Midsli Premyer Liqasının VII turunun ilk oyun günü Zirədə yekunlaşacaq. Sport24.az xəbər verir ki, bakıətrafı qəsəbənin eyniadlı təmsilçisi "Neftçi"ni qəbul edir.
Lider "Turan Tovuz" eyni xala malik olan və turnir cədvəlində 2-ci pillədə qərarlaşan "qartallar" doğma meydan amilindən maksimum yararlanmaq niyyətindədir. Rəşad Sadıqovun komandasının əsas məqsədi 3 xal olacaq. Mövsümə o qədər də yaxşı başlamayan "ağ-qaralar"ın da meydana qələbə üçün çıxacağı şübhə doğurmur.
Qeyd edək ki, turun digər qarşılaşmaları şənbə və bazar günü keçiriləcək.
Misli Premyer Liqası
I dövrə, VII tur
19:30. "Zirə" - "Neftçi"
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, Elvin Bayramov
VAR: Rəşad Əhmədov
AVAR: Kamran Əliyev
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Elman Musayev
Zirə. İdman Kompleksinin stadionu.