Aşurov 40. Kvaku Adjey
Ehtiyat oyunçular: 31. Nail Alışov 87. Hilal Maqsudlu 14. Rahid Əmirquliyev 6. Əzəmət Ələkbərli 7. Maqsud Ələkbərov 20. Mehman Məsimov 70. Cavid Quliyev 77. Orxan Fərəcov 3. Məhərrəm Orucov 71. Sənan Ağalarov 97. Polad İbrahimov 38. Rail Əmirquliyev
Məşqçi: Elnur Abdullayev
"Turan Tovuz": 41. Sergey Samok 29. Filip Ozobiç 17. Rəhim Sadıxov 88. Faiq Hacıyev (k) 11. Ayxan Hüseynov 6. Fərid Yusifli 2. Abdulla Rzayev 77. Veysəl Rzayev 5. Roderik Miller 15. Emmanuel Hakman 21. Aleks Souza
Ehtiyat oyunçular: 1. Oleq Baklov 13. Mehman Hacıyev 10. Xəyal Nəcəfov 73. Ülvi Mədətov 14. Murad Dadaşev 30. Mircamal Əlizadə 60. Vüqar Bağırov 3. Enrike Silva 90. Joarlem Santos 32. Hayderson Hurtado 7. Xorxe Silva 19. Roberto Olabe
Baş məşqçi: Kurban Berdiyev
19:00. "Zirə" - "Neftçi" 0:0 (Əlavə vaxt)
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Kamranbəy Rəhimov
VAR: Rauf Cabarov
AVAR: Elşad Abdullayev
Zirə. İdman Kompleksinin stadionu
"Zirə": 97. Tiaqo Silva 32. Qismət Alıyev (k) 29. Ceyhun Nuriyev 26. Stefan Aka 4. Ruan Renato 25. Enrike Kustodio 28. Leroy Mikels 10. Giorgi Papunaşvili 20. İssa Cibrila 93. Brahim Konate 17. Ayron Qomis
Ehtiyat oyunçular: 13. Aydın Bayramov 41. Anar Nəzirov 70. Namik Ələskərov 21. Hacıağa Hacılı 8. İsmayıl İbrahimli 7. Rövlan Muradov 14. Elçin Əlicanov 30. Rikardo Martins 5. Ange Mutsinzi 11. Junior Martins 77. Yeqor Boqomolski 6. Eldar Quliyev
"Neftçi": 13. Kenan Piriç 8. Emin Mahmudov (k) 15. Elvin Bədəlov 45. Vensan Abubakar 6. Sessi Dalmeyda 24. Mustafa Sek 5. İqor Ribeyro 18. İfeanyi Metyu 9. Bassala Sambu 27. Kristian Kostin 11. İmad Faraj
Ehtiyat oyunçular: 1. Emil Balayev 93. Rza Cəfərov 4. Elvin Camalov 17. Murad Xaçayev 19. Ağadadaş Salyanski 47. Murad Məmmədov 14. Edvin Kuç 10. Freddi Varqas 22. Luis Ortis 23. Cordan Rezabala 28. Alessio Kurçi